YAP Ağcabədi
rayon təşkilatı
ictimai-siyasi proseslərdə
fəal mövqe nümayiş etdirir
Yeni Azərbaycan Partiyası
(YAP) Ağcabədi rayon təşkilatı ölkədə gedən ictimai-siyasi proseslərdə fəal mövqe nümayiş etdirir.
Partiya üzvləri aparılan quruculuq-abadlıq,
yaşıllaşdırma işlərində
xüsusilə fərqlənir,
rayonun sosial-iqtisadi və mədəni inkişafına sanballı
töhfələr verirlər.
AZƏRTAC xəbər verir ki, bu
barədə YAP Ağcabədi
rayon təşkilatının iyunun 7-də keçirilən
IX konfransında danışılıb.
Konfrans iştirakçıları
əvvəlcə partiyanın
yaradıcısı, ümummilli
lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb,
xatirəsini ehtiramla anıblar.
Rayon Mədəniyyət Mərkəzində
YAP Siyasi Şurasının
və Mərkəzi Aparatının məsul nümayəndələrinin, Milli
Məclisin deputatlarının,
rayon rəhbərliyinin, qurumun
94 ərazi təşkilatından
seçilmiş 298 partiya
üzvünün iştirakı
ilə keçirilən
konfransda öncə partiyanın keçdiyi inkişaf yolundan bəhs edən videoçarx göstərilib.
Sonra Dövlət himni səsləndirilib, müasir
müstəqil Azərbaycanın
memarı və qurucusu, YAP-ın banisi ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təşkilatın sədri Rövşən Əhmədovun hesabat məruzəsində qurumun
ötən konfransdan keçən dövrdəki
fəaliyyəti geniş
təhlil edilib, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki,
rayon təşkilatı VIII konfransdan keçən müddət ərzində
daha da təşkilatlanıb,
ictimaiyyət arasında
kütləviliyi artıb,
rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında
aparıcı qüvvəyə
çevrilib. 94 ərazi
ilk partiya təşkilatını
özündə birləşdirən
rayon təşkilatının hazırda 13 min 550 nəfər
üzvü var. Təşkilat
üzvlərinin 5430 nəfərini
gənclər, 6223 nəfərini
isə qadınlar təşkil edir. Hesabat dövründə
YAP sıralarına 4795 nəfər
qəbul olunub.
Qeyd olunub ki, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə ölkənin bütün bölgələrində
olduğu kimi, Ağcabədi rayonunda da sosial-iqtisadi inkişaf uğurla davam etdirilir. Hesabat dövründə
rayonda 12 məktəb,
2 uşaq bağçası,
qonaq evi, Gənclər Mərkəzi,
YAP rayon təşkilatının yeni binası, 205 çarpayılıq xəstəxana
kompleksi, Vergilər Nazirliyinin 8 saylı ərazi Vergilər idarəsinin Vergi ödəyicilərinə xidmət
mərkəzinin inzibati
binası, Bayraq Muzeyi, otel kompleksi
və onlarla sahibkarlıq obyekti tikilib, Tarix-Diyarşünaslıq
Muzeyi, 3 məktəb,
3 uşaq bağçası
əsaslı təmir
edilib. Həmçinin Şəhidlər Xiyabanı yenidən qurulub. Hazırda Olimpiya İdman
Kompleksində tikinti, Ağcabədi şəhərinin
kanalizasiya sisteminin və içməli su təminatının yenidən qurulması işləri davam etdirilir. “Azərişıq”
Səhmdar Cəmiyyəti
Ağcabədi elektrik
şəbəkəsinin inzibati
binasının tikintisi
başa çatmaq üzrədir. Ötən
dövrdə rayonun 17
yaşayış məntəqəsini
birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili
kəndlərarası avtomobil
yolu yenidən qurulub, Kəhrizli kəndi ərazisindən keçən Qarqar çayı üzərindəki
körpü əsaslı
təmir edilib, Minəxorlu kənd ərazisində yeni körpü tikilib istifadəyə verilib.
Sonra konfransda
təşkilatın nəzarət-təftiş
qrupunun hesabatı dinlənilib.
Daha sonra konfransda çıxış edən
Ağcabədi Rayon İcra
Hakimiyyətinin başçısı
Şahin Məmmədov,
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və YAP İdarə Heyətinin üzvü Kərim Kərimov partiyanın keçdiyi inkişaf yolundan, respublikanın həyatında
oynadığı roldan,
ulu öndər Heydər Əliyevin dövlətçilik naminə
fəaliyyətindən, Prezident
İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan danışıblar.
Konfransda təşkilati məsələlərə
də baxılıb. Rövşən
Əhmədov yenidən
YAP Ağcabədi rayon təşkilatının
sədri, həmçinin
təşkilatın 45 nəfərdən
ibarət Şurasının,
13 nəfərdən ibarət
İdarə Heyətinin
üzvləri və 9
nəfərdən ibarət
nəzarət-təftiş qrupunun tərkibi seçilib.
Zamin Məmmədov.
İki
sahil.- 2017.- 8 iyun.- S.13.