Terror multikulturalizmə qarşı: 31 Mart- Azərbaycanlıların
Soyqırımı Günü”
Martın 30-da Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzində Elmi - Metodiki Şurasının nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminar (DES) "İslam Həmrəyliyi
İli" çərçivəsində "Terror multikulturalizmə
qarşı: 31 Mart- Azərbaycanlıların
Soyqırımı Günü"
mövzusunda növbəti tədbiri
keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, Fransanın Sofiya-Antipolis Universitetindən gələn alimlərin,
Azərbaycan
Respublikasının Prezidenti
yanında Bilik Fondunun, AMEA-nın Fəlsəfə İnstitutunun
əməkdaşlarının, ziyalı və
tələbələrin
də
iştirak etdiyi elmi seminarı tədbiri
DES-in sədri,
professor Etibar Nəcəfov açıb.
Moderator ötən
ilin yayında Azərbaycan
xalqının, eləcə də bir çox xalqların məruz qaldığı
dəhşətli erməni
terrorunun acı nəticələrini dünya
ictimaiyyətinin
diqqətinə bir daha çatdırmaq
və
beynəlxalq
səviyyədə terrora qarşı mübarizənin vacibliyini önə çəkmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin respublikamızda, eləcə də müxtəlif
ölkələrdə "Terror multikulturalizmə qarşı" layihəsinə start verdiyini diqqətə
çatdırıb.
Elmi seminarda
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm
və
dini məsələlər üzrə Dövlət
müşaviri xidmətinin böyük məsləhətçisi, tarix elmləri
doktoru Həcər
Verdiyevanın "1918-cui il
soyqırımı-erməni
millətçilərinin cinayətləri tarixi sənədlərdə"
mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə həmçinin
2017-ci ilin Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan edildiyi diqqətə
çatdırılıb, onun
regional və
qlobal dünyəvi əhəmiyyətindən söhbət
açılıb, sülhün,
əməkdaşlığın və həmrəyliyin bərqərar olmasında
önəmli
rolu vurğulanıb.
Elmi seminarda
çıxış edən
Sofiya-Antipolis Universitetinin
Hüquq və
Siyasi elmlər
fakültəsinin
dekanı, professor Kristian
Vallar, sözügedən universitetin dekan müavini Ksavye Latur, professorlar
Klodin Terrazzioni və Poline
Türk 31 Mart
Soyqırımı qurbanlarını anıblar. Erməni terrorunu
qətiyyətlə pisləyən alimlər
çıxışlarında terrorun aradan qaldırılmasında multikulturalizmin
və
tolerantlığın böyük əhəmiyyətini
önə çəkiblər
İki
sahil.- 2017.- 31 mart.- S.4