Kamal Abdullayev:
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat
tərzi olub
Dördüncü Beynəlxalq Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana
səfərə gələn
ABŞ rəsmilərindən ibarət nümayəndə
heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Mərkəzdən bildiriblər ki,
nümayəndə heyətinə
Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez,
Aydaho ştatının
senatoru Marv Hagedorn, Los-Ancelesdəki Kral Fahad Məscidinin
dinlərarası proqram
direktoru Mahomed Xan, Kolumbiya ştatının Vaşinqton
Hüquq Assosiasiyasının
məsləhətçisi Janna Skot, ABŞ Prezidentinin təyin etdiyi Milli və
Yerli Könüllü
Cəmiyyətlər Xidmətinin
səlahiyyətlisi Hyepin
İm, Arizona ştatının keçmiş
senatoru Karlayl Beqay, Pakistan-Amerika Məsələləri Şurasının
nümayəndəsi Adnan
Xan daxil olub.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri,
BBMM-in Himayəçilik
Şurasının sədri,
akademik Kamal Abdullayev amerikalı qonaqları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görməkdən
məmnunluğunu ifadə
edib.
Dövlət müşaviri görüşdə
Azərbaycanın multikultural
durumu və çoxəsrlik tolerantlıq
ənənələrindən söz açaraq deyib: “Multikulturalizm
və tolerantlıq tarixən azərbaycanlıların
həyat tərzi olub, bu gün
isə etnik mənsubiyyətindən, dilindən,
dinindən asılı
olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının
gündəlik həyat
tərzinə çevrilib.
Azərbaycan xalqının
zəngin multikultural keçmişi təkcə
xalqımızın bugünkü
tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii,
elmi-fəlsəfi, siyasi-hüquqi
qaynaqlarda, sənədlərdə
yaşayır. Dünyanın
bir çox universitetlərindən də
Azərbaycan multikulturalizmi
fənninin tədrisi ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə
müraciətlər olur
və müvafiq təkliflər dəyərləndirilir”.
Akademik Kamal
Abdullayev Prezident İlham Əliyevin müvafiq fərmanları
ilə yaradılan Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri
xidməti və BBMM-in fəaliyyətindən danışıb. Dövlət müşaviri BBMM-in yaradıldığı vaxtdan
bəri ölkəmizdə
yaşayan etnik və dini icmalar
arasında əlaqələrin
möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin
öyrənilməsi və
təbliği istiqamətində
çoxsaylı regional
və beynəlxalq tədbirlərin keçirilməsi,
beynəlxalq multikulturalizm
yay və qış məktəblərinin təşkili, “Multikulturalizm
terrora qarşı”, Azərbaycanın Gənc Dostları Klubunun təsis olunması, ölkənin 40, dünyanın
15 nüfuzlu universitetində
“Azərbaycan multikulturalizmi”
fənninin tədrisi,
multikulturalizmlə bağlı
kitabların və dərsliklərin hazırlanması
və nəşri kimi önəmli layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Dövlət müşaviri ulu
öndər Heydər
Əliyevin rəhbərliyi
ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması
sahəsində həyata
keçirilən siyasi
xəttin hazırda Prezident İlham Əliyev tərəfindən
inamla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.
Senator Marv
Hagedorn Azərbaycanın
multikulturalizm modelinin təbliği və təşviqi ilə bağlı görülən
işləri təqdir
edərək bu istiqamətdə gələcək
əməkdaşlıqların perspektivlərindən söz
açıb.
Xanım Janna Skot Azərbaycanın multikulturalizm
təcrübəsini alqışalayiq
dəyər kimi qiymətləndirib və gələcəkdə bu təcrübənin bölüşülməsi
istiqamətində əməkdaşlıqların
hər iki ölkə üçün
faydalı olacağına
inandığını deyib.
Görüşdə ABŞ universitetlərində Azərbaycan multikulturalizmi
fənninin tədrisinin
perspektivləri, Azərbaycan
Respublikasının Prezidenti
yanında Bilik Fondunun “qardaşlaşmış
məktəblər” layihəsində
Amerika məktəblərinin
də iştirakı,
hər iki ölkənin multikulturalizm
təcrübəsinin qarşılıqlı
mübadiləsi məsələləri müzakirə
olunub.
Qonaqlara BBMM-in yeni nəşrləri və “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının ingilis dilində nəşri hədiyyə edilib.
Iki sahil.- 2017.- 5 may.- S.17