Türkiyə səfiri: “Əli bəy Hüseynzadə Atatürkün ən sevdiyi şəxsiyyətlərdən biri olub

 

Bakıda Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq və yazıçı-publisist Əli bəy Hüseynzadənin sənət əsərləri, foto-sənədli arxiv və şəxsi əşyalarından ibarət sərgi-təqdimat keçirilib.

Təqdimatda İstanbuldan gətirilən 161 əsərdən seçilmiş Əli bəy Hüseynzadənin övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəy Hüseynzadənin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillər, şəxsi əşyaları nümayiş olunub. 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal nişanlar, eləcə ipək üzərində çap olunmuşHəyatqəzeti Azərbaycana hədiyyə olunub.

 Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan muzeylərinə ilk dəfə belə dəyərli əşyalardan ibarət kolleksiyanın hədiyyə olunması çox əhəmiyyətli hadisədir: “Mən çox şadam ki, bu sərgi Bakıda açıldı. Türkiyə Azərbaycanın mədəni həyatı üçün böyük hadisədir. Bu, bir daha sübut edir ki, hər iki ölkənin bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsindəki əlaqələri ən yüksək səviyyədədir. Azərbaycan dövləti xalqı Əli bəy Hüseynzadə şəxsiyyətini, onun zəngin irsini yüksək qiymətləndirir. Bu mənada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2014-cü il yanvarın 21-də görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi barədə bu ilin 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında verilən sərəncamları xüsusi qeyd etmək lazımdır. Əli bəy Hüseynzadənin əsərləri türk dünyası üçün böyük xəzinədir. O, öz dövründə baş verən bütün hadisələrin fəal iştirakçısı idi. Belə şəxsiyyətlər dünyaya nadir hallarda gəlir. Onun bütün yaradıcılığı, fəaliyyəti bizim tarixin şərəfli səhifələrindən biridir. Əli bəy Hüseynzadənin mənəvi irsi Azərbaycan Türkiyə arasındakı mənəvi körpüdür”.

 Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Əli bəy Hüseynzadə həm Azərbaycanın, həm Türkiyənin ən böyük şəxsiyyətlərindən biridir: “Hər iki dövlətin tarixini yazarkən onun fəaliyyətini nəzərə almamaq mümkün deyil. O, Türkiyənin həyatında böyük rol oynayıb. Cümhuriyyətin qurulmasında böyük xidmətləri var. Atatürkün ən sevdiyi şəxsiyyətlərdən biri olub. Əli bəyin türk millətinin qəlbində tamam başqa bir yeri var. Ona görə onun haqq etdiyi yeri, qiyməti verməyə çalışırıq. Onun şəxsi əşyalarının Türkiyədən Azərbaycana gətirilməsi keçmişimizə sahib çıxmağımız baxımından böyük hadisədir. Biz kim olduğumuzu Əli bəy Hüseynzadə onun kimilərin sayəsində öyrənirik. Bu sərginin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edirəm".

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Feyzavər xanımın ailə dostu İbrahim Yıldırım Əli bəy Hüseynzadənin həyat fəaliyyətindən danışıb, onu böyük alim, görkəmli türkoloq kimi dəyərləndiriblər.

 

İki sahil.- 2017.- 10 iyun.- S.10.