Azərbaycan Həmkarlar İttifaqları Ulu Öndərin ideyalarına həmişə sadiqdir

 

   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin www.yap.orğ.az saytına  müsahibəsi

 

- Səttar müəllim, bu günlərdə ölkəmizin hər yerində 15 İyun - Milli Qurtuluş Günü qeyd olunur. Siz Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində yeri və əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş günü ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, Onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur.

Böyük bir imperiyanın çökməsi səbəbindən XX əsrin sonlarına doğru yenidən müstəqillik qazanmaq kimi tarixi fürsət əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Həmin dövrdə hakimiyyəti ələ keçirmiş səriştəsiz insanların xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmışdı. Xaosanarxiya ölkəni bürümüşdü. Qarşıdurma vətəndaş müharibəsi dərəcəsinə yüksəlmişdi.

Belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək kimi tarixi missiyanı yalnız Heydər Əliyev yerinə yetirməyə qadir idi. Bunu xalq yaxşı bilirdi. Ona görə də  təkidlə öz böyük xilaskarını ikinci dəfə, yəni iyunun 15-də hakimiyyətə qaytardı. Bununla da xalqımız müstəqilliyimizi məhv olmaq təhlükəsindən birdəfəlik xilas etdi.

Heydər Əliyevin qayıdışı ilə hakimiyyətsizliyə son qoyuldu, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar ünsürlər cəmiyyətdən tədric edildi, nizami silahlı qüvvələr yaradıldı, dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem quruldu. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edildi. Demokratik islahatlar kursunun həyata keçirilməsinə başlanıldı, ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi. Beləliklə, ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi faktiki təmin olundu.

Ümummilli liderin əsasını qoyduğu iqtisadi, sosial islahatlar onun layiqli davamçısı İlham Əliyev tərəfindən müasir sivilizasiyanın tələbləri səviyyəsində davam etdirildi. Deyirlər görünən dağa nə bələdçi. Ümummilli liderin bizə miras qoyduğu müstəqil dövlətimizin uğurları göz qabağındadır. İqtisadi artıma, sosial duruma görə regionda liderik.  Mədəniyyətimiz, idmanımız yaxın, uzaq ölkələrdə brendə çevrilib. Paytaxtımız Avropanın, Asiyanın ən gözəl meqapolisləri cərgəsindədir. Bölgələrimiz abadlaşır. Azərbaycan turizm məkanına çevrilməkdədir.

Artıq vətəndaş cəmiyyəti formalaşması prosesi başa çatmaqda, demokratik proseslər, mətbuat, söz azadlığı irəliləməkdədir.

-Məqalələrinizdə, çıxışlarınızda dəfələrlə xatırladırsınız ki,  Ulu öndərin qayıdışı ilə Azərbaycan həmkarlar ittifaqlarının da həyatında tarixi dönüş oldu. Bu fikrin davamı kimi nə demək istərdiniz?

- Ümumiyyətlə, həmkarlar ittifaqları hər zaman ümummilli liderin qayğısını öz üzərində hiss edib.  Azərbaycan həmkarlar ittifaqları ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirib. Ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və II qurultaylarında ümummilli liderin prezidentliyə namizədliyini irəli sürmüşdü.

Xatırladım ki, 1993-cü ilin yayında respublikada vəziyyət gərgin olaraq qalırdi. İyunun 4-də baş vermiş hadisələr vəziyyəti daha da pisləşdirmişdi. Ölkəmiz parcalanmaq, dövlətimiz məhv olmaq üzrə idi. Belə bir təhlükə həmkarlar ittifaqının da başının üstünü almışdı. Heydər Əliyev bu təhlükənin qarşısını qansız-qadasız aldı. Bu işdə həmkarlar iittifaqları da ümummilli liderin yanında oldu.

1993-cü ildə Azərbaycanın cənub bölgəsində gərgin vəziyyət yaranmışdı. Heydər Əliyevin respublikanın bütövlüyünü, dövlətçiliyini qorumaq sahəsində yeritdiyi siyasəti müdafiə edən AHİK-in "Azərbaycan Respublikasının cənub regionunda yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar bəyanat"ında  deyilirdi: "AHİK, bu çoxsaylı təşkilatın minlərlə üzvü respublikanın cənubunda gedən hadisələri böyük təşviş və həyəcan hissi ilə izləyir. Qeyd edirik ki, son vaxtlar Azərbaycanda bir sıra qüvvələr öz siyasi məqsədlərini həyata keçirmək üçün vətəndaşların sosial-iqtisadi hüquqlarını qorumaq bəhanəsi altında millətçi, separatçı hərəkata başlamışlar. Azərbaycan həmkarlar ittifaqları birmənalı qeyd edir ki, bu cür hərəkat siyasi avantüralardan başqa bir şey olmayıb, vətəndaşların sosial-iqtisadi hüquqlarının daha da pozulmasına, Azərbaycanda həmkarlar ittifaqları qüvvələrinin parçalanmasına, zəhmətkeşləri öz haqlı tələblərini müdafiə etmək yolundan yayındırmağa aparır.

