“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılış
mərasimi keçirilib
4 May, 2017 04:03 xeber – Naxçıvan Dövlət
Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə
həsr olunmuş
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının
açılışı olub.”Report” xəbər
verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının
prezidenti Kirsan İlümjinov və Azərbaycan Respublikasının
gənclər və idman naziri Azad
Rəhimov tədbirdə
iştirak ediblər. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə
həsr olunmuş
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının
öz işinə başlaması münasibətilə
bütün iştirakçıları
təbrik edib, şahmatçıları
və qonaqları salamlayıb. Ali Məclisin sədri bildirib ki, gənclərin
intellektual və mənəvi inkişafında,
asudə vaxtlarının
səmərəli təşkilində
şahmat əvəzsiz
vasitədir. Ona görə də Naxçıvan Muxtar Respublikasında şahmatın
inkişafına xüsusi
diqqət göstərilir,
uşaq-gənclər şahmat
məktəbləri ilə
yanaşı, ümumtəhsil
məktəblərində də
şahmat fənni tədris olunur. Hər il Naxçıvanda keçirilən beynəlxalq
şahmat festivalı və digər şahmat yarışları
şahmatın inkişafında,
bu sahədə gənc istedadların yetişməsində böyük
rola malikdir.Ali Məclisin sədri dəvəti qəbul edib “Naxçıvan-2017” Beynəlxalq
Şahmat Festivalında
iştirak etdiklərinə görə şahmatçılara və
qonaqlara təşəkkürünü
bildirib, yarışların
sağlam rəqabət
və idman mübarizəsi şəraitində
keçəcəyinə əminliyini
ifadə edib, şahmatçılara qələbə
arzulayıb və festivalı açıq elan edib. Beynəlxalq
Şahmat Federasiyasının
prezidenti Kirsan İlümjinov çıxış
edərək deyib ki, Azərbaycanda şahmatın qədim tarixi və ənənələri var.
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev şahmatın inkişafına
böyük qayğı
göstərib.Bu siyasəti
Azərbaycan Prezidenti İlham Əliyev də davam etdirir:
“Cənab İlham
Əliyevin sərəncamı
ilə dünyada ilk dəfə olaraq Azərbaycanda şahmatın inkişafı
ilə bağlı xüsusi Dövlət Proqramının qəbul edilərək həyata keçirilməsi Beynəlxalq
Şahmat Federasiyasına
üzv olan ölkələr üçün
nümunədir. Sonra
Kirsan İlümjinov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri
Vüqar Səfərova
“Beynəlxalq təşkilatçı”,
şahmat üzrə məşqçi-müəllim Toğrul Həsənzadəyə
isə “Beynəlxalq usta” diplom və
döş nişanlarını
təqdim edib. Azərbaycan Respublikasının
gənclər və idman naziri Azad
Rəhimov çıxış
edərək deyib ki, bu gün
ölkə prezidenti İlham Əliyev idmanın inkişafına
xüsusi diqqət yetirir. Azərbaycanda hər il beynəlxalq
idman yarışları
keçirilir. Bu il də ölkəmizdə mötəbər idman yarışları, xüsusilə
IV İslam Həmrəyliyi
Oyunları keçiriləcək.
İdmanın inkişafı
sahəsində görülən
işlər şahmatı
da əhatə edib.Tədbirdə çıxış
edən Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti Mahir Məmmədov diqqətə
çatdırıb
ki, ölkəmizdə
şahmatın inkişafı
və kütləviliyinin
təmin olunmasına xüsusi diqqət yetirilir. Beynəlxalq dərəcəli hakim, şahmat festivalının
baş hakimi Faiq Həsənov Naxçıvanda şahmat
üzrə beynəlxalq
yarışların uğurla
keçirildiyini bildirib,
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının
əhəmiyyətindən danışıb. Sonra şahmat festivalının
püşkü atılıb.
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında 10 ölkədən 300-dən artıq
şahmatçı iştirak
edir. İsveçrə
sistemi üzrə keçiriləcək festivalda
iştirak edən şahmatçılar arasında
16 beynəlxalq qrossmeyster
və 17 beynəlxalq şahmat ustası var
İki
sahil.- 2017.- 4 may.- S.15