BANM-in tələbələri teatr səhnəsində.
Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrının səhnəsində ilk dəfə olaraq Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında Azərbaycan dramaturgiyasının
banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin komediyası əsasında "Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah" iki hissəli tamaşa
nümayiş olunub.
Milli.Az xəbər verir ki, tamaşaya
SOCAR-ın və BANM-in rəhbərliyi, Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndəsi, Azərbaycan
Dövlət
Mədəniyyət və
İncəsənət Universitetin
rəhbərliyi və
bir sıra universitetlərin
nümayəndələri, eləcə də BANM-in
professor-müəllim
heyəti
və
Ali Məktəbdə təhsil alan tələbələr
dəvət olunublar.
Tədbiri çıxış sözü
ilə
açan BANM-in rektoru
Elmar Qasımov qeyd etdi ki,
onun başçılıq
etdiyi təhsil ocağında
dəqiq
elmlərlə yanaşı, incəsənətə və
yaradıcılığa da
eyni dərəcədə maraq göstərirlər. Ali Məktəbin rəhbərliyi və
müəllimləri Azərbaycan
üçün sadəcə neft-qaz mühəndisliyi
sahəsində yüksəkixtisaslı
mütəxəssislər deyil, həm
də
əsl
şəxsiyyətlər və vətəndaşlar yetişdirməyə çalışırlar.
"Bizim tələbələrimiz hərtərəfli savadlıdırlar,
onlar həm incəsənətlə, mədəniyyətlə, həm də
ki yaradıcılıqla
maraqlanırlar. Bugünkü tamaşanı buna
misal kimi göstərmək olar", - E.Qasımov bildirdi.
Uzun illər Azərbaycan
səhnəsində oynanılan dahi Mirzə
Fətəli Axundzadənin
ölməz
komediyası Ali Məktəbin tələbələrinin təqdimatında
tamaşaçılarda maraq
doğurdu və alqışlarla qarşılandı. Yaradıcı heyət
tərəfindən böyük ruh yüksəkliyi,
təbii
və
mahircəsinə ifa olunan tamaşa
izləyicilərə böyük
təsir
bağışladı. Qeyd edək
ki, tələbələrin iştirakı
ilə
tamaşanı səhnələşdirmək ideyası BANM-in rektoru Elmar Qasımova məxsusdur.
Tamaşanın quruluşçu rejissoru
BANM-in müəllimi,
sənətşünaslıq
üzrə
fəlsəfə doktoru Kəmalə Mehdiyeva, bədii rəhbəri Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının baş rejissoru, xalq artisti Mərahim
Fərzəlibəyov, rəssamı
isə
Azərbaycan
Respublikasının əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Baş rolları BANM-in tələbələri Asiman Səidzadə (Müsyo Jordan), Emin Balaşov (Hatəmxan ağa),
Sevinc Qafarlı (Şərəfnisə xanım), Əfsanə Zeynallı
(Şəhrəbanu xanım), Nicat Həsənov (Şahbaz bəy), Simuzər Babazadə
(Gülçöhrə),
Zərifə Orucova (Xanpəri), Niyaz Əhmədzadə (Dərviş
Məstəli şah), Yaşar Mustafayev (Qulaməli), Fərhad Qədimov
və
Leyla Rzayeva ifa ediblər.
İki sahil.- 2017.- 2 mart.- S.5
Milli.Az