Kənd təsərrüfatı sürətli inkifaş yolunda
Ölkəmizdə digər sahələrilə
yanaşı, kənd
təsərrüfatının inkişaf etdirilməsi dövlətin əsas hədəflərindən biridir.
Son bir neçə
ildə pambıqçılıq,
tütünçülük, baramaçılıq, fındıqçılıq
və digər aqrar sahələrin inkişafı istiqamətində
görülən işlərin
uğurlu nəticələri
göz önündədir.
Aqrar sahənin inkişafına
diqqətin digər nümunəsi kimi Prezident İlham Əliyevin aprel ayında kənd təsərrüfatı sahəsi
üzrə maliyyələşdirmə
mexanizmlərinin təkmilləşdirilməsi,
aqrar sığortanın
inkişaf etdirilməsi
və aqrar sahəyə investisiya qoyuluşlarının təşviq
edilməsi məqsədi ilə imzaladığı Sərəncamı
göstərmək olar.
Təbii ki, son illərdə kənd təsərrüfatının ənənəvi
sahələrindən olan
pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı,
kənd təsərrüfatı
məhsullarına tələbatın
ödənilməsi, emal
müəssisələrinin xammal
təminatının yaxşılaşdırılması
və emal sənayesinin genişlənməsi
istiqamətində dövlət
dəstəyinin gücləndirilməsi
ilə əlaqədar
bir sıra hüquqi aktlar, o cümlədən dövlət
proqramları qəbul
edilib. Eləcə də ölkənin
ixrac potensialının
yüksəldilməsi, kənd
təsərrüfatı məhsullarının
istehsalı və emalı sahəsində fəaliyyət göstərən
kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin
artırılması, yüksək
məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı
və istehlakçı
arasında inteqrasiyanın
formalaşmasında önəmli
rolu olan aqroparkların yaradılması
istiqamətində mühüm
addımlar atılıb.
Yuxarıda qeyd edilənlərlə
yanaşı, dayanıqlı
inkişafın və
gələcəkdə maliyyə
resurslarının təmin
edilməsi, rəqabət
qabiliyyətinin artırılması
məqsədilə istehsalçıların
maliyyə resursları
ilə təminat səviyyəsinin yüksəldilməsi
və bu sahədə qarşıya
çıxacaq risklərin
düzgün qiymətləndirilməsi
üzrə mexanizmlərin
təkmilləşdirilməsi vacib məsələlərdəndir.
Aprel ayında imzalanan sərancəmda isə məhz bu məsələlərin
həll edilməsi nəzərdə tutulur.
Adlarını çəkdiyimiz kənd təsərrüfatı
sahələrinin inkişaf
etdirilməsi sözsüz
ki, ilk olaraq
ölkədə həm
məhsuldarlığın artrılmasına, həm də insanların, kəndlilərin, fermerlərin
sosial vəziyyətinin
daha da yaxşılaşdırılmasına
xidmət edəcək.
Çünki ölkəmizə ən çox gəlir gətirən sahələrdən biri də məhz yuxarıda adları çəkilən kənd
təsərrüfatı məhsullarıdır.
Ötən il fındıq məhsulunun ixracından ölkəmizə
105 milyon, pomidordan isə 94 milyon dollar valyuta daxil olub. Üçüncü
yerdə 68 milyon dollarla xurma, dördüncü yerdə
isə 62 milyonla şəkərdir. Beşinci
yerdə pambıqdır.
Pambıq keçən
il ölkəmizə
24 milyon dollar valyuta gətirib. Göründüyü kimi,
qeyd etdiyimiz beş məhsul üzrə ölkəmizə
keçən il 350 milyon dollara yaxın valyuta daxil olub. Şübhəsiz,
bütün bunlar başlanğıcdır. Qarşıdakı
illərdə sözsüz
ki, bu və
digər məhsulların
istehsalı daha da artırılacaq.
Taleh Bağırov.
İki sahil.- 2017.- 8 iyun.- S.13.