Bu gün belə avantürist ideyaların ortaya atılması yalnız xalqın parçalanmasına, böhranın dərinləşməsinə, hərbi uğursuzluqların davam etməsinə, ən başlıcası isə respublikanın qardaş xalqları arasında milli münasibətlərin pozulmasına xidmət edir. Azərbaycan zəhmətkeşlərini sayıq olmağa, siyasi oyunçuların əlində alət olmağa yol verməməyə çağırırıq".

1994-cü il fevralın 24-də "Həmkarlar ittifaqları haqqında" qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmişdir. "Həmkarlar ittifaqları haqqında" qanunun qəbul edilməsi təşkilatımızın səmərəli fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılmasını təmin etdi. Bu qanun öz dəyərinə, məzmununa görə təkcə ölkə daxilində deyil, hətta MDB məkanında bir çoxlarına demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu. Heydər Əliyevin Prezidentliyi illərində əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər hüquqi-normativ aktlar qəbul olundu. Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları Milli Məclisdə ratifikasiya edildi.

Hamıya məlumdur ki, ümummilli liderin 1994-cü il 5 oktyabr dövlət çevrilişi cəhdləri ilə bağlı xalqa müraciətinə AHİK həmrəyliklə cavab vermişdi. Bu hadisələrlə bağlı  "Dövlətçiliyimizi qorumaq naminə" adlı müraciət qəbul edilmişdi. Müraciətdə respublikanın paytaxtında baş vermiş hadisələr dövlətçiliyimizə, müstəqilliyimizə zərər vuran hadisə kimi pislənmişdi.

Heydər Əliyevin uğurlu xarici siyasəti türk dünyasında yüksək qiymətləndirilmiş, 1999-cu ildə ona türk dünyasının ən mötəbər mükafatı - Beynəlxalq Atatürk Sülh mükafatı verilmişdi. Bu hadisə həmkarlar ittifaqı təşkilatları üzvləri tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Bununla əlaqədar, 1999-cu il noyabrın 5-də AHİK-də respublikada fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrinin toplantısı keçirilmişdi.

Ulu öndər Azərbaycan həmkarlar ittifaqlarının əməkçilərin hüquqisosial mənafelərini müdafiə etmək sahəsində fəaliyyətlərini yüksək qiymələndirmişdir. Onun AHİK-in 1998-ci ilin fevralında keçirilmiş birinci qurultayının iştirakçılarına müraciətində deyilirdi: "Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak edəcəkdir".

2003-cü il fevralın 5-6-da AHİK-in II qurultayının iştirakçılarına müraciətində də  Ümummilli lider əmin olduğunu bildirirdi ki, həmkarlar ittifaqları dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini yenidən təşkil edəcək, Azərbaycan Respublikasında demokratik, azad cəmiyyətin, insanların firavan həyatının bərqərar olması yolunda gələcəkdə də ön sıralarda addımlayacaqdır.

AHİK-in II qurultayının nümayəndələri isə Heydər Əliyevə müraciət qəbul etmiş, həmkarlar ittifaqlarına göstərdiyi qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirmişdilər. Fevralın 6-da Heydər Əliyev Prezident sarayında həmin qurultayda iştirak edən xarici həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrini qəbul etmiş və görüşdə "Azərbaycan həmkarlar ittifaqlarının qurultayını ölkənin ictimai-siyasi həyatında mühüm hadisə adlandırmışdı".

Bu gün Azərbaycan Həmkarlar İttifaqları beynəlxalq həmkarlar ittifaqları ailəsinin bərabərhüquqlu üzvü kimi cəmiyyətdə yüksək nüfuza malik olmaqla öz missiyasını layiqincə icra edir. Bunu 2013-cü ildə AHİK-in keçirdiyi IV qurultay bir daha sübut etdi. Ulu öndərin layiqli varisi  Prezident İlham Əliyevin qurultay iştirakçılarına göndərdiyi təbrikdə deyilirdi: "Bir əsrdən çox tarixə malik olan Azərbaycan Həmkarlar İttifaqları müstəqillik illərində daha da inkişaf etmiş, ölkənin ictimai həyatında öz layiqli yerini tutmuşdur".

