Mənalı ömür yolu
Zaməddin Ziyadoğlu Həmişəyev 1947-ci ilin baharında Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Həmin kənd məktəbində orta təhsilini 15 yaşında bitirib və ali təhsil almaq arzusu ilə Bakıya gəlib. Burada
istehsalatda işləyə - işləyə Bakı Neft Texnikumunun axşam
şöbəsində təhsilini əla
qiymətlərlə başa vurub, Neft və qaz
quyularının istismarı ixtisasına yiyələnib.
Özünün dediyinə görə, hələ kiçik yaşlarından,
Mehdi Hüseynin “Abşeron” romanını oxuduğu
çağlardan ürəyində neftçi olmaq arzusu baş qaldırıb. Arzularının
sorağı ilə
əfsanəvi Neft
Daşlarına gəlib.
Arzusu həyata
keçdikdən
sonra bu sahədə fəaliyyəti
də
çoxşaxəli
oldu. Amma onun neftçi ömrü,
şair ömrü bir qəzet
məqaləsinə sığan deyil.
O zaman
Neft Daşlarında “Azərdənizneftinşaat” Trestinin 6 saylı Tikinti-Quraşdırma
İdarəsində tikinti maşınlarının çilingəri kimi ilk əmək fəaliyyətinə başlayıb. Həmin
idarə dənizdə estakadaların və estakadayanı
meydançaların tikintisi ilə
məşğul
olurdu. İndi Zaməddin
o illəri
qürurla xatırlamaqda haqlıdır. Çünki
vaxtilə Xəzərin mavi suları üzərində yollar salınmasında - polad
estakadaların tikintisində onun da əməyi var. Xoşbəxtlikdən onun
çalışdığl idarəyə Xanoğlan Bayramov kimi məşhur neftçi rəhbərlik edib. O, Neft
Daşlarını qurub-yaradanlardan idi. O dövrdə onun əməyinə böyük qiymət verilmişdi, 25
yaşında ikən Sosialist Əməyi Qəhrəmanı adını almışdı.
Xəzərin qoynunda, Neft
Daşlarında çiyin-çiyinə
çalışdığı, tədbirlərdə birgə iştirak etdiyi neçə - neçə mətin insanların - Xoşbəxt Yusifzadənin, Bəxtiyar Məmmədovun, Bəhmən Hacıyevin, Qurban Abbasovun
(Neftçi Qurbanın), Akif Cəfərovun və başqalarının
adları dilinin əzbəridir. Dənizdə işlədiyi illərdən söhbət
düşəndə həmin insanların adlarını
iftixarla çəkir,
onlarla eyni dövrdə
Neft Daşlarında çalışdığından
qürur duyur.
O
dövrlərdə Neft Daşları dünyanın məşhur insanlarının
maraq dairəsində idi. Buraya
dünyaca məşhur
yazıçılar, diplomatlar, elm adamları və kosmonavtlar da gəlirdi. O
insanlarla görüşlərindən Zaməddin müəllim xüsusi şövqlə danışır. Amma onun yaddaşında
ulu öndər Heydər Əliyevin Neft Daşlarına gəlməsi daha dərin izlər buraxıb.
İndi o
günləri belə xatırlayır:
- Ulu
Öndərimiz 1975-ci ilin iyun ayında Neft Daşlarının 25
illik yubileyi münasibətilə keçirilən tədbirdə
neftçilərlə çox mehriban
görüşdü,
onların sosial vəziyyəti, hal - əhvalı ilə maraqlandı.
Ümummilli
lider Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıdanda
mən
artıq Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri idim. O zaman da bir sıra
dövlət əhəmiyyətli tədbirlərdə Ulu Öndərin neft və qaz kimi sərvətimiz haqda dediyi çox dəyərli fikirlərini eşitmişəm. Bunlar mənim üçün
unudulmaz görüşlərdir. Heydər Əliyev deyirdi ki, Azərbaycan
neftinin sabahı dənizdə
neftçıxarmanın inkişaf etdirilməsi ilə
bağlıdır. Onun neftçilərə göstərdiyi qayğı, neft
infrastrukturunun yaradılması üçün
gördüyü böyük işlər və nəhayət, uzaqgörənliyi sayəsində “Əsrin müqaviləsi”nin imzalanması bunun bariz
nümunəsidir.
Zaməddin Həmişəyevin ömrünün ən gözəl illəri
Neft Daşları ilə bağlıdır. Doğrudan da dəniz cəsur və fədakar insanları sevir. Bu mənada Zaməddin Həmişəyev də həyatın
hamar yollarından yox, Xəzərin tufanlı, qasırğalı qoynunda, çətin yollardan keçən dəniz fatehlərindəndir.
