Bir balaca günəşin işıltısını görəndə qışqırardıq...

Müsahibimiz AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Elxan Məmmədlidir

- Elxanəllim, bu gün milli mənəvi dəyərlərimizin qorunması, inkişafı və təbliği hansı səviyyədədir?

 

- Əvvəlcə onu qeyd edim ki, milli mənəvi dəyərlərimizlə bağlı uzun illərdir xeyli işlər görülür. Əsas bayramlarımız, milli musiqimiz, muğamımız, aşıq sənətimiz, xalçaçılığımıza dövlət səviyyəsində qiymət verilib. Novruz bayramımız da, sazımız da, xalçamız da artıq UNESCO-nun mənəvi sərvətləri sırasındadır. Bu, təbii ki, mədəniyyət sahəsində dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü siyasətin əyani təzahürüdür. Bütün dünya artıq bizim milli mənəvi dəyərlərimizin nədən ibarət olduğunu və nə qədər dərin köklərə malik olduğunu yaxşı bilir. Hər hansı bir milli mənəvi dəyəri təbliğ edərkən bayramdan-bayrama və yaxud da fəsildən-fəsilə yox, ardıcıl təbliğat çox böyük önəm daşıyır.

 

- Dəyərlərimizin tərkib hissələrindən biri də Novruzdur. Yazın başlanğıcında, havaların isindiyi, torpağın canlandığı, təbiətin oyandığı vaxtda xalqımız özünəməxsus xüsusiyyətləri ilə fərqlənən və qədim adət-ənənələrə söykənən bu bayramı qeyd edir. Dünyanın əksər ölkələri Novruzu müxtəlif adlar altında olsa da, qeyd edirlər. Nəyə görə Yer kürəsində yaşayan hər millət bu gözəl bayramı keçirə bilmir?

 

- Əsasən Şərq ölkələri Novruzu böyük coşqu ilə qeyd edir. Bu həm də həmin ölkələrin iqlimi ilə bağlıdır. Qışdan sonra yaz gəlir. Amma elə ölkələr var ki, heç onlarda yaz fəsli olmur. Və yaxud da əbədi olaraq yayı yaşayırlar- Afrika və Ərəb ölkələri kimi. Bizdə bu, qışdan “çıxmaq”, həm də zülmdən “çıxmaq” kimi qiymətləndirilir. İnsan qışın çətinliyini arxada qoymağına sevinir. Yəni artıq yollar açılır, təbiət çiçəklənir, otlar göyərir, çaylar yavaş-yavaş daşır və təbiət oyanır. Bu hadisəni insan hələ ibtidai təfəkkürdə  ocaq qalamaqla, kosa-kosa ilə və s. müxtəlif oyunlarla qarşılayırdı.  Hətta mənim yadıma gəlir, biz uşaq idik, bir balaca günəşin işıltısını görəndə qışqırardıq:

 

Gün, çıx, gün, çıx!

 

Kəhər atı min, çıx.

 

Oğlunu qucağına,

 

Qızını tərkinə al!

 

                     və yaxud da...

 

Gün buralara,

 

Kölgə dağlara...

 

Xalq özünün Günəşə, Oda bağlılığını bu cür nümayiş etdirirdi. Arzularını, istəklərini bildirirdi. Tədricən də hava, iqlim düzəldikcə, yaz gəlirdi, fəsil dəyişirdi. Yazın gəlməyi elə özü nemətdir, bərəkətdir. Xalqımız ümumiyyətlə, Şərq xalqları ta qədimdən üzü bəri bu hissi yaşayır və yaşamaqdadırlar.

 

Təbii ki, bütün dövrlərdə mütərəqqi adət-ənənələrin yaradıcısı və eyni zamanda onu qoruyub, zənginləşdirən xalqdır. Bir məqama toxunmaq istəyərdik... 13 günlük təqvim sürüşdürməsinin nəticəsində bu gün Novruzu martın 21-22 keçiririk. Əslində illər əvvəl Novruz mart ayının 9-da qeyd edilib. Şairimiz Abbas Səhhətin də misraları dediklərimizi təsdiqləyər:

 

Gəldi martın doqquzu, Bayram etdik Novruzu!”

