Heydər Əliyev adına Neft Emalı Zavodunda  yenidənqurma və modernizasiya üğurla davam edir.

 

Bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib

© Report.az

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Heydər Əliyev adında Neft Emalı Zavodunda (NEZ) yenidənqurma modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində susoyutma qurğusu istismara verilib.

Reportxəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev şirkətin digər şəxsləri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, onun üzərinə çiçək dəstələri düzüblər.

Susoyutma qurğusuna gələn SOCAR prezidenti yeni qurğunun istismara verilməsi münasibətilə zavodun kollektivini təbrik edib. Daha sonra SOCAR rəhbərliyi qurğuya baxış keçirib, onun rejimi ilə tanış olub.

SOCAR-ın İşlər İdarəsinin rəis müavini İbrahim Əhmədov jurnalistlərə bildirib ki, susoyutma qurğusunun tikintisinə 2015-ci ildə şirkətin "NeftqaztikintiTresti tərəfindən başlanılıb. O qeyd edib ki, qurğunun baza layihəsi zavodla FransanınHamon Thermal Europeşirkəti, texnoloji qurğulara ötürülən təmizlənmiş soyuq su xətlərinin çəkilişi layihəsi isəNeftqazelmitədqiqatlayihəİnstitutu tərəfindən işlənilib.

Bildirilib ki, qurğunun dövr etdirilən suya görə məhsuldarlığı saatda 7 000 kubmetrdir. Qurğunun istismara buraxılması texnoloji qurğuların soyutma suyu ilə fasiləsiz daha etibarlı təminatına imkan verəcək, kənar mənbələrdən suyun alınması asılılığı aradan qaldırılacaq, qurğulardan qayıdan dövrü su 45ºC temperaturdan 32ºC temperatura qədər soyudularaq təkrar dövriyyəyə buraxılacaq. İsti yay aylarında qurğuların fasiləsiz su ilə təmin edilməsi alınan neft məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına, eləcə itkilərin azaldılmasına imkan yaradacaq.

Qurğu eyni funksiyalı iki bölmədən ibarətdir bölmələrin hər biri sərbəst işləyə bilir. Soyudulmuş suyun qurğulara verilməsi xətlərində təzyiqin, temperaturun sərfin ölçülməsi üçün nəzarət-ölçü avtomatika cihazları quraşdırılıb. Qurğuda su itkisinin kompensasiya olunması məqsədi ilə Ceyranbatan sistemindən əlavə xətlər, habelə elektrik enerjisi ilə təminatın gücləndirilməsi üçün ərazidə inşa edilmiş yeni elektrik yarımstansiyasından yeraltı yerüstü gərginlik xətləri çəkilib. Susoyutma qurğusunun yanğınsöndürmə sistemi üçün hər birinin gücü saatda 130 kubmetr olan 2 (1 işçi, 1 ehtiyat) nasos quraşdırılıb, işçi heyəti üçün operator otağı inşa edilib.

Daha sonra SOCAR-ın prezidenti onu müşaiyət edən şəxslər illik məhsuldarlığı 779 840 ton olan 54 nömrəli doymuş amin məhlulunun regenerasiyası qurğusunda aparılan yenidənqurma işləri ilə tanış olublar. Baxış zamanı SOCAR prezidentinə məruzə edilib ki, 54 nömrəli regenerasiya qurğusunda aparılan modernizasiya işlərindən sonraAzərkimyaİstehsalat Birliyinə nəql olunan quru qazın keyfiyyəti yaxşılaşdırılıb, eləcə ildə 6 000 ton kaustik sodaya qənaət olunub. Qurğunun quru qazın təmizlənməsi bölməsində metil-dietanol amin məhlulu hidrogen sulfidlə doyandan sonra regenerasiya olunaraq yenidən təmizlənmə prosesinə qaytarılır. Proses demək olar ki, metil-dietanol amin məhlulunun itkisi olmadan ətraf mühitə zərər vermədən davam etdirilir.

Sonda SOCAR rəhbərliyi 1980-ci ildən istismarda olan katalitik riforminq qurğusuna baxış keçirib. Burada qeyd olunub ki, qurğuda mövcud nəzarət-ölçü avtomatika cihazları ən müasir XPERİON PKS tipli yeni avtomatik idarəetmə sistemi ilə əvəz edilib. Bu sistem idarəetmədə insan faktorunu minimuma endirməklə yanaşı, qurğunun istismarı zamanı təhlükəsizliyin tam təminatına da imkan yaradır, istehsal olunan məhsulların həm kəmiyyət, həm keyfiyyət göstəricilərinə müsbət təsini göstərir.

Zavodda aparılan yenidənqurma müasirləşdirmə tədbirlərindən razılığını bildirən SOCAR-ın prezidenti yeni istehsalat obyektlərinin istifadəyə verilməsini bu istiqamətdə davam etdirilən işlərin növbəti mərhələsi kimi qiymətləndirib, qurğuların zavodun fəaliyyətində, emalçıların iş şəraitini.

Nail Rəhimzadə

İki sahil.- 2017.- 8 iyun.- S.5.