Dənizin romantikası şair xəyallı gənc Zaməddini o vaxdan özünə elə çəkmişdi ki... O, Neft Daşlarında
işləyərkən quruda olanda da dəniz üçün
darıxırmış. Doğrudan da dənizin
cazibə qüvvəsi belədir.
O, erkən yaşlarından hər zəhmətə qatlaşıb, işin
çətinliyindən qorxmayıb, əksinə, bilmədiklərini öyrənməyə can atıb. Adi çilingərlikdən usta, iş
icraçısı və təchizat bazasının müdiri kimi vəzifələrə irəli çəkilib. Eyni zamanda həmin dövrlərdə çalışdığı
kollektivdə ona
böyük etimad göstərilib,
idarə həmkarlar ittifaqı
komitəsinin sədri seçilib.
Həmin
işdə də ictimai fəallıq nümunəsi göstərərək
kollektivin etimadını doğruldub. Həmkarlar komitəsində təşkilatçılıq bacarığı ilə fərqlənən Zaməddin Həmişəyev daha sonra istehsalatdan
ayrılmamaqla, Moskvadakı M.N. Şvemik adına Hüquq və Sosial Elmlər Akademiyasında qiyabi yolla təhsil alıb. Təhsilini başa vurduqdan sonra da
Neft Daşlarından ayrılmayıb, ömrünün iyrimi beş ilini möcüzələr şəhərində çalışmaqla dəniz qoynunda keçirib.
Uzun illər Neft Daşlarında
nümunəvi çalışdığına, bütün tədbirlərin keçirilməsində fəallıq göstərdiyinə görə, Zaməddin Həmişəyev Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Mərkəzi Komitəsinə məsul vəzifəyə dəvət edilib və bir müddət sonra komitənin sədri seçilib. Altı il sədrlik fəaliyyətində ən mühüm və çətin problemlərin
həllində öz bacarıq və mövqeyini nümayiş
etdirib. Həmin
illərdə bir sıra xarici
ölkələrin həmkarlar təşkilatları ilə təcrübə
mübadilələri etmiş və faydalı işlər
görmüşdür. O cümlədən Türkiyə, Rusiya, Ukrayna,
Gürcüstan, Belarus kimi ölkələrin müvafiq sahə həmkarlar təşkilatlarının beynəlxalq təcrübəsini öz fəaliyyətində tətbiq edib. Elə bunun nəticəsidir ki, Azərbaycan
neftçilərinin həmkarlar ittifaqı 1995 - ci ildə Beynəlxalq AİSEF təşkilatına üzv
olmuş və bu təşkilatın Vaşinqtonda keçirilən konqresində
respublikamızın neft və qaz sənayesi həmkarlar təşkilatlarının
nümayəndə heyəti də iştirak etmişdir.
O, həmkarlar təşkilatındakı fəaliyyətindən sonra yenidən istehsalata qayıtdı və Bakının böyük sənaye rayonlarından olan Əli Əmirov adına Neft və Qaz Çıxarma İdarəsində (NQÇi) ekologiya üzrə rəis müavini vəzifəsində çalışdı.
Burada da ona məşhur neftçi Kərim Kərimovla çiyin - çiyinə işləmək qismət olub. Təqaüdə çıxandan
sonra da Qaradağ rayonunun ictimai həyatında
yaxından iştirak edir. O, fəal ictimaiyyətçi və sədaqətli YAP - çıdır.
SOCAR-ın
birinci vitse - prezidenti
Xoşbəxt
Yusifzadə vaxtilə onun fəaliyyətini yüksək dəyərləndirərək yazmışdı: “ Zaməddin Həmişəyevi mən hələ Neft Daşlarında işləyərkən tanıyırdım. O, kollektivin
böyük hörmətini qazanaraq uzun illər idarə həmkarlar ittifaqı komitəsinin, sonra isə Respublika Komitəsinin sədri
işləmişdir. Həmin illərdə Zaməddin Həmişəyevin neftçilərin sosial - iqtisadi mənafelərini, hüquqlarını qorumaq istiqamətində fəaliyyətinin şahidi
oldum.”
... Gəlişi
ilə elə bil
qarşısındakı adamın üzünə Günəş doğur.
Hələ onunla həmsöhbət olsan, ürəyin fərəhlə döyünər, şirin bir duyğu ilə qəlbin isinər. İnsan onu
duyduqca mənalı
bir ömür yaşadığının şahidi olar.
