“Qızıl
Kəlmə” Ədəbi
Mükafatı təqdim
edilib
Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl
Kəlmə” Ədəbi
Mükafatının 2017-ci il üzrə qaliblərinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
əvvəlki illərdə
mükafatın təqdimat
mərasimlərini əks
etdirən videoçarx
nümayiş olunub.
Mərasimdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev mükafatın cəmiyyətdə
nüfuzlu ödüllərdən
biri olduğunu söyləyib.
Qeyd edilib ki, mükafatın təqdimatı
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən 2009-cu ildən
etibarən, iki ildən bir olmaqla keçirilir. Ənənəyə uyğun
olaraq, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində
təqdimatı baş
tutan sayca beşinci “Qızıl Kəlmə” Ədəbi Mükafatına
əsərlərin qəbulu
2016-cı ilin noyabr ayında başlanıb və cari il
aprelin 10-da başa çatıb. Həmin müddət ərzində
müsabiqəyə 5 nominasiya
üzrə 100 əsər
təqdim edilib.
Bütün əsərlər “Qızıl
Kəlmə” Ədəbi
Mükafatı Komissiyasının
üzvləri tərəfindən
oxunub və ən yaxşıları seçilib. Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans”
ödülünün verilməsi
məqsədəuyğun sayılıb.
Ölkəmizdə həyata keçirilən
mədəniyyət siyasəti
barədə danışan
nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizin
dünyada tanıdılması
və təbliği istiqamətində gördüyü
işləri xüsusi
vurğulayıb. Bildirib
ki, dünya miqyasında mədəniyyətimizin
rəğbətlə qarşılanması,
qiymətləndirilməsi Azərbaycan
mədəniyyətinin səviyyəsinin
göstəricisidir.
Ölkəmizdəki gedən ədəbi
proses haqqında söhbət açan Ə.Qarayev nazirlik tərəfindən ədəbi
mühitin və görkəmli ədiblərimizin
tanıdılması istiqamətində
layihələr həyata
keçirilidiyini, Türkiyədə
və Rusiya onların əsərlərinin
tərcümə olunaraq
nəşr edildiyini
söyləyib. Ədəbiyyat
xadimlərimizin əsərlərinin
beynəlxalq müsabiqələrdə
mükafata layiq görüldüyünü vurğulayıb.
Sonra beş
nominasiya üzrə mükafatlar sahiblərinə
təqdim edilib.
Nəsr əsərləri nominasiyası üzrə
“İşığa gedən
yol” kitabına görə Sona Vəliyeva, “Sənsizlik, mənsizlik, onsuzluq” romanına görə Vaqif Nəsib və “Talelər kəsişəndə” kitabına
görə Əkrəm
Qaflanoğlu, poeziya əsərləri nominasiyası
üzrə “Seçilmiş
əsərləri” kitabına
görə Firuzə Məmmədli və “Hər iki dünyanın ən gözəli” silsilə şeirlərinə
görə Vaqif Bayatlı Odər, ədəbi tənqid və publisistika əsərləri nominasiyası
üzrə “İkinci
mətn” kitabına görə Bəsti Əlibəyli və “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı”
kitabına görə
Nərgiz Cabbarlı, orijinaldan bədii tərcümə əsərləri
nominasiyası üzrə
Svetlana Aleksiyeviçin
“Müharibənin qadın
olmayan üzü” romanını tərcümə
etdiyinə görə
Əyyub Qiyas və Orxan Kamalın
“Nazim Hikmətlə 3
il yarım” əsərinin tərcüməsinə görə Fərid Hüseyn,
uşaqlar üçün
yazılmış bədii
əsərlər nominasiyası
üzrə “Ağ leyləklər” kitabına
görə Zahid Xəlil və “Çiçəkli xalça”
kitabına görə
Qəşəm Nəcəfzadə
“Qızıl Kəlmə”
Ədəbi Mükafatına
layiq görülüb.
“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində
“Şans” ödülü
isə Mirmehdi Ağaoğlu (“Alman malı” kitabı) və Şəhriyar del Geraniyə (“Darıxmağın adı”
kitabı) verilib.
Mükafata layiq
görülən qaliblər
Azərbaycan çağdaş
ədəbiyyatına verilən
qiymətə görə
minnətdarlıqlarını bildiriblər
Iki sahil.- 2017.-2 may.- S.9.