Aqrar sektorda istehsal artır, ixrac stimullaşır
Prezident İlham Əliyevin qeyri-neft
sektorunun inkişafı
ilə bağlı
qarşıya qoyduğu
konkret vəzifələr yeni mərhələdə
aqrar sahənin inkişafını
daha da sürətləndirib. Həyata keçirilən
tədbirlər, hüquqi
bazanın daha da möhkəmləndirilməsi, dövlət
tərəfindən əkinlərə ayrılan subsidiyalar,
kənd
təsərrüfatı məhsullarının
alış qiymətinin artırılması və digər
güzəştlər bu sahənin
inkişafına xidmət edir.
Prezident İlham Əliyev regionların
2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının
üçüncü ilinin
yekunlarına həsr olunmuş konfransda qeyd edib ki,
indi bu sahədə islahatlar
aparılır, tədbirlər görülür. Emal müəssisələri şəbəkəsinin
genişləndirilməsinə, əkin sahəsi
strukturunun təkmilləşdirilməsinə, xüsusilə
də
ixrac potensialı yüksək olan sahələrin inkişaf etdirilməsinə diqqət göstərilir.
İxracın kreditləşməsi, ixrac əməliyyatlarına təminatın
verilməsi,
ixrac kreditləri üzrə
faizlərin
bir qisminin ödənilməsi də
prosesi daha çevik hala gətirir.
Artıq ölkəmizdə bəzi
malların, xüsusən də
aqrar məhsulların istehsalı
daxili tələbatdan
daha çox olmağa başlayıb ki,
bu da yerli
məhsulların
ixracına imkan verir.
Azərbaycan regionlarının
sosial-iqtisadi inkişafı
Dövlət
Proqramının uğurlu
icrası aqrar sahəyə də
öz müsbət təsirini
göstərib. Ötən il kənd
təsərrüfatı
2,6 faiz artıb.
Kənd təsərrüfatının
ənənəvi sahələrindən olan baramaçılığa subsidiyaların
verilməsi
artıq gələn il bu istiqamətdə məhsuldarlığın
artmasına ciddi təkan
verəcəkdir. Bu günlərdə Nazirlər
Kabinetinin “Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və
ipək
istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına
görə
subsidiyanın verilmə Qaydası”nı təsdiq
etməsi
də
bunun əyani sübutudur. Qaydaya əsasən, barama istehsalı ilə
məşğul
olan şəxslərə barama emalı və
ipək
istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən
və
karapaçax barama istisna olmaqla) hər
kiloqramına görə verilən
subsidiyanın məbləği 5 manat
müəyyən edilib.
Ölkə başçısının tapşırığı
ilə
aqrar sektorun, xüsusilə
ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması,
bu sahəyə
hərtərəfli dövlət dəstəyi kənd
təsərrüfatının
ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın, fındıqçılığın dirçəldilməsinə güclü təkan verib. Ötən il pambıq əkinlərinin sahəsi
əvvəlki ilə
nisbətən 2,8 dəfə artaraq 52057,7 hektara çatıb. Respublikada
87 min 237,7 ton pambıq
tədarük
olunub ki, bu da 2015-ci illə müqayisədə 2,5 dəfə çoxdur. Baramaçılığın
inkişaf etdirilməsi məqsədilə ilin sonlarında Çindən
Azərbaycana
1,5 milyon ədəd tut tingi gətirilib
və
37 rayona paylanılıb.
Göründüyü kimi, aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi istehsalın artımı ilə
yanaşı, ixracın
stimullaşdırılmasına, əhalinin məşğulluq
və
həyat
səviyyəsinin yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına ciddi təsir
edəcək, kənd
təsərrüfatının
ənənəvi sahələrinin keçmiş şöhrəti yenidən
bərpa
olunacaq.
Zahid Rza.
İki
sahil.- 2017.-16 mart.- S.-17