Uğurlu brend strategiyası ixracı stimullaşdırır
Prezident
İlham Əliyevin “Xarici ölkələrə
ixrac missiyalarının
təşkilinə, xarici
bazarların araşdırılması
və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə,
yerli şirkətlərin
ixracla bağlı xarici ölkələrdə
sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram
və layihələrinə
çəkilən xərclərin
dövlət büdcəsi
hesabına ödənilən
hissəsinin müəyyənləşdirilməsi
və ödənilmə
mexanizminin tənzimlənməsi
Qaydası”nın təsdiq
edilməsi haqqında”
Fərmanı respublikamızın
qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması
baxımından mühüm
əhəmiyyət kəsb
edir. Xarici ölkələrdə ölkəmizin
və yerli ixracatçıların iqtisadi-ticarət
maraqlarının daha
dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına
çıxışının genişləndirilməsi, ixracın
stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində
səmərəliliyin və
təsərrüfat subyektləri
arasında işgüzar
əlaqələrin qurulmasında
çevikliyin artırılması
məqsədi ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik
və konsulluqlarında
ticarət nümayəndələrinin
təyin edilməsi də bu sahədə
həyata keçirilən
tədbirlərin effektliyinin
artırılmasının davamı kimi qiymətləndirilməlidir.Bu günlərdə
Azərbaycanın Birləşmiş
Ərəb Əmirliklərində
ticarət nümayəndəsinin
təyin olunması Prezident İlham Əliyevin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının
xarici ölkələrdə
fəaliyyət göstərən
səfirlik və konsulluqlarında ticarət
nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə bağlı verilmiş tapşırıqların icrasının
uğurla davam etdirilməsinin əyani sübutudur. Artıq
ixracın təşviqi
məqsədi ilə bir sıra ölkələrdə
diplomatik nümayəndəliklərin
tərkibində Azərbaycanın
ticarət-iqtisadi nümayəndələri
fəaliyyət göstərir.
Bu prosesə öncə Azərbaycan şirkətlərinin daha
çox maraq göstərdikləri, böyük
idxal potensialı olan ölkələrdən
başlanıb. Bu məqsədlə Rusiya, Çin və Birləşmiş Ərəb
Əmirliklərində ticarət-iqtisadi
nümayəndələr təyin
olunub. Xaricdə ticarət nümayəndələrinin
təyin olunması ölkələrimiz arasında
ticarət-iqtisadi əməkdaşlığın
inkişafinda, qeyri-neft
ixracının genişləndirilməsində,
“Made in Azerbaijan” brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində
və xarici investisiyaların cəlb olunmasında mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bütün bunlarla bağlı bir sıra ölkələrin
qabaqcıl təcrübəsi
öyrənilir, müxtəlif dövlətlərin
bu sahədəki mütəxəssisləri ilə
fikir mübadiləsi aparılır. “Made
in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi
məqsədilə sahibkarların
beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi
qaydada iştirakı təmin edilir.Prezident İlham Əliyev dəfələrlə qeyd
edib ki, “Made in Azerbaijan”
brendini dünyada tanıtdırmaq üçün atılan
praktiki addımlar artıq öz müsbət nəticələrini
verir: “Artıq bu brend bu
gün dünyada şöhrət qazanır.
Əlbəttə ki, dövlət tərəfindən
təşkil edilmiş
sərgilər və
o sərgilərdə sahibkarların
iştirakı gözəl
nəticələrə gətirib
çıxarır. Mənə
verilən məlumata görə, bir neçə sərgidə
artıq kontraktlar da imzalanıb. Əgər biz bu sərgilərdə iştirak etməsəydik,
kontraktlar da imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir”.
Rza Zahid
Iki sahil.- 2017.- 9 iyun.- S.14.