Onun haqqında insani keyfiyyətlərinə, qəlb dünyasına yaxından bələd olan çox görkəmli insanlar -alimlər, elm xadimləri, akademiklər,
Xalq şairlərləri fikir bildiriblər. Haqqında
yazılanlar da mənalı
bir insan ömrünün real lövhələrini olduğu kimi əks etdirir. Azərbaycanın görkəmli alimi, akademik Teymur
Bünyadov, Xalq şairləri Nəriman Həsənzadə, Mirvarid Dilbazi və başqaları bu insanın ömür yolundan
böyük məhəbbətlə söhbət açıblar. Akademik Teymur Bünyadov Zaməddin Ziyadoğlu haqqında həm bir insan, həm də bir şair kimi böyük
məhəbbətlə, uca könüldən gələn sözlər yazıb: “...Zaməddin Ziyadoğlunun
adını şərəflə çəkmək borcumuzdur. Zaməddin
bu el - obayla fəxr
elədiyi kimi, bu el
də qibtəyə layiq oğlu ilə fəxr
edir və onu sevir.
Bu dəyərli eloğlumuz
böyük ürək
sahibidir. Mehribanlığı, gülərüzlülüyü,
saf qəlbliliyi ona
yaraşıq verir.”
O, öz
ömründən savayı, içində bir söz ömrü də yaşayır. Zaməddin
Ziyadoğlu imzası ilə
şeirlər
yazır. Bədii
yaradıcılıqla məşğuldur,
Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür, şair -
dramaturqdur. “İlham bulağı”, “Vurğuna vurğun gəlin”, “Tale yolum”, “Turşməzə əhvalatlar”, “Ümid
çırağım”, “Borçalı nisgili”, “Həncərisən?”, “60 ildən 60 yarpaq”, “İzim - sorağım”, “Ömür
növrağım” adlı bir -
birindən maraqlı kitabların müəllifidir. Şeirləri, publisist məqalələri, yumorlu hekayələri, poemaları “Neft
daşları”, “Vışka”, “Qarabağ”, “İki sahil”, “Xalq
qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Respublika”, “Şərq”, “Ədalət”, “Göyəzən”, “Dəli Kür” qəzetlərində, o cümlədən müxtəlif ədəbiyyat və mədəniyyət portallarında dərc olunub. Ümumilikdə Azərbaycan, Türkiyə və Rusiyanın yüzədək qəzet və jurnallarında imzası
görünmüşdür. Bədii
yaradıcılıq sahəsində böyük
iddiaları olmasa da, yazdıqlarından mənəvi
rahatlıq tapır.
O, eyni zamanda “Neftçi”
Ədəbi Məclisinin yaradıcısı və rəhbəridir. Yüz
iyirmidən çox
neftçi - şairi “Neftçi” Ədəbi
Məclisi ətrafında birləşdirməyə nail olmuşdur. Otuzdan çox qələm sahibinin
kitablarının redaktoru olmuş və
“Ön söz” yazmışdır.
Xalq
şairi Nəriman Həsənzadə Zaməddin Ziyadoğlu haqqında yazdığı fikirlərdə ona yüksək qiymət verir: “Zaməddin mənim böyük hörmət bəslədiyim qələm dostlarımdandır. Onun “Vurğuna vurğun gəlin”
mənzum pyesinin
ayrıca kitab halında nəşrinə geniş müqəddimə yazdım və onda dramaturq
istedadının olduğunu gördüm.”
Qazağın
Xanlıqlar kəndində doğulan Xalq şairi Mirvarid Dilbazi orada həmişəyevlər nəsli ilə qohumluğuna, həm də öz oğlu
olmadığına görə, oğul əvəzi Zaməddinə mehrini salmışdı.
Saçlarının ağappaq vaxtında, ömrünün
qar fəslində Zaməddin Ziyadoğluna xitabən yazdığı şeirdə oxuyuruq:
Hərdən Karqayaya yolun düşəndə
Sənin yanındayam zənn elə mən də.
Məni o cənnətə apar özünlə,
Bax o gözəlliyə həsrət gözümlə.
Dinlə nə danışır o dağ
yelləri,
Dinlə ilk uşaqlıq laylamı
çalan
Orda qərib səsli anadilləri...
Ah həsrət illəri,
Həsrət illəri!
O,
bütün həyatı, şərəfli əməyi ilə özünə hörmət qazanmışdır. İnsanların ona
ehtiram göstərməsi, hörmət bəsləməsi
ümman könlündən
ruhi rahatlıq tapmasında və
sözü də, əməli də
düz olmasındadır. Öz dərdi özünə bəs etsə
də,
başqalarının qayğıları ilə yaşayan müdrik el
ağsaqqalıdır. Adı qazaxlıların inam ünvanına
çevrilib. Etdiyi xeyirxahlıqlara görə insanların sevincindən ürəyinə pay düşəndə deyir ki, bundan böyük səadət ola bilməz. Yurdsevərliyi və
xeyirxahlığı da insanlığa vurğunluğunun ifadəsidir.
