“SABAH-ın məzunumərasimi keçirilib

İyunun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunumərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə Leyla ƏliyevaMən SABAHAM” adlı sərgi ilə tanış olub. Sərgidə gənclər Leyla Əliyeva ilə öz innovativ ideyalarını bölüşüblər.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.

SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinə şərait yaratmaq məqsədilə təşkil olunan fəaliyyətlər çərçivəsində “SABAH-ın Könüllüsülayihəsi həyata keçirilib.

SABAH qruplarının professor-müəllim heyəti, ümumilikdə, 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada İngiltərədən dəvət olunmuş dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib.

“SABAH-ın məzunumərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olundu.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın SABAH-ın məzunlarına ünvanladığı təbrik məktubunu oxudu. Məktubda deyilir ki, SABAH layihəsi Prezident İlham Əliyevin 2013-cü ildə təsdiq etdiyiAzərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.

Məktubda SABAH-ın ilk məzunlarına uğurlar arzulayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ölkəmizin sürətlə qloballaşan dünyaya inteqrasiyasında təhsilli gənclərin üzərinə böyük missiya düşdüyünü qeyd edib. SABAH könüllülərinin ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdəki roluna da toxunan Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb.

Daha sonra SABAH-ın məzunlarıBakı Dövlət Universitetinin tələbəsi Günay İmanzadə Azərbaycan Texniki Universitetinin tələbəsi Şahin Xəlilov SABAH qruplarında peşəkar müəllimlərdən aldıqları təhsildən danışıb, SABAH-ın yaratdığı imkanlar, qazandıqları bilik təcrübənin gələcək karyeralarında mühüm rol oynayacağını bildiriblər.

Təhsil naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək SABAH qruplarının ilk məzun mərasiminin məhz ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsinin rəmzi məna daşıdığını bildirdi. Nazir vurğuladı ki, savadlı, bacarıqlı hazırlıqlı gənclər ölkəmizin gələcəyini təmsil edirlər. Məhz bunun üçün təhsil prosesində daha zəngin tələbkar akademik proqram tətbiq olunub.

Mikayıl Cabbarov bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Təhsil naziri Birinci vitse-prezidentin müraciətinin təhsilə gənclərə diqqət qayğısının daha bir təzahürü olduğunu qeyd etdi.

 

SABAH-ın əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən M.Cabbarov bu qrupların gənclər üçün yaratdığı imkanlardan danışdı. Çıxışının sonunda SABAH-ın məzunlarını təbrik edən təhsil naziri onlara gələcək fəaliyyətlərində uğurlar arzula..

İki sahil.- 2017.- 6 iyun.- S.5.