Bakı Slavyan Universitetində Beynəlxalq
Rus Dili Günü qeyd olunub
İyunun 6-da Bakı Slavyan Universitetində Beynəlxalq
Rus Dili Günü qeyd olunub. Tədbir çərçivəsində
Azərbaycanın orta
təhsil müəssisələrinin
şagirdləri arasında
Rus Dili və Ədəbiyyatı
üzrə IX Respublika
Olimpiadasına və
“A.S.Puşkin iki yüzilliyin aynasında” layihəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
tədbir iştirakçıları
universitetin foyesində
ümummilli lider Heydər Əliyevin büstü önünə
gül dəstələri
düzüblər.
Tədbir “Olimpiada-2017” filminin nümayişi ilə başlanıb.
Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxin Azərbaycan
xalqının qonaqpərvərliyini
vurğulayıb, xalqlarımız
və ölkələrimiz
arasında daim qarşılıqlı etimad
olduğunu diqqətə
çatdırıb. Səfir Azərbaycanda
rus dilinə məhəbbətin tarixi köklərindən danışıb,
ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini xatırladıb.
V.Doroxin Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin yaxınlaşması
sahəsindəki xidmətlərindən
danışıb.
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin
rəisi Məhəbbət
Vəliyeva rus dili və ədəbiyyatı
üzrə olimpiadanın
şagirdlərin bilik
bazasının zənginləşməsində
mühüm rol oynadığını vurğulayıb.
Universitetin rektoru, professor Nurlana Əliyeva Azərbaycan ilə Rusiya arasındakı səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin tarixinə
nəzər salıb. Rektor uzun illər Azərbaycan xalqının
rus dili vasitəsilə Avropa və dünya ədəbiyyatı ilə
tanış olmasını, eyni zamanda, Azərbaycan ədəbiyyatının və
mədəniyyətinin rus
dili vasitəsilə dünyaya çıxdığını
vurğulayıb. O, Prezident
İlham Əliyevin ulu öndər Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirdiyini və Rusiya Federasiyası ilə dostluq münasibətlərini
daha da inkişaf etdirdiyini diqqətə çatdırıb.
Rektor Azərbaycan
ilə Rusiya arasındakı münasibətlərdə
Bakı Slavyan Universitetinin xüsusi rol oynadığını
qeyd edib. O bu gün keçirilən tədbirin də iki ölkə arasındakı qarşılıqlı
hörmət və ehtiramın nümunəsi
olduğunu nəzərə
çatdırıb.
N.Əliyeva BSU-da hazırda Rusiya
ilə bağlı iki mədəniyyət və təhsil ocağının – Sankt-Peterburq
və Moskva mərkəzlərinin fəaliyyət
göstərdiyini, həmin
şəhərlərdə isə Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti ilə
bağlı mərkəzlərin
fəaliyyət göstərdiyini
qeyd edib.
Azərbaycandakı rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanda multikultural dəyərlərə xüsusi
önəm verildiyini,
dini tolerantlığın
hakim olduğunu qeyd edib. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin ulu
öndər Heydər
Əliyev prinsipləri
əsasında qurulduğunu
və bu gün daha da inkişaf etdiyini bildirib.
Sonra olimpiada
qaliblərinə mükafatlar
təqdim olunub.
Qeyd edək ki, bu
il ölkənin
müxtəlif regionlarını
təmsil edən 50 ümumtəhsil məktəbinin
2500-dən artıq yeddinci
və səkkizinci sinif şagirdi yarışmalarda biliyini sınayıb. Naxçıvan
şəhərindən Heydər
Əliyev adına
hərbi məktəbin
kursantları da bu il ilk dəfə olimpiadaya qatılıblar.
IX Respublika Olimpiadasının
təşkilatçıları Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi,
“Rossotrudnçestvo”nun Azərbaycandakı
nümayəndəliyi, Rusiya
İnformasiya-Mədəniyyət Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycanın
Rusdilli Tədris Müəssisələrinin Müəllimlər
Assosiasiyası olub.
Hər il rus dili və ədəbiyyatı
üzrə olimpiada çərçivəsində “Gənc natiq” müsabiqəsi də keçirilir. Budəfəki müsabiqənin qalibləri müxtəlif
mükafatlara layiq görülüblər.
Olimpiadanın təşkilində fəal
iştirak edən direktor və müəllimlərə hədiyyələr
verilib.
Bakı şəhər məktəblərinin
400-dən çox şagirdi
isə “A.S.Puşkin iki yüzilliyin aynasında” devizi altında keçən
19-cu Puşkin bayramının
qalibi olub.
Vahidoğlu Orxan.
İki sahil.-2017.-
7 iyun.- S.6.