“Ey Nəsimi, cahanı tutdu sözün...”
İmadəddin
Nəsimiye həsr olunmuş beynəlxalq elmi konfrans
İyunun
23-də Azərbaycan Milli
Elmlər Akademiyasının
(AMEA) rəyasət heyəti
və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
birgə təşkilatçılığı
ilə böyük şair və mütəfəkkir İmadəddin
Nəsiminin vəfatının
600 illiyinə həsr
edilən “Ey Nəsimi, cahanı tutdu sözün...” beynəlxalq elmi konfransı keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə akademik İsa Həbibbəyli
dünyanın ölməz
sənətkarları sırasında
şərəfli yer tutan, poeziyamızda yeni bir dövr
açan, Azərbaycan
dilini ədəbi-bədii
dil səviyyəsinə
yüksəldən qüdrətli
sənətkar Nəsiminin
zəngin irsindən söz açıb, ədibin dünya ədəbiyyatı və
fəlsəfi fikrində
oynadığı roldan
danışıb.
Diqqətə çatdırıb ki,
UNESCO tərəfindən 2017-ci ildə Azərbaycanın böyük şairi və mütəfəkkiri
İ.Nəsiminin vəfatının
600-cü ildönümünün beynəlxalq miqyasda qeyd olunması ilə əlaqədar qərar qəbul edilib. Hazırda müxtəlif ölkələrdə
bu istiqamətdə tədbirlər keçirilir.
Akademik İ.Həbibbəyli
Prezident İlham Əliyevin tapşırığına
əsasən bu ilin mayında Parisdə UNESCO-nun baş qərargahında şairin
vəfatının 600 illiyi
ilə bağlı böyük tədbirin keçirildiyini xatırladıb. Qeyd edib
ki, bugünkü konfrans da ölkəmizdə
bu istiqamətdə təşkil edilən elmi forumlardan biridir. Tədbirdə
Azərbaycan, Türkiyə,
Rusiya, İran, Hindistan
və Gürcüstan
alimlərinin iştirakı
ilə Nəsimi yaradıcılığı, mühiti
və idealları ilə bağlı ciddi elmi problemlər
ictimaiyyətin müzakirəsinə
çıxarılacaq.
İ.Həbibbəyli deyib: “Orta əsr Azərbaycan
ədəbiyyatının görkəmli
şairlərindən olan
Nəsimi özünün
ilk və ən böyük qiymətini ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə keçirilən
tədbirlər vasitəsilə
alıb. Hələ keçmiş sovet
dövründə ümummilli
lider Heydər Əliyevin təşəbbüs
və səyləri ilə Bakının mərkəzində şairin
abidəsi ucaldılıb,
onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb.
Həmin
dövrdə şair haqqında bir çox elmi və bədii əsərlər yazılıb,
film çəkilib. Bütün bunlar
ölkəmizdə şairə
verilən yüksək
dəyərin göstəricisidir”.
İsa Həbibbəyli müstəqillik dövründə
də böyük şairin yaradıcılığının
öyrənilməsinin, təbliğinin
və tədqiqinin dövlətimizin diqqət
mərkəzində olduğunu
bildirib. Qeyd edilib ki, Prezident
İlham Əliyevin müvafiq sərəncamına
əsasən, şairin
əsərlərinin 25 min tirajla
latın əlifbası
ilə çap olunması dövlətimizin
Nəsimi irsinə olan diqqətini çox parlaq şəkildə ifadə
edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra AMEA-nın Dilçilik İnstitutuna Nəsiminin adı verilib.
Nəsimin həyat
və yaradıcılığı
barədə məlumat
verən akademik Şamaxıda dünyaya göz açan şairin gələcək
həyatının Şərqin
müxtəlif ölkələri
ilə bağlı olduğunu söyləyib.
Nəzərə çatdırıb
ki, Nəsimi o zaman Şərqdə geniş yayılan hürufiliyin Azərbaycan poeziyasında böyük
məbədini yaradan qüdrətli sənətkardır.
Hürufilik fəlsəfəsi
dövrünün böyük
filosofu F.Nəimi tərəfindən yaradılıbsa,
Nəsiminin bu istiqamətdə yaratdığı
poeziya da bu təlimin qüdrətini, böyüklüyünü
ifadə edir. Nəsimin kamil insan konsepsiyası, humanizmi, dünyəviliyi,
ana dilinə məhəbbəti, ilahi eşqi ifadə edən qüdrətli poeziyası dünya ədəbiyyatının zəngin
mənəvi sərvətidir,
xalqımızın böyük
iftixarıdır.
Sonra filologiya
elmləri doktoru Fəridə Əzizova Nəsiminin yaradıcılığı
haqqında məruzə
ilə çıxış
edib.
Professor Elizbar Cavelidze,
akademiklər Vasim Məmmədəliyev, Rafael
Hüseynov və digər çıxış
edənlər Nəsiminin
dünya ədəbiyyatı
və fəlsəfi fikrində böyük rol oynadığını
bildirib, mütəfəkkirin
yaradıcılığının yeni aspektdə öyrənilməsinin və
onun əsərlərinin
külliyyat şəklində nəşr edilməsinin vacibliyini vurğulayıblar. Çıxış
edənlər Nəsimi
ədəbi irsinin öyrənilməsində və
təbliğ edilməsində
konfransın əhəmiyyətini
qeyd ediblər.
Konfransda “Nəsimi şeirində
“pərdə” və “pərdə”nin ardındakılar”,
“Həq mənəm...”,
“Əzabkeş şair”,
“Nəsiminin həyatına
dair bəzi məqamlar haqqında”, “Nəsimi “Divan”ının
iki Bakı əlyazma nüsxəsinin
səciyyəvi orfoqrafik
xüsusiyyətləri” və
digər mövzularda məruzələr dinlənilib.
Beynəlxalq konfrans işini müxtəlif bölmələrdə
iyunun 24-dək davam etdirəcək.
İki
sahil.- 2017.- 24 iyun.- S.23.