Heydər Əliyev Fondunun təşəbbüsü iləBakı Marafonu-2017” keçiriləcək

 

Aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü iləBakı Marafonu-2017” keçiriləcək. İkinci dəfə baş tutacaq marafon bu il Küləyə qalib gəlşüarı altında təşkil olunacaq.

 

İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

 

Bakı Marafonu-2017” ötən il olduğu kimi Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

 

Qeyd edək ki, 2016-cı il mayın 1-də təşkil olunan ilk yarımarafonda 7000-dən çox iştirakçı qeydiyyatdan keçmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə keçirilən yarımarafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi, İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri qoşulmuşdu. Yarımarafonda, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya digər ölkələrdən turistlər iştirak etmişdi.

 

Bu il keçiriləcək yarımarafona 16 yaşdan yuxarı hər kəs - şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. “Bakı Marafonu-2017”də iştirak etmək istəyənlər qeydiyyat üçün fevralın 10-dan aprelin 20-dək Bakının ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrinə ya onlayn olaraqBakı Marafonu-2017”nin saytına (www.bakumarathon.az) müraciət edə bilərlər. Bu zaman qeydiyyat formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr, həmçinin tələbə vəsiqəsinin surətini) təqdim etmək iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır.

 

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir. Korporativ iştirakçılar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı heç bir ödəniş etməyəcəklər.

 

Bakı Marafonu-2017” yarışının mükafatlandırma mərasimi iki kateqoriyada olacaq. Belə ki, marafonun kişi qadın iştirakçıları ilk 3 yer uğrunda qaçış zolağında mübarizə aparacaqlar. Kişi qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat hədiyyələrlə, eləcə medal sertifikatlarla təltif ediləcəklər.

 

Bununla yanaşı, kişi qadın kateqoriyası üzrə hər birində 3 iştirakçısı olmaqla, yarışda 4, 5 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.

 

7-ci 8-ci yerin sahiblərinəBakı Marafonu-2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.

 

Marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumatlarBakı Marafonu-2017”nin rəsmi feysbuk səhifəsi - www.facebook.com/bakumarathon www.bakumarathon.az saytında təqdim olunacaq.

Iki sahil.- 2017.-2 may.- S.6.