KİV rəhbərləri
Ordubadda tarixi abidələrlə tanış
olublar
Naxçıvan Muxtar Respublikasına səfər edən ölkənin aparıcı
KİV rəhbərlərindən ibarət 20 nəfərlik
nümayəndə heyəti
bu gün Ordubad şəhərinə
səfərdə olublar.
Nümayəndə heyəti
səfər çərçivəsində
öncə Ordubad şəhərində Tarix
Diyarşunaslıq Muzeyində
olublar.
Muzey barədə
qonaqlara məlumat verən muzeyin direktoru, Naxçıvan
MR -nın əməkdar
mədəniyyət işçisi
Vilayət Bağırov
Ordubadda hər abidənin özündə
tarixi yaşatdığını
bildirib: "XVII əsrdən
soraq verən abidələrdən biri Qeysəriyyə tarixi abidəsidir. “Qeysəriyyə”
sözünün mənası
keçmiş zamanlarda
şahlara məxsus daş-qaş, ləl-cəvahirat
satılması məqsədilə
tikilmiş örtülü
Şərq bazarı deməkdir. Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin
bu binada fəaliyyət göstərməsi
abidənin əhəmiyyətini
daha da artırıb.
Böyük günbəzdən
və ona bitişik 16 kiçik günbəzdən ibarət
olan bu bina
gözəl memarlıq
üslubunda tikilib. Hündürlüyü 8,5 metr
olan abidə bişmiş kərpicdən
inşa olunub. Tarixi tiklinin pəncərələri şəbəkə
üsulu ilə işlənib. Ordubadda əksər tarixi tikililər, o cümlədən
məscidlərin pəncərələrində
şəbəkə sənətinə
rast gəlirik. Bu da şəbəkə
sənətinin Ordubadda
tarixən inkişafından
xəbər verir. Qədim dövrlərdən başlayaraq
müasir günümüzədək
rayonun tarixini özündə ehtiva edən ekponatlar aid olduğu guşələrdə yerləşdirilib.
150 eksponatla fəaliyyətə
başlayan muzeydə hazırda 4000-dən artıq
eksponat qorunub saxlanılır. 2016-cı ildə
muzeyə XIV-XV əsrə
aid silahlar, mis qablar, tarixi ədəbiyyatlardan ibarət 30-dan artıq yeni eksponat daxil
olub".
Muzeylə tanışlıqdan
sonra Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun icraçı
direktoru Vüqar Səfərli xatirə kitabına ürək sözlərini yazıb. Buradan sonra Nümayəndə
Heyəti Y.Məmmədəliyevin
ev muzeyi ilə tanış olublar. Muzeydə qonaqlara Y. Məmmədəliyevin
həyat fəaliyyəti,
elmin inkişafına verdiyi töhfələrdən
bəhs edilib.
Səfər çərçivəsində KİV rəhbərləri bu torpağın yetişdirdiyi
Məmməd Səid Ordubadinin ev muzeyində də olublar. Burada qonaqlara Ordubadinin uşaqlığı, həyat
və yaradıcılığı
ilə bağlı geniş məlumat verilib.
Məhəmmədtağı
Sidqinin ev muzeyi ilə də tanış olan nümayəndə heyətinə muzeyin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı
ilə 2014-cü ildə
yaradıldığı barədə
məlumat verilib. Muzeyin girişdən, 3 ekspozisiya və 3 iş otağından ibarət olduğu bildirilib.
Daha sonra nümayəndə heyəti14-cü əsrə aid Buzxana memarlıq abidəsi ilə də tanış olublar. KİV rəhbərləri tarixi və mədəni abidələri ilə zəngin olan Ordubad torpağından yüksək təəssüratla ayrılaraq Batabat Dövlət Təbiət Qoruğuna yola düşüblər /
İki sahil.- 2017.- 4 iyun.-
S.9.