Altıncı “Muğam televiziya müsabiqəsi” başa
çatıb
Müsabiqənin qalibləri
mükafatlandırılıb
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə “Muğam televiziya müsabiqəsi-2017” yekunlaşıb. Üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə aparıblar.
İyunun 12-də Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib.
Altıncı “Muğam televiziya müsabiqəsi”nin final mərhələsində 7 xanəndə - Nurlan Namazov, Səma Sultanova, Valid Abdullayev, Rəvanə Əmiraslanlı, Məcid Əsri, Almaxanım Əhmədli, Pərviz Qasımov ifalarını təqdim ediblər.
Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Əməkdar İncəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundov qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.
Əvvəlcə müsabiqənin diplomantları
təltif olunublar.
Münsiflər heyətinin
qərarı ilə Almaxanım Əhmədli
VI “Muğam televiziya müsabiqəsi”nin Qran-pri mükafatına layiq görülüb.
Gənc xanəndə Pərviz Qasımov müsabiqədə
birinci yeri qazanıb. Xanəndəyə həm də
“Tamaşaçı alqışı”
mükafatı təqdim
olunub.
İkinci yeri Səma Sultanova və Rəvanə Əmiraslanlı,
üçüncü yeri
isə Nurlan Namazov, Valid Abdullayev və Məcid Əsri tutublar.
Qaliblərə mükafatları münsiflər
heyətinin üzvləri
təqdim ediblər.
Qaliblərin mükafatlandırılmasından
sonra çıxış
edən Xalq Artisti Əlibaba Məmmədov muğam sənətinin inkişafına
verdiyi yüksək dəstəyə görə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevaya münsiflər
heyəti adından dərin təşəkkürünü
bildirib.
Daha sonra qalib xanəndələr “Qarabağ şikəstəsi”ni və Azərbaycan Respublikasının
dövlət himnini ifa ediblər.
İki sahil.- 2017.-13 iyun.- S.6.