YAP Yasamal
rayon təşkilatında
Ulu Öndərin əziz xatirəsi anıldı
Adı həmişə milli dövlətçiliyimiz,
müstəqilliyimizlə qoşa
çəkilən fenomen,
dövlət və siyasi xadim kimi
təcrübəsi daim
öyrənilən Heydər
Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi müdrik, lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən biri, bəlkə
də birincisidir. Ulu öndər Heydər Əliyevin anadan olmasının
94-cü ildönümü münasibətilə keçirilən
tədbirlərdə dəfələrlə
səslənən bu fikirlər xalqımızın
xilaskarına ümumxalq
məhəbbətinin ifadəsidir.
YAP Yasamal rayon
təşkilatında ulu
öndər Heydər
Əliyevin anadan olmasının ildönümü
ilə bağlı keçirilən tədbirdən
əvvəl Ulu Öndərin foyedəki büstü önünə
əklil qoyuldu. Azərbaycanın Dövlət himninin
səsləndirilməsi, Mən
çox sınaqlardan
keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm söyləyən
Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə dahi şəxsiyyətin həyatı, siyasi fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi.
Çıxışına Azərbaycan xalqının
xilaskarı Heydər Əliyevin qərinədən
artıq müddətdə
Azərbaycan naminə
gördüyü işlər,
respublikanı inkişaf
etmiş dövlətlərlə
eyni səviyyəyə
qaldırmaq üçün
göstərdiyi fədakarlıqlar
bu gün fəxrlə söhbət
açdığımız uğurların
təməlidir sözləri
ilə başlayan YAP Yasamal rayon təşkilatının
sədri Tağı Əhmədov bildirdi ki, Sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə onun neft sənayesinin inkişafına göstərdiyi
diqqəti, bilavasitə təşəbbüsü
ilə tikilən İttifaq əhəmiyyətli fabrik, zavodların, mədəniyyət
ocaqlarının adları
çəkilsə bir
neçə cildi əhatə edən kitablar hazırlanar: Sağlığında belə
əfsanəyə çevrilən
Heydər Əliyevin bütün istək və ideyaları həyata keçib. Müasiri olduğu dünyanın ən aktual çağırışlarına
qətiyyəti, ağlı,
zəkası ilə cavab vermək qüdrətinə malik sərkərdə
olan Ulu Öndər öz gücünə
inandığı qədər
də xalqının qətiyyətinə güvənirdi.
Deyirdi ki, əgər xalq öz hüquqlarını
anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət də ən böyük məmləkət qədər
güclü olur. Dövləti xalqın işinə
çevirən bu tarixi şəxsiyyət sovetlərin təsiri altında yaşayıb, işlədiyi illərdə
də inanırdı ki, vaxt gələcək Azərbaycan imperiya buxovundan azad olacaq, müstəqilliyini bərpa edəcək, azadlığına
qovuşacaq. Bu səadəti Azərbaycan
xalqına bəxş
edən ulu öndər Heydər Əliyev oldu. Milyonlar isə bu fədakarlıq üçün
daim Ulu Öndərə hörmət
və etiram bəsləyir, onu əbədi lider, xilaskar kimi sevir,
hörmət edir. Çünki Ulu Öndər Vətəninə
bağlılığını təsdiqləyən tarixi
xidmətləri ilə
müasir Azərbaycanın
yaradıcısı olduğunu
təsdiqlədi.
Müstəqqilliyimizin əbədi qarantı oldu.
Böyük azərbaycanlı
olduğunu təsdiqləyən,
dünya azərbaycanlılarını təşkilatlandıran,
Yeni Azərbaycan Partiyasını yaratmaqla cəmiyyətin
siyasi sistemində aparıcı qüvvə, möhtəşəm
vahid siyasi güc mərkəzi formalaşdıran
Ulu Öndər Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi qısa müddətdə
Azərbaycanın taleyüklü
məsələlərinin həllinə
xüsusi diqqətlə yanaşdı söyləyən Tağı
Əhmədov bildirdi ki, mənalı həyatını
xalqına həsr etmiş tarixi şəxsiyyət kimi respublikanı daxili və xarici qüvvələrin təhdid, təzyiq və təsirlərindən
qorudu. İnsanlarda milli dirçəliş ideyasını
yalnız milli liderlər həyata keçirə bilərlər
ifadəsi məhz onun simasında əksini tapdı: Onun sədrliyi ilə keçirilən
Naxçıvan MR Ali Məclisinin sessiyasında muxtar respublikanın adından sovet sosialist sözləri çıxarıldı. Azərbaycan
Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı,
gerbi, himni bərpa edildi. Bu qətiyyətli addım
o dövrdə hakimiyyətdə
olan səriştəsiz rəhbərləri
qəzəbləndirsə də
atılan hər bir addım Azərbaycan Xalq Cümhuriyyətinin
davam etdirə bilmədiyi, yarımçıq
qalan müstəqillik
ideyasına ümummilli
lider Heydər Əliyevin sədaqəti,
vətəndaşlıq
borcu, liderlik missiyasının başlanğıcı
idi. 20 Yanvar faciəsinə
siyasi qiymət verilməsi tələbi də ulu öndər
Heydər Əliyev tərəfindən səsləndirildi.
SSRİ-ni başqa
formatda təşkil etmək üçün irəli sürülən və müttəfiq respublikların suveren hüquqlarını pozan
İttifaq müqaviləsinin
əsl mahiyyətini uzaqgörənliklə hiss
edib təhlükəli
oyunun ağır itkilərlə
nəticələnəcəyini xalqa çatdıran müdrik şəxsiyyət Heydər
Əliyev haqlı olaraq bunu M.Qorbaçovun xalqı aldatmaq cəhdinin bir təzahürü adlandırdı.
Milli Konstitusiyamızın hazırlanmasında şəxsən
iştirak edən, müxtəlif dövlət
və xalqlarla əməkdaşlıq və
qarşılıqlı anlaşma
şəraitində yaşamağa
xarici siyasətimizin prioritetləri kimi baxan Ulu Öndərin
ən çox diqqət yetirdiyi məsələ Dağlıq
Qarabağ münaqişəsinin həlli, işğala məruz
qalan torpaqlarımızın azad olunması, Azərbaycan həqiqətlərinin
dünya xalqlarına çatdırılması, qürbətdə
yaşayan həmvətənlərimizlə
görüşməklə güclü diaspor hərəkatının təməlini
qoymaq idi.
Tədbirdə YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri,
partiyanın işində
fəallıq göstərənlərə
fəxri fərmanlar verildi.
Xuraman İsmayılqızı.
İki
sahil.- 2017.-4 may.- S.11
.