Böyük şəhərin işıqları 40 il sonra

Müsahibimiz respublikanın Xalq artisti, “Qayavokal qrupunun rəhbəri Rauf Babayevdir

- Raufəllim,  musiqinin elə bir janrını seçdiniz ki,  bu böyük bir inqilab demək idi. O zamanlar Azərbaycan musiqisinə gətirdiyiniz caz tamaşaçılarımız tərəfindən necə qarşılandı?

 

- Sizin kimi cavan olanda Bakıda hamı cazı sevirdi. Biz də cavan uşaqlar idik və cazın vurğunu idik. O zamanlar paytaxtda olan bütün kinoteatrlarda - “Nizami”, “Azərbaycan”, “Araz”, “Vətənkimi  kinoteatrlarda estrada orkestrləri var idi. Necə ki, indi hamının evində, işində internet var. O zamanlar camaat həftəsonu parklara gəlirdi. Orada rəqs meydançaları olurdu. İnsanlar musiqi dinləyir, rəqs edirdilər. Bu çox gözəl bir ənənə idi. Biz cavanlar, Asəf Zeynallı adına musiqi məktəbinin tələbələri də klassik musiqi ilə məşğul olmağımıza baxmayaraq caz musiqisinə də böyük rəğbət bəsləyirdik. Elə həmin Asəf Zeynallı adına musiqi məktəbində  Teymur Mirzəyev, Arif Hacıyev, Adil Nazarov və mən  yığışıb birlikdə işbirliyinə qərar verdik.  Teymur Mirzəyev bildirdi ki, Amerikada gözəl kvartetlər var, bizdə niyə olmasın?  İlk əvvəl ifalarımıza Amerika musiqisi ilə başladıq. Çünki bizim musiqilərimiz mono musiqi idi.  O zaman heç ağlımıza da gəlməzdi ki, bizim mahnıları  çox səsli oxumaq olar.  Biz bunu etdik. İfalarımıza  fərqli musiqiçilər də qulaq asırdı. O zamanlar bütün institutlarda da kiçik  estrada kollektivləri var idi. Mütəmadi olaraq bu institutlarda tədbirlər keçirilirdi. O tədbirlərdə iştirak etmək elə də asan deyildi. Hamı iştiraka can atırdı. Yavaş-yavaş bu tədbirlərə dəvət almağa başladıq. Artıq şəhərdə tanınırdıq və bilirdilər ki, belə bir caz kvarteti var. O vaxtlar qrupumuzun adı yox idi. Biz tələbə idik və özümüz üçün oxuyurduq. Heç düşünmürdük ki, nə vaxtsa professional olacağıq. Görkəmli bəstəkarımız Rauf Hacıyev o zamanlar estrada orkestrinin rəhbəri idi. Eşidəndə ki, belə bir kvartet var, bizi dəvət etdi, qulaq asdı və bəyəndi. Həmin vaxtlar insanlar estrada acı idi. Amma orkestrdə ə başlayanda  Rauf Hacıyev bildirdi ki, gərək Azərbaycan mahnılarını ifa edək. Biz də o zaman təəccübləndik, dedik ki, biz bu mahnıları necə ifa edəcəyik?  Rauf əllim bildirdi ki, ilk olaraq mənimBakıhaqqında mahnımdan başlayaq. Bu mahnını Leninqraddan gətirilmiş  musiqi rəhbəri, cazmen aranjeman etdi. Biz bu mahnını 4 səslə oxuduq və gördük ki, gözəl də alındı. Bu, ölkə daxilində də, xaricində də gözəl qəbul edildi. Keçmiş SSR-nın bütün respublikalarında dəfələrlə anşlaqla keçən  konsertlərimiz oldu.

 

- Bir yerdə mahnı oxumağı, bulvarda gəzməyi sevən 4 dost, 4 yoldaş yaratdıqları ansamblaQayaadını qoydular. Niyə məhzQaya”?

 

 - Bu sualı illərdir mənə verirlər. Hər dəfə bu sualı cavablandıranda uşaqlardan soruşurdum ki, doğrudan bu kimin ağlına gəldi? Teymur deyirdi sən dedin, mən deyirdim axı mənə elə gəlir ki sən dedin, biri deyir Arif dedi. Kimin bu adı seçdiyi əsas məsələ deyil. Əsas odur ki, hamımızın ürəyincə oldu. Yəqin ki, bizim dənizdə olmusunuz, Bakının bərk küləyində qayalar oxuyur. Bu, gözəl səslənir.

 

- “Qayavokal instrumental ansamblı o dövrün möhtəşəm musiqi qrupu idi.Qayavokal ansamblının xarici səfərləri haqqında danışardınız...

 

-Biz 50 ölkə gəzmişik. Səfərlər zamanı bizim ansambla xüsusi diqqət edirdilər. Konsertlərimiz çox maraqlı keçirdi. Hər kəs bizi sevərək dinləyirdi. Hətta uzaq Afrika  ölkələrinə də uzunmüddətli  səfərlərimiz  olmuşdu. Afrikada biz ilk dəfə 4 ay, ikinci dəfə 3 ay qalmışıq.  Bu 7 ay ərzində Afrikanın 15 ölkəsində olmuşuq. Mən həmişə demişəm ki, artist gərək konsertsiz yaşamasın. İndiki zamanda da ansamblımın fəaliyyətini qənaətbə hesab edirəm. Bu uşaqlar həm  Azərbaycan mahnılarını, həm də xarici mahnıları gözəl ifa edirlər. Biz gərək bunu bütün dünyaya göstərək ki, Azərbaycanda necə səslər, necə oxuyanlar var.

