“Naxçıvanda
sənətkarlıq”
AMEA Naxçıvan
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix
üzrə fəlsəfə
doktoru, dosent Sara Hacıyevanın “Naxçıvanda
sənətkarlıq” adlı
monoqrafiyası çapdan
çıxıb.
Tədqiqat əsərində ilk dəfə
olaraq orta əsrlər dövründə
Naxçıvan ərazisində
fəaliyyət göstərən
sənətkarlıq sahələri
araşdırılıb və
təhlil edilib.
“Sənətkarlıq mərkəzlərinin
təşkili və inkişafı”, “Sənətkarlıq
sahələri”, “Sənətkarlıq
məhsulları”, İqtisadiyyatın
inkişafında və
ticarət əlaqələrinin
genişlənməsində sənətkarlığın rolu”
bölmələrdən ibarət
olan monoqrafiyada Naxçıvan ərazisində
orta əsrlər zamanı yaradılan və zəmanəmizədək
gəlib çıxan
sənətkarlıq məsulları,
bədii daşyonma, toxuculuq, xalçaçılıq,
dəmirçilik, misgərlik,
zərgərlik, bədii
tikmə, boyaqçılıq,
minatür və digər nümunələr
barəsində məlumatlar
yer alıb.
XII-XIX əsrlərdə
Naxçıvanda sənətkarlıq
sahələrinin öyrənən
və elmi məlumatlarla zəngin olan bu nəşri
elmi işçilər,
magistrlər, ümumiyyətlə,
geniş oxucu kütləsi faydalana bilər.
İki sahil.- 2017.-15 iyun.- S.22.