London kitabxanasında Azərbaycan bölməsi yaradılıb

Bu günlərdə Londonun Uolthamstou Sentral Kitabxanasında (Walthamstow Central Library) Azərbaycan ədəbiyyatı bölməsi fəaliyyətə başlayıb. Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının təşəbbüsü ilə yaradılan bölmədə klassik müasir ədəbiyyat örnəkləri oxucuların mühakiməsinə verilib.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan dilində bədii elmi-publisistik əsərlərdən ibarət bölmənin yaradılması Bakı Dövlət Universitetinin AMEA-nın Elmi Kitabxanası, “Xannəşriyyatı, həmçinin ayrı-ayrı yazıçı alimlərin dəstəyi ilə gerçəkləşib.

 

Kitabxananın dünya dillərində bədii ədəbiyyatın sərgiləndiyi böyük salonunda yerləşən bölməyə indiyədək 300-ə yaxın kitab göndərilib. Bölmədə Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Kazım bəy, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid, Ceyhun Hacıbəyli, Məhəmmədhüseyn Şəhriyar, Əli Kərim, İsmayıl Şıxlı, İsa Muğanna, Əzizə Cəfərzadə, Sabir Əhmədli, Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı başqa müəlliflərlə yanaşı, gənc yazarların əsərləri, habeləKitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbidastanları, nağıllar lətifələrdən ibarət folklor materialları da yer almaqdadır. Bölmədəki bütün kitablar kataloqlaşdırılıb, hissə-hissə oxuculara təqdim olunması nəzərdə tutulub.

 

Qeyd edək ki, Uolthamstou Sentral Kitabxanasında açılan Azərbaycan dilində ədəbiyyat fondu postsovet respublikaları içərində Rusiyadan sonra yaradılan ikinci bölmədir.

İki sahil.- 2017.- 7 iyun.- S.10.