Sevgisiz yaşamaq çox
çətindir.
Münəvvər Əliyeva: Hər gün onun güzgü qarşısında məşq etməyini, öz-özüylə danışmağını gördükcə, elə bil bu sənət mənim də qanıma hopmağa başladı
Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Münəvvər Əliyevadır
- Münəvvər xanım, müsahibəyə hazırlaşarkən sizinlə daha yaxından tanış olmaq üçün vikipedianıza daxil olduq və anadan olduğunuz ili görəndə bir qədər təəccübləndik. Gəncsiniz, amma biz sizi daha gənc bilirdik. Belə gənc qalmağınızın üzərində xüsusi çalışırşınız, yoxsa gendən gələn bir şeydir?
- Xeyr, gənc görünmək üçün xüsusi olaraq heç bir şey etmirəm. Genə borcluyam. Maraqlıdır ki, universitetdə oxuyarkən həmişə mənə çox yaş verirdilər. Bu, görünür bizim ailədən irəli gələn haldır. İndi tələbə yoldaşlarımla rastlaşanda mənə deyirlər ki, səndə sayğac əksinə işləyir (gülür)? Amma çəkimə diqqət etməyə çalışıram. Çünki köklük də insanı yaşından artıq göstərir. Heç vaxt pəhriz saxlamamışam. Hərdən görürəm kilom artır o dəqiqə yeməyimə nəzarət edirəm, axşamlar yemirəm və s. İdman edirəm, üzürəm... Ümumiyyətlə, qadın gərək özünə baxsın.
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmisiniz. Öncə “Yuğ” Teatrında çalışmısınız, indi isə Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərirsiniz. Bu sahənin insanı olmaq arzunuz olub, yoxsa sadəcə bir təsadüf sizi teatra bağladı?
- Xeyr, uşaqlıqda aktrisa olmaq arzum olmayıb. 8-ci sinifə qədər arzum idi ki, ya bağça, ya da ibtidai sinif müəllimi olum. Daha çox bağça müəllimi işləmək istəyirdim. Çünki özüm bağçaya getmişəm və Valentina adlı bir bağça müəllimim vardı. O, xanıma böyük simpatiyam olub. Amma o vaxt gərək 8-ci sinifdən çıxıb gələydim Bakıya, burada məktəbəqədər texnikuma qəbul olunaydım. Biz o zaman Sumqayıtda yaşayırdıq. Təbii ki, qardaşım icazə vermədi. Dedi, təkbaşına qız uşağının Bakıda nə işi var?Dayım bu sənəti çox sevib. Təəssüf ki, 4-cü kursu bitirən ili dünyasını dəyişib. O, dünyasını dəyişəndə yarımçıq qalmış arzusunu bacıma vəsiyyət etmişdi. Dayımın eskizləri, işləri hamısı qaldı. Ona görə bu sənətə gəlməyə bacıma icazə verirdilər, amma mənə yox. Bacım instituta daxil oldu. Biz onunla bir otaqda qalırdıq. Hər gün onun güzgü qarşısında məşq etməyini, öz-özü ilə danışmağını gördükcə, elə bil bu sənət mənim də qanıma hopmağa başladı. 8-9-cu sinifdən artıq aktrisa olmaq həvəsi məndə də yarandı.- Qeyd etdiniz ki, bacınıza icazə verirdilər, amma sizə yox. Aktrisa olmağınıza valideynləriniz qarşı çıxırdılar, yoxsa qardaşınız?- Atam aktrisa olmağıma razı idi. Qardaşım isə yox. Mən hətta imtahan verəndə belə çox tərəddüd edirdim. Deyirdim bəlkə mədəni maarifə verim sənədlərimi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunduğumu 2 il gizlətmişəm.
- Bəs sonra necə açıqladınız addımınızı?..
- Elə oldu ki, qardaşım da ali məktəbə Rusiyada qəbul olundu və bir neçə il orada oxudu. Uzun illərdən sonra qardaşım gəlib mənim rol aldığım “Hələ sevirəm deməmişlər” tamaşasına baxdı. Xatırladım ki, tamaşa Qarabağ mövzusunda idi. Məhz o tamaşadan, orada canlandırdığım rolu görəndən sonra qardaşım həm məni bağışladı, həm də mənə bəraət qazandırdı. Gəldi məni təbrik etdi. Demək olar ki, mənim sənətimi qəbul etməyə o tamaşadan sonra başladı.
- Özünüz necə, razı qaldınızmı həmin bəyənilən rolunuzdan?
- “Hələ sevirəm deməmişlər” tamaşası çox sevilirdi.
- Münəvvər xanım, bilirik ki, daha çox müasir və klassik rollar ifa edirsiniz. Ümumiyyətlə, hansı obrazları özünüzə daha yaxın hiss edirsiniz?
- Nədənsə komediyanı özümə yaxın hiss etmirəm. Daha çox faciə və dram janrlarını sevirəm. Amma sözsüz ki, aktrisa hər janrı oynamağı bacarmalıdır. Bilmirəm, bəlkə qarşıma hələ o dərəcədə yaxşı komedik rol çıxmayıb. Bir də bizim sənət dili ilə desək, komediyada “xoltura” etmək mümkün olur. Ancaq faciə ilə sən “xaltura” edə bilmirsən. Yəni faciədə insanları- tamaşaçını aldatmaq mümkün deyil. Birinci, gərək özün-özünü aldatmayasan, ikincisi də qarşındakını.
- O zaman uzun illərdir bu sənətdə olan bir aktrisa kimi düşünürsünüz ki, tamaşaçını güldürmək daha asandır, nəinki ağlatmaq?
- Mənim üçün bəlkə də güldürmək asan deyil. Bəlkə mən öz peşəmi daha dəqiq bilirəm deyə, bu cür düşünürəm. Şəxsən mənə faciə janrında olan rolu ifa etmək daha çətindir. Amma indiki zamanda insanları ağlatmaq daha asandır.
- Rol seçimində hansısa kriteriyalarınız
varmı? Yoxsa, rejissor nəyi həvalə etsə
o, rolu da qəbul
edirsiniz?
- Elə
xüsusi kriteriyalarım
yoxdur. Lakin rol mənə təklif olunanda fikir verirəm
ki, o insanlara nəyi
çatdıracaq, nə deyəcək? Mən onu səhnədə
oynayanda tamaşaçı
oradan nəyisə
özünə
götürə
biləcəkmi? Ümumiyyətlə, hər
bir rolu işləməyə başlayanda
gərək o rolda özümü axtarım, tapım. Bəzən ani olaraq hər hansı bir sözün özü belə
məni
“tutur” və deyirəm hə,
mən,
bu rolu artıq
“bişirib” özümünkü
edəcəm.
- Fransız aktrisa, rejissor, müğənni Janna Moro deyib : “Mən
varlı deyiləm. Çox pulum olsun deyə də
heç nə eləmirəm. Tez-tez təmənnasız olaraq filmlərə
çəkilirəm. Əsas odur ki, rollarım mənim əhval-ruhiyyəmə cavab versin”. Həmkarınızın sözləri
sizə
nə
qədər səmimi
təsir
bağışlayır?
- Yəqin
o, aktrisa kifayət qədər yüksək
maaş alır ki, hərdən də təmənnasız filmlərə çəkilir. Biz, aktyorlar,
aktrisalar bu gün hansısa bir problemimizi filmlərdən əldə etdiyimiz qonorarla həll
edirik. Hansısa xarici ölkəyə getmək istəyirəmsə, özümə kiçik nə isə bir şey alıramsa
bunların hamısını
filmlərdən qazandığım pullarla
edirəm.
- Filmlərdən söz düşmüşkən, indi yerli telekanallarımızda
bir çox seriallar, kinoteatrlarda son dövrlər
çəkilmiş
filmlərimiz
nümayiş olunur. İzləyirsinizmi, bəyənirsinizmi?
Ümumiyyətlə, illərin
aktrisası kimi həmin
ekran əsərlərinin səviyyəsi sizi qane edirmi?
- Yox, qane etmir.
Yalnız Rövşən
İsaxın çəkdiyi serialları bəyənirəm. İndi “Vicdan haqqı” nümayiş olunur. Baxıram və
bəyənirəm.
- Münəvvər xanım, fatalistsiniz, yoxsa fikirləşirsiniz ki,
hər
şey insanın öz əlindədir?
- 50-50-yə. İnsan bəzən özü-özünü
uçuruma da apara bilər.
Amma şans adlanan bir məfhum
var. Bax, onu insana Allah verməlidir. Şansdır, istedaddır- bunlar artıq Allah vergisidir.
Yəni sən
özün dəridən, qabıqdan çıxsan da heç nə alınmayacaq. Quyuda su
yoxdursa, oraya su tökməklə
quyu dolmayacaq.
- Bəs,
özünüzü şanslı
bəndə hesab edirsiniz?
- O qədər də
yox!
- Z.Freyd deyirdi ki, yaşamağın kökündə
duyğulanma, duyğuların
kökündə
isə
eşq dayanır. Bu gözəl
xanımın eşqə münasibəti...
-Eşq...
Mənim məhəbbətim, eh mənim eşqim,
Qərib taleyimin ögey övladı
Sevdim insanları dəlicəsinə,
Məni dəli kimi sevən
olmadı.
Bilirsiniz,
əslində yaradıcı adam üçün sevgisiz yaşamaq çox çətindir. Şair, müğənni,
rəssam,
aktrisa, heykəltaraş - bu insanların içində
mütləq
sevgi qığılcımı
olmalıdır. Biz özümüzü sevgisiz
çox dəyərsiz, lazımsız
hiss edirik. Düzdür, sevgi bizə
böyük əzablar da verir. Sevginin bizə
verdiyi o ağrıdan
biz nəyi
isə
yaratmağa başlayırıq.
Sevgini yaşayarkən və
ya xülyalarda uçarkən
yox! Məhz sevgini itirərkən ki, o ağrını, əzabı yaşayırsan, bax o zaman başlayırsan bir-bir muncuq kimi düzürsən, işləyirsən, yaradırsan. Sevgi çox
qorxulu şeydir.
Amma onun ağrısı da insana xoş
gəlir.
- Sevirsiniz, yoxsa sevilirsiniz? Və ya hansını
daha üstün tutursunuz, sevməyi, ya sevilməyi?
- Mən
sevilməsəm, o münasibət
çox uzun çəkə bilməz.
Həyatda hər
şey qarşılıqlı
olmalıdır.
- İndi hansı
repertuar üzərində işləyirsiniz
və
yaxud hansı təklifləri dəyərləndirirsiniz?
- Teatrda səhnəyə qoyulan yeni tamaşamız Hüseynbala Mirələmovun “Vəsiyyətnamə” pyesidir. Filmdən təklif
gəlməlidir. Hal-hazırda onu
gözləyirəm. Hələ filmin adı
və
ssenarisi barəsində konkret heç nə
deyə
bilmərəm.
Şəmsiyyə Əliqızı.
Iki sahil.- 2017.-8 mart.-
S.12