Zaməddin Həmişəyev qayğıkeş insandır, insanlığın
vurğunudur.
Nə
edirsə,
ağılla ürəyin
diktəsi ilə edir. Vaxtilə
özü də onu
əhatə edən insanların
qayğısı ilə
həyatın
yollarında addım atıb, xoş taleli ömür
sürüb. Amma oğlunun faciəli ölümündən sonra
ömrünün bəxtəvərliyi zədələnib.
Onu yaxından tanıyanlar bilir ki, Zaməddin Həmişəyevin üzündəki təbəssüm həm də dözüm
qarışıq bir ifadənin nişanəsidir. Dərdə dözmək hər kişinin işi
deyil. Üzünün
mülayim və
nurlu ifadəsi var.
İnsana sevgi və
qayğı hissi ilə
yanaşır. O, müqəddəs Məkkə ziyarətində olub və o zamandan Hacı kimi ona bəslənən ümidləri doğruldub, hörməti birə - beş
artıb.
Tanışlığımızın
tarixçəsi 20 - 25 il bundan əvvələ
təsadüf
etsə də, son illər aramızdakı ünsiyyətdən Borçalı - Qazax
doğmalığına uyğun bir doğmalıq yarandı.
Hər dəfə görüşəndə deyirdi ki, mətbuatda yazılarını oxuyuram, dəst - xəttindən çox xoşum gəlir. Sanki özünün də
diqqətimdə olmasına bir mesaj verirdi.
Canında necə
bir həyatsevərlik, insansevərlik olduğunu duyub
hiss edəndən, keçdiyi həyat yoluna, şəxsiyyətinə bələd
olandan sonra haqqında yazmaq qərarına
gəldim.
Olduqca sadə, zəhmətkeş və təvəzökar insandır. Sözü ilə, özü ilə öyünmür.
Elə səmimiyyətlə ünsiyyət qurur ki... Həyatı həm insan kimi, həm də qələm
adamı kimi uyğunlaşdırıb yaşayır. Onun kimliyi qələmi və
insanlığının qovuşduğu nöqtədə daha aydın görünür.
O, Vətənimizi qarış - qarış gəzdikcə doğma yurdun qənirsiz gözəlliklərinə min bir könüldən vurulur və bu vurğunluq ürəyində sözə,
nəğməyə dönür.
Onun
şeirlərindən dillər əzbərində yaşayanları da var. Şirin Qazax ləhcəsində yazdığı “Həncərisən?” şeiri də bu qəbildəndir:
Belə səfər heç girməzdi yuxuma,
Xanlıxlarda çatdım boya - buxuna.
Doğma
yurdum möcüzədir çoxuna,
Elat
görmüş burda Sultan Səncəri,
Ağrın alem, həncərisən, həncəri?
Bal
kimidi mahalımın ləhcəsi,
Ətirlidir torpağında bağçası.
Məclisləri sazın - sözün
boğçası,
Kəsəmənli, Ağköynəkli, İncəli...
Ağrın alem, həncərisən, həncəri?
Bu şeirinin dili də gözəldir, deyilişi də. Şeirdə
el - oba ruhunu aydınca görürük. Dil
və üslub məsələləri ilə bağlı da
maraqlı məqamlar
var. Bu məqamlar
şeirin ovqat və
koloritini daha yaxşı anlamağa imkan verir. Həm də bu şeirlə Zaməddin Ziyadoğlunun şəxsi xarakteri, təbiəti arasında bir
doğmalıq var. Telli sazı bağrına basıb onun bu
şeirini şövqlə oxuyan neçə - neçə aşıqlar
görmüşəm.
O, əməkdə və ictimai işlərdə fərqləndiyinə görə neçə neçə fəxri fərmanlarla, diplomlarla,
ÜİHİŞ - in laureatı qızıl medalı, həmçinin “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Gözəl ailə başçısı olan
Zaməddin Həmişəyev ötən günlərinə boylanaraq xoş xatirələrini nəvələrinə ərmağan edəndə nəvələri
də mənalı həyat yolu keçmiş
müdrik babaları ilə haqlı olaraq öyünürlər. Sevinirlər ki, bu günlərdə babalarının 70 yaşı
tamam olur. Biz də
bu sevincə
qoşularaq yubiley münasibətilə onu ürəkdən təbrik
edir, möhkəm
cansağlığı və
könül xoşluğu, ömür şuxluğu
arzulayırıq.
Həzi Həsənli
İki
sahil.- 2017.- 15 mart.- S.20