Mənə elə gəlir ki, bizim üçün bundan yüksək qiymət ola bilməz!

- Dediyiniz kimi, Ulu öndər həmkarlar ittifaqlarını işçilərin mənafeyinin, əmək hüquqlarının, sosial problemlərinin həllində mühüm rol oynayan başlıca qüvvə kimi görürdü

- Yuxarıda dediyim kimi, Ümummilli lider  vətəndaşların qanuni mənafeyini, əmək hüquqlarını qoruyan, sosial problemlərinin həllində mühüm rol oynayan, zəngin tarixi keçmişə malik həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə daim diqqət qayğı göstərmişdir. Azərbaycanda Heydər Əliyev epoxasının başlanması təşkilatımızı yeni inkişaf mərhələsinə çıxardı, onun cəmiyyətdəki yerini rolunu gücləndirdi.

Bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən əksər müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli şirkətlərdə şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli əmək hüquqlarının təmin olunması sahəsində yeni metod vasitələrdən istifadə edərək daha ardıcıl məqsədyönlü fəaliyyət göstərməyə çalışır, sosial siyasətin həyata keçirilməsinə önəmli dəstək verirlər.

Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin  diqqət qayğısı sayəsində ölkəmizdə həmkarlar ittifaqlarının qanunvericilik bazası daha da təkmilləşdirilmiş, onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi respublikamızın dünyada nüfuzunun yüksəlməsində fəal iştirak edir, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın dərinləşməsinə inkişafına öz töhfələrini verir.

Bu gün möhtərəm Prezident cənab İlham Əliyevin apardığı siyasətin məqsədi ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, dayanıqlı inkişafa ilk növbədə Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasına nail olmaqdır. Məhz buna görə mükəmməl işlənib hazırlanmış bütün dövlət proqramlarında sosial məsələlərin həlli nəzərdə tutulur, maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması eyni zamanda sosial infrastrukturun yaradılması istiqamətində tədbirlər müəyyənləşdirilir.

 Sosial sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkə əhalisinin güzəranı daha da yaxşılaşmış, sosial obyektlərin tikintisi istifadəyə verilməsi sürətlənmiş, məşğulluq probleminin həllində böyük irəliləyişə nail olunmuş, aztəminatlı ailələrin sosial müdafiə mexanizmi işlənib hazırlanmışdır. Son illərdə dərin maliyyə böhranı nəticəsində bir sıra ölkələrdə iqtisadiyyaınt tənəzzülə uğradığı sosial gərginliyin artdığı, əhalinin sosial təminatı məsələlərinin diqqətdən kənarda qaldığı halda, respublikamız qlobal böhranın təsirindən qorunur, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilir, əməyin sağlamlığın mühafizəsi, bütün kateqoriyadan olan işçilərin əməkhaqlarının təqaüdlərin artırılması istiqamətlərndə mühüm addımlar atılır.

Ulu öndər Heydər Əliyevin dövlətçilik humanizm ideyalarının həyata keçirilməsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın da mühüm xidmətləri vardır. O, ali dövlət vəzifəsinə təyin edilənədək Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri kimi istər ölkəmizdə, istərsə xaricdə bu ideyaların gerçəkləşməsi istiqamətində böyük fədakarlıqlar göstərmişdir. Birinci vitse-prezident vəzifəsində Mehriban xanımın ilk rəsmi qəbulunu ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş hərbçilərlə keçirməsi, onların problemlərinin həlli üçün konket tədbirlər görməsi Azərbaycan dövlətinin öz vətəndaşlarına sosial qayğısının bariz təzahürlərindəndir.

Azərbaycan həmkarlar ittifaqları təşkilatları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının həyata keçirilməsində öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Vətəndaş cəmiyyətinin fəal təsisatlarından biri kimi çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıölkənin ən kütləvi ictimai təşkilatı vətəndaşların hüquq mənafelərinin daha dolğun müdafiəsi üçün bütün imkanlarını səfərbər edəcək, daim əməkçi insanların yanında olacaqdır.

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir. Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

 

İki sahil.- 2017.-13 iyun.- S.4.