 

Bəli, Qəməri təqvimlə Novruz bayramı martın 9-da keçirilirdisə, sonralar Günəş təqviminə görə aradakı 13 gün fərqə görə martın 21-də qeyd edilməyə başlanıldı.

 

- Kainatın yaranışından, çəənbələrdən danışaq. Alimlər arasında çəənbələrin sıralanması ilə bağlı polemikalar hələ də davam etməkdədir...

 

- Əslində, o dörd ünsür ki, deyirik, o, sanki bir düstur kimi qəbul olunub. Ümumiyyətlə, çəənbələr kainatın yaranış mifi ilə bağlıdır. Vaxtilə Yer kürəsi ancaq buz qatından ibarət olub. Günəşin çıxmağı ilə  buz əriyib və torpaq qatı üzə çıxıb. Torpaqdan sonra isə insan nəfəs aldığı kimi təbiət də nəfəs almağa başlayıb. Ta qədimdən bəri ardıcıllıq belədir: o dörd ünsür  abi-atəş, xaki-bad, yəni su, od, torpaq və yel çəənbəsi.  Son dövrlər isə üçüncü çəənbəni yel çəənbəsi hesab edirlər. Mən bununla razılaşmıram. Çünki yuxarıda sadaladığım ardıcıllığı, o, düsturu pozmaq olmaz. Çünki o həm də insanın yaranış mifi ilə bağlıdır. İnsan qətrədən yaranır. Enerji əlavə olunur, materiya yaranır və ona nəfəs gəlir. Məsələn, körpənin dünyaya gəlməsinə də nəzər yetirəndə görərik ki, kainatın yaranışı ilə insanın yaranışı arasında nə qədər vəhdət var. İnsan təbiətin bir parçasıdır. Bu yaxınlarda hörmətli professor Məhərrəm Qasımlının da internet saytlarının birində fikirlərini oxudum və onunla tamamilə razıyam. Biz həmişə sonuncu çəənbəyə ilaxır çəənbə demişik. Sonuncu çəənbə çox müqəddəsdir. İnancların əksəriyyəti də elə məhz həmin çəənbə axşamı həyata keçirilir. Yaxşı yadımdadır, mən uşaq idim, qonşumuzun gəlini bulaqdan kuzə iləlalsu gətirərdi. Həmin kuzəni bir ildən sonra boşaldardılar.

 

- Elxan əllim, hazırda dəyərlərimizi gənc nəsil hansı səviyyədə qoruyur?

 

- Bu dəyərləri qoruyan gənc öz milli kimliyini dərk edir. Bu gün böyük əksəriyyət adət-ənənələrimizə hörmətlə yanaşır, onları qoruyur.

 

- Bu gün hərtərəfli fəaliyyəti ilə örnək olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə səyi nəticəsində Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu il  fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günüelan olunub. Folklorşünas kimi bu yolu necə şərh edərdiniz?

 

- Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü bütün işlər alqışlanır. Belə ki, Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Memarlıq abidələrimizdən biri Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salındı.Azərbaycanın xalçasısənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi. Bütün bu sadaladıqlarımız və hələ sadalamadığımız neçə-neçə işlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.

 

- 2010-cu ildə aşıq sənəti ilə bağlı 600-dən artıq sənət nümunəsini toplayıb təmənnasız olaraq Dövlət Səs Yazıları Arxivinə təqdim etdiniz. İndi çalışdığınız sahədə hansı yeniliklər var və ya bu yaxınlarda hansısa tədqiqat əsəriniz gözlənilirmi?

 

- Bizim Folklor İnstitutunda təxminən 13 şöbə fəaliyyət göstərir. Hər şöbənin də özünün təmayülü var. Bu yaxınlarda aşıq yaradıcılığı şöbəsində dövlət sifarişi ilə üçcildlik, hər biri təxminən 600 səhifəyə yaxınAşıq şeirlərindən seçmələrkitabları hazırlandı. Korrektə işləri də yekunlaşıb, artıq çapa tam hazırdır. Sözügedən üçcildlikŞərq-QərbNəşriyyat Evində  işıq üzü görəcək. Tədqiqatlarımız davam edir. Gənc aspirantlarımız, elmi işçilərimiz bu və ya digər mövzularla bağlı müdafiə edirlər. 

 

Şəmsiyyə Əliqızı.

İki sahil.- 2017.- 14 mart.- S.13