Heydər Əliyev Fondu uşaqları növbəti
dəfə sevindirdi
İyunun 4-də sağlamlıq imkanları
məhdud uşaqlar üçün 3 nömrəli
respublika xüsusi internat məktəbinin sakinləri IDEA Heyvanlara Qayğı Mərkəzində
olublar.
AZƏRTAC xəbər
verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.Tədbirdə
uşaqlar ev heyvanları üçün
yaradılan şəraitlə
və IDEA Heyvanlara Qayğı Mərkəzinin
fəaliyyəti ilə
tanış olublar.
Uşaqlar üçün
müxtəlif əyləncəli
proqramlar və nahar təşkil edilib, Heydər Əliyev Fondu adından onlara hədiyyələr verilib.IDEA
İctimai Birliyinin “Azərbaycan. Ceyranların
xilası” sənədli
filminin uşaqlar üçün surdotərcümə
ilə nümayişi
olub. Filmin rejissoru İqor Bışnyovun çəkilişlər
zamanı lentə aldığı fotolardan ibarət sərgi təşkil edilib.
Tədbirin məqsədi uşaqların
maraqlı və əyləncəli gün
keçirmələri ilə
yanaşı, onlara erkən yaşlarından təbiətimizə, onun sərvətlərinə qayğının,
eləcə də ev heyvanlarına rəğbətin və humanist yanaşmanın aşılanmasından ibarətdir.Qeyd
edək ki, gənclərin
ekoloji məsələlərə
cəlb edilmələri
və onların ətraf mühitin mühafizəsinə töhfə
vermələri, ekoloji
problemlərlə mübarizəyə
qoşulmaları naminə
irimiqyaslı layihələr
həyata keçirən
IDEA İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə 2011-ci il iyulun 12-də fəaliyyətə
başlayıb.
İki
sahil.- 2017.- 6 iyun.- S.2