Ulu öndər Heydər
Əliyevin xatirəsi
Tarsusda anıldı
Xalqımızın böyük oğlu, müasir və müstəqil Azərbaycanın
qurucusu Heydər Əliyevin əziz xatirəsi təkcə respublkamızda deyil, onun hüdudlarından kənarda da anılır. Ulu öndərin anadan olmasının 94-cü ildönümü
ilə bağlı bu günlərdə Türkiyənin Tarsus şəhərində keçirilən
tədbirlər göstərir
ki, qardaş ölkənin də ictimaiyyəti ümummilli lider Heydər Əliyevi ehtiramla yad edir. Tədbirlərdə
Bakının Tarsusla qardaşlaşmış Xətai
rayonunun nümayəndə
heyəti də iştirak edib.
Ulu öndər Heydər
Əliyevlə bağlı
birgə tədbirlərin
təşkil edilməsi
ilə əlaqədar
Bakının Xətai
rayonu və Türkiyənin Tarsus şəhərləri arasında
qardaşlaşmış şəhərlər
formatı çərçivəsində
əməkdaşlıq artıq
gözəl ənənəyə
çevrilib. 2007-ci ildən başlanan bu əməkdaşlıq
çərçivəsində Tarsus şəhərində
Xətai parkı salınıb və ulu öndər Heydər Əliyevin adına körpü tikilərək istifadəyə
verilib. Həmçinin
körpünün yaxınlığında
yerləşən 2,5 hektar
ərazidə Heydər
Əliyev adına yeni park salınıb
və ulu öndərin abidəsi ucaldılıb.
Tarsusda Heydər
Əliyevin anadan olmasının 94 illiyinə
həsr olunmuş ilk təntənəli tədbir də mayın 9-da ulu öndərin adını
daşıyan parkda keçirilib. Tədbirdə Xətai Rayon
İcra Hakimiyyətinin
başçısı Razim
Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov,
Azərbaycanın Türkiyədəki
səfiri Faiq Bağırov, Xətai rayon bələdiyyəsinin
sədri Əliyar Əliyev, Xətai RİH Aparatının şöbə
müdiri Pənah İmanov, Türkiyənin Mersin Böyükşəhər bələdiyyəsinin
sədri Burhanəddin
Kocamaz, Tarsusun bələdiyyə sədri
Şevkət Can, kaymakamı Yüksəl Ünal və Tarsusu təmsil edən digər çoxsaylı qonaqlar iştirak ediblər.
Tədbir folklor
oyunları, məktəblilərin
çıxışları və bələdiyyə sədri Şevkət Canın qızı İrem Canın “Azərbaycan” şeirini oxuması ilə başlandı. Daha sonra çıxış
edən Şevkət Can bildirdi: “Heydər Əliyev Azərbaycanda nə qədər sevilirsə, bizdə də o qədər sevilir və anılır. Böyük öndər Heydər Əliyev həyatı boyunca Azərbaycan-Türkiyə
qardaşlığının daha da güclənməsi
üçün əlindən
gələni etmiş,
və “İki dövlət bir millət” kəlamı ilə bu münasibətlərə
əbədilik qazandırmışdır.
Mustafa Kamal Atatürk də “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” demişdir.
Biz də bu anlayışla yola çıxaraq Türkiyə-Azərbaycan dostluğunun
və qardaşlığının
davamı üçün
çalışacağıq.
Tarsus kaymakamı
Yüksəl Ünal ulu öndər Heydər Əliyevin Azərbaycanı müstəqilliyə
qovuşdurmasından danışdı.
Xalqımızın böyük
oğlunun türk dünyası üçün
olduqca mühüm tarixi və əvəzsiz xidmətlərinin
olduğunu dedi.
Mersin Böyükşəhər
bələdiyyəsinin sədri
Burhanəddin Kocamaz Azərbaycanın Türkiyə
üçün bir can olduğunu söylədi. Qardaş Azərbaycanın müstəqilliyindən danışan
B.Kocamaz dedi: “Əziz Atatürkün hələ ötən əsrin 30-cu illərində
dediyi kimi, bu günlərin gələcəyini, Azərbaycanın
müstəqilliyə qovuşacağını
səbirsizliklə gözləyirdik.
İnsanlarımızın bir araya gəlməsini,
qaynayıb-qarışmasını
arzu edirdik. Bu gün Allaha
şükürlər edirik
ki, azərbaycanlı qardaşlarımız, can
və qan qardaşlarımız artıq
heç bir yerdən icazə almadan birbaşa gəlib bizimlə görüşə bilirlər,
bizlər də eyni şəkildə Azərbaycana gedə bilirik. Mən Tarsusda Heydər
Əliyevin adının
əbədiləşdirilməsindən həqiqətən qürur
duyuram. Çünki məhz Heydər Əliyev bugünkü Azərbaycanın müstəqilliyini
təmin etdi, Azərbaycan-Türkiyə münasibətləri
üçün əvəzsiz
xidmətlər göstərdi”.
Xətai Rayon İcra
Hakimiyyətinin başçısı
Razim Məmmədov çıxışında qeyd
etdi ki, hər bir dövlətin
tarixində müstəsna
rol oynamış liderlər var. İllər keçsə
də, nəsillər
dəyişsə də,
həmin liderlər heç zaman unudulmur, əksinə, daha böyük ehtiramla yad olunurlar.
Çünki o insanların
böyüklüyü illər
keçdikcə daha aydın hiss edilir. “Bu insanlardan
biri də Azərbaycanın ümummilli
lideri Heydər Əliyevdir. Sovet İttifaqı vaxtlarından
müstəqil Azərbaycanın
bu gününə qədər keçən
tarixi dövr ərzində həm dünyada, həm Azərbaycanda çox şeylər dəyişmişdir.
Amma bizim üçün dəyişməyəcək tək
amal Heydər Əliyev şəxsiyyətinə
olan sevgi və hörmətdir.
1991-ci ildən müstəqilliyini
yenidən qazanmış
Azərbaycan Respublikası
çoxsaylı çətinliklərlə
qarşılaşmış, iqtisadiyyatı tamamilə çökmüş, daxili
çəkişmələr və xarici təzyiqlər nəticəsində
1920-ci ildə olduğu kimi müstəqilliyini yenidən itirmə təhlükəsi ilə
qarşı-qarşıya qalmışdı.
Belə çətin
bir dönəmdə yenidən siyasətə qayıdan Heydər Əliyev xalqın ondan gözlədiyi missiyanı uğurla tamamlamış, Azərbