Şəkər istehsalında ixrac potensialı yaradılır

Azərbaycanın inkişaf strategiyasında ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi dinamik inkişaf yoluna çıxarılması ilə ixrac potensialının artırılması qarşıya əsas məqsədlərdən biri kimi qoyulub. Pambıqçılıq, tütünçülük, tərəvəzçilik, şərabçılıq, xalçaçılıq digər sahələr həm daxili tələbatı ödəyə,  həm ölkəyə külli miqdarda valyuta gətirə bilər. Belə sahələrdən biri şəkər istehsalıdır.

Azərbaycan müstəqillik qazanandan sonra İmişli rayonunda ilk şəkər zavodu tikilib on il əvvəl işə salınıb. Zavod xaricdən gətirilən xammal hesabına məhsul istehsal edir. Təbii ki, əsasən xaricdən gətirilən xammal dəfələrlə baha başa gəlir. Bu isə nəticədə şəkərin maya dəyərini qaldırır, topdan pərakəndə satış qiymətlərinə ciddi təsir göstərir.

Dövlətimizin başçısı cənab İlham Əliyev şəkər istehsalının artırılması xaricdən asılılıqdan xilas olmaq üçün bu sahənin inkişafına xüsusi diqqət yetirməyi mühüm vəzifə kimi qarşıya qoyub. Şəkər çuğunduru əkib-becərən fermerlərə dövlət tərəfindən ucuz gübrələr təhvil verilmiş çuğundurun hər tonuna görə əkinçilərə 4 manat subsidiya ödənilir. Plantasiyaların suvarılması üçün hər il xeyli sayda  subartezian quyuları qazılıb istifadəyə verilir.

Statistik məlumatlardan da aydın görünür ki, şəkər çuğunduru istehsalında diqqətəlayiq nəticələr əldə olunur. Dövlətin fermerlərə hərtərəfli dəstəyi sayəsində məhsul istehsalı ildən-ilə artır bununla bərabər əkin sahələri genişləndirilir. Bu ilin məhsulu üçün nəzərdə tutulan 18 min 754 hektarın 14 min 93 hektarında əkin həyata keçirilib. Hazırda təsərrüfatlarda becərmə işləri aparılmaqdadır. Ağcabədidə 2010, Tərtərdə 1541, Şəmkirdə 1203, Samuxda 1194, Ağdamda 1001, Bərdədə 95,  Cəlilabadda isə 634 hektarda çuğundur əkilib. Ağsu, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Hacıqabul, Qəbələ digər rayonlarda da çuğundur əkininin daha da genişləndirilməsi üçün lazımi tədbirlər görülür. Ümumiyyətlə, 27 rayonda çuğundur əkilməsi planlaşdırılıb.

Bir sözlə, elə şərait yaradılır ki, yaxın illərdə Azərbaycanda əhalinin şəkərə olan tələbatı yerli istehsalla tamamilə ödənilsin. Hazırda İmişlidəki şəkər zavodunda gündəlik emal gücü 10 min tona çatdırılıb. Ancaq bu zavod tam istehsal gücü ilə işləyəndə onun potensialı üç dəfə artacaq. Bu isə o deməkdir ki, Azərbaycan şəkərin üçdə iki hissəsini xarici bazarlara göndərə biləcək. Proqnozlar realdır mütəmadi görülən tədbirlər bizi həmin hədəflərə daha da yaxınlaşdırır. Ölkəmizə yeni texnika texnologiyaların  gətirilməsi, xammal bazasının yaradılması qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə lazımi şərait yaradacaq.

 

Vəli İlyasov.

Iki sahil.- 2017.- 9 iyun.- S.12.