Geofizika Geologiya İdarəsi tədqiqat işlərini davam etdirir

 

SOCAR-ın Geofizika Geologiya İdarəsinin (GGİ) strukturuna daxil olan İstehsalat bölümləri 2017-ci ilin yanvar-may ayları ərzində öz fəaliyyətlərini SOCAR-ın Şurası tərəfindən təsdiq olunmuş proqramına əsasən qurublar. Geofizika Geologiya İdarəsininKəşfiyyatgeofizikaİstehsalat Bölümü barədə ötən saylarımızın birində məlumat vermişdik. “Kəşfiyyatgeofizika” İB kimiMədəngeofizikaKompleks -Mühəndis Axtarışİstehsalat bölümləri cari  ildə mühüm geoloji geofiziki tədqiqat işləri həyata keçiriblər.

 

GGİ-ninMədəngeofizikaİstehsalat Bölümünün mütəxəssisləri tərəfindən Azərbaycanın quru dəniz ərazilərində qazmada olan quyularda kompleks mədən-geofiziki tədqiqat işləri qazmaya geoloji-texnoloji, geokimyəvi nəzarət, eləcə istismar quyularında perforasiya-atma, quyuların texniki vəziyyətinə işlənməsinə  nəzarət məqsədilə geofiziki tədqiqat işlərinin yerinə yetirilməsi 2017-ci ildə  uğurla davam etdirilir.

 

Mütəxəssislər tərəfindən  neft-qaz hasilatının artırılması məqsədilə quyuların kəsilişindən, quyu quruluşundan asılı olaraq müxtəlif spesifikasiyaya malik perferatorlar seçilərək tətbiq olunur ki, bu da alınmış nəticələrin daha da yaxşılaşdırılmasına gətirib çıxarır.

 

Mürəkkəb geoloji quruluşu ilə səciyyələnən yataqlarda layihələndirilmiş quyuların  qazılıb uğurla başa çatdırılmasında  bölümünQuyuların qazılmasına geoloji-texnoloji nəzarətekspedisiyasının işçilərinin  böyük əməyi olub.

 

GGİ-nin əsas sifarişçiləri olanAzneft” İB, “Kompleks Qazma İşləriTresti ilə yanaşı, respublikamızda fəaliyyət göstərən əməliyyat şirkətləri müştərək müəssisələrin sifarişləri müvəffəqiyyətlə yerinə yetirilir. Quyularda geofiziki tədqiqat işləri əsasən elektrik, radioaktiv, akustik karotajdan, inklinometriya, kavernometriya termometriyadan, yataqların işlənməsinə geofiziki, quyuların qazılmasına geoloji texnoloji nəzarətdən, perforasiya sairdən ibarət olub.

 

Cari ildə 15 quyuda qazmaya geoloji, texnoloji geokimyəvi nəzarət, 2 quyuda (“QaradağNeft Daşları”)  MWD/LWD qazma vaxtı karotaj sistemi ilə istiqamətləndirmə tədqiqat işləri aparılıb. Günəşli”, “Neft Daşları”, “Palçıq Pilpiləsi”, “Çilov”, “Pirallahı”, “Darvin küpəsi”, “Qərbi Abşeron”, “Ümid”, “Bulla-dəniz”, “8 Mart”, “Qum-dəniz”, “Bahar”, “Hövsan”, “Muradxanlı”, “Cəfərli”, “Kirovdağ”, “Neftçala”, “Kalmas”, “Qaradağ”, “Lökbatan”, “Bibi-heybət”, “Qala”, “Buzovna”, “Binəqədi”, “Ramanı”, “Balaxanı”, “Suraxanıyataqlarında müxtəlif növ mədəngeofiziki tədqiqat işləri yerinə yetirilib.

 

İşlərin sifarişə uyğun yerinə yetirilməsində yüksək keyfiyyətli məlumatların alınmasındaMədəngeofizikaİstehsalat Bölümünün  əməkdaşlarından Ruslan Ağamalıyev, Elvin Hacıyev, Azər Məmmədov, Rövşən Orucov, Mehman Cəfərov digər əməkdaşların xüsusi rolu var.

 

Neftli-qazlı intervalların seçilməsi zamanı geoloqlarımızın verdiyi rəylərə diqqət artırılıb bunun nəticəsidir ki, verilən rəylərin əksəriyyəti sonrakı atma-perforasiya işləri nəticəsində təsdiqlənib.

 

Kompleks-Mühəndis Axtarışİstehsalat Bölümü (KMAİB) tərəfindən  cari ildəAzneft” İB-nin sifarişi əsasında 1510 metr mühəndisi geoloji qazma işləri yerinə yetirilib. Hazırda tədqiqat işləri davam etdirilir.

 

Bununla yanaşı, “Bulla dəniz”, “Səngəçal dəniz”, “Günəşli”, “Neft Daşları”, “QarabağQərbi Abşeronyataqlarında 672 km sonar planalma, 1352 km  batimetriya, Səngəçal-dəniz, Duvannı-dəniz, Xərə-Zirə-dəniz Qarabağ sahələrində 502 km fasiləsiz seysmoakustik profilləmə, Qərbi Abşeron və Səngəçal sahələrindən 65 ədəd  dəniz dibi süxur nümunəsi götürmə  işləri yerinə yetirilib.

 

Mühəndisi-geoloji qazma zamanı götürülmüş süxur nümunələrinin fiziki-mexaniki, petrofiziki, geokimyəvi, paleontoloji xüsusiyyətləri KMAİB-nin Mərkəzi mühəndisi laboratoriyasında tədqiq olunub.

 

Geoloji-kəşfiyyat ekspedisiyası tərəfindənAzneft” İB-nin 2017-cı il üçün planına uyğun olaraq, “Şimali Abşeron qalxımlar zonasında məhsuldar layların sahələr üzrə izlənilməsi, neft-qaz perspektivliyinin qiymətləndirilməsi temperatur təzyiqin sahələr üzrə paylanma xüsusiyyətlərinin  (termobarik şəraitin) dəyərləndirilməsimövzusu üzrə işlər aparılıb.

 

Kürdəxanı sahəsindəNeftçi” MTK-ya ayrılan ərazidə yaşayış binalarının  tikintisi üçün mühəndisi geoloji quyulardan götürülmüş 2478 ədəd süxur nümunələrinin  laboratoriya sınaqları aparılıb. Yevlax- Ağcabədi çökəkliyində regional profillər üzrə geofiziki (2D seysmik   qraviamaqnitometrik) kəşfiyyat işlərinin layihə tapşırıqlarının yerinə yetirilməsi üçün müxtəlif dərinlikli ümumi həcmi  1054 metr olan partlayış-atma quyuları  qazılıb. Qazma işləri davam etdirilir. Dəniz şəraitində mühəndisi tədqiqat işlərinin çətinliklərinə baxmayaraq, İstehsalat Bölümünün əməkdaşlarından Rauf Abbasov, Ceyhun Quliyev, Bəhram Əsədov başqalarının səyləri nəticəsində işlərin vaxtında yerinə yetirilməsinə nail olunur.

 

Orxan Vahidoğlu.

İki sahil.- 2017.- 23 iyun.- S.18.