 

- Rauf əllim, sonradanQayavokal ansamblı tədricən dağılmağa başladı. Buna səbəb nə idi?

 

- Dağılmaq deməyək, “Qayavokal instrumental ansamblı fəaliyyətini dayandırdı. Səbəbi isə ölkədə baş verən dəyişikliklər oldu. Qastrol səfərləri olmadı. Biz dövlətin ansamblı idik. O zaman dörd nəfərdən başlayan qrupumuz 110 nəfərlik bir kollektivə çevrilmişdi. Zamanla hərə bir yerə dağılmağa başladı. Kimi xaricə getdi, kimi də özfəaliyyətə başladı. Beləliklə də, “Qayaansamblı fəaliyyətini dayandırdı. Həmin vaxtlarda dostum Rafiq Əzizovla küçədə qarşılaşdım. Hal-əhval tutduq. Soruşdu ki, nə işlə məşğul olursan? Vəziyyəti danışdım. O da təklif etdi ki, gəl məktəbdə dərs de. Əvvəlcə razılıq vermədim. Daha sonra qəbul etdim. Bilirsiniz, bizim xoşbəxtliyimiz ondadır ki, öz sevdiyimiz işlə məşğul oluruq. Çünki insan sevdiyi işlə məşğul olanda yorulmur. 1995-ci ildən öz qrupumu yaratdım.  Bəri baxqrupu yaranandan üç ay sonra artıq Heydər Əliyev Sarayında Gənclər Günü  ilə bağlı tədbirdə ilk çıxışlarını etdilər.

 

- Azərbaycanda caz musiqisinə olan münasibət sizi qane edirmi?

 

- Deyərdim ki, o illərdən fərqli olaraq bu gün demək olar caza elə də tələbat yoxdur. Əvvəllər paytaxtda çoxlu caz klublar var idi. Bu gün onların demək olar ki, böyük əksəriyyəti bağlanıb. Ancaq  caz ifa edən gözəl pianoçularımız  var.  

 

- Bizə  elə gəlir, caz musiqisindən danışmaq və Vaqif Mustafazadəni xatırlamamaq günah olar. Bir qədər də Vaqif musiqisindən danışmağınızı, ümumiyyətlə, Vaqif Mustafazadənin Azərbaycan caz musiqisinə verdiyi töhfələrdən söhbət açmağınızı xahiş edirəm.

 

-Biz hələ Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda Vaqif tez-tez ora gəlirdi. Bizim sinifimizdə zərb alətləri var idi. Yığışıb caz çalırdıq. Vaqifin çox gözəl bir pianino texnikası var idi. Çox professional insan idi. Deyərdim ki, Azərbaycan musiqisinə cazın ən yaxşısını Vaqif gətirdi. Vaqif caza yeni br xətt gətirdi. Vaqifdən əvvəl heç kim muğamı cazla sintez etməmişdi. Ona görə bu gün də Azərbycan cazı deyəndə Vaqifi xatırlamamaq mümkün deyil. O muğamın çalarlarını caz üzərində tətbiq etdi.

 

- Musiqiçilər adətən cazda muğam elementlərinin olduğunu deyirlər. Bu gün əksər musiqiçilərimiz cazla muğamın sintezində musiqi əsərləri ifa edirlər. Fikrimcə, çox gözəl alınır. Cazı Azərbaycan musiqisinə gətirən insanlardan biri kimi siz bu sintezin yaranmasına necə baxırsınız?

 

- Mən cazın sintezini sevmirəm. Deyə bilərəm ki, təmiz cazı və təmiz muğamı sevirəm - ayrı-ayrılıqda. Mən cazın dərinliyini sevirəm. Bugünkü cazı anlamıram. Musiqidə gözəlliyi sevirəm.  Mən muğamla cazın sintezini sevmirəm. Bəlkə də düzgün  demirəm, ancaq bu mənim şəxsi fikrimdir. Muğamı bizim görkəmli muğam ustadları, korifeylər oxuyanda insanın ağlını başından alır. Bir neçə il bundan əvvəl muğam müsabiqəsində münsif kimi əyləşmişdim. Ora rayondan uşaqlar gəlmişdi. Oturmuşdum, gözlərim yaşla dolmuşdu. Muğam sırf hisslərlə əlaqəlidir. Mən o uşaqları dinləyəndə heyrətə gəlirdim. Fikirləşirdim, möcüzədir, kiçik uşaqlar necə hiss edir bunu?

 

- Hər sahənin bir məktəbi və bu məktəbin birəllimi olur. Azərbaycan caz məktəbinin müəllimi kimi Raufəllim bu gün gənclərimizə cazın sirlərini öyrədirmi?

 

- Mən deməzdim ki, Azərbaycan cazının müəllimiyəm. Mən çoxsəsli cazın müəllimiyəm. Bacardığımı etməyə çalışmışam.

 

- Ailədə sizin yolunuzu davam etdirən varmı?

 

- Bir oğlum, bir də nəvəm var. Oğlum pianoçudur. Bizim ansamblın direktorudur.

 

- Bu il sizin üçün yubileylər ilidir. Həm sizin yubileyinizdir, həmQayaansamblının, həm də SSRİ-də ilk şou proqramının 40 illiyidir.

 

- Mən uşaq olanda Çarli Çaplinin bir kinosu var idi - “Böyük şəhərin işıqları”.  İndi istəyirəm ki, keçirəcəyim yubiley konsertinin adını elə belə də qoyum: “Böyük şəhərin işıqları 40 il sonra”.

 

Şəmsiyyə Əliqızı

 İki sahil.- 2017.- 16 mart.- S.16