Fransada Novruz bayramı
Ruayan şəhər meriyasının
və
Azərbaycanın
Dostları Assosiasiyasının
təşkilatçılığı,
Azərbaycanın
Fransadakı səfirliyinin və
Paris Azərbaycan
Evinin dəstəyi
ilə
Novruz bayramı münasibətilə silsilə
tədbirlər Ruayan şəhərində davam etdirilmişdir.
Şəhərin meri Didiye Kantən Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları
Assosiasiyasının Prezidenti,
Fransa parlamentinin üzvü, Jan-Fransua Mansel və
Paris Azərbaycan
Evinin rəhbəri,
Azərbaycanın
Dostları Assosiasiyasının
baş katibi Mirvari Fətəliyevanı şəhər meriyasında rəsmi qəbul
edilmişdir.
Səfir Elçin
Əmirbəyov Azərbaycanın
Fransa ilə əməkdaşlığa böyük
önəm
verdiyini qeyd edərək ölkəmizin
mədəniyyətinə göstərilən diqqət
üçün bütün
meriya əməkdaşlarına təşəkkür etmişdir. O, həmçinin
Fransanın müxtəlif şəhərləri ilə dostluq və
qardaşlıq sazişlərinin imzalandığını qeyd
etmiş, elecə də
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllində Minsk qrupunun üzvu olan Fransanın rolundan danışmışdır.
Daha sonra Ruayan şəhərinin
Konqreslər
Sarayında Azərbaycanda turizmə
aid film nümayiş etdirilmişdir.
Tədbiri açan
mer D. Kantən Azərbaycan nümayəndə heyətini
Ruayanda görməkdən şad olduğunu qeyd etmiş və hər iki ölkə arasında
müxtəlif
sahələrdə əlaqələrin inkişafından
bəhs
etmişdir.
J.F Mansel Azərbaycanın
Dostları Assosiasiyasının
fəaliyyəti, Azərbaycanın
tanıdılması üçün
Fransanın müxtəlif regionlarında hər il bu kimi silsilə tədbirlərin uğurundan, eləcə də assosiasiyanın Azərbaycanı kəşf
etmək
üçün fransızlar
üçün təşkil etdiyi səyahətlərdən
danışmışdır.
Səfir Elçin Əmirbəyov isə Novruz bayramı haqqında məlumat vermiş və bildirmişdir ki bu bayram Azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Birgə yaşayışı, sülhü təbliğ edən Novruz bayramı həm də 2010-cu ildən etibarən BMT tərəfindən beynəlxalq bayram elan edilmişdir. Səfir daha sonra Azərbaycanda multikulturalizm barədə məlumat vermişdir.
Tədbirin
sonunda Xalq Artisti Yusif Qasimovun
rəhbərlik etdiyi
“Bakı ulduzları” rəqs
ansamblı konsert proqramı ilə
çıxış etmişdir. Azərbaycan rəqslərini 400-dən çox
tamaşaçı böyük maraqla izləmişdir.
İki
sahil.- 2017.- 9 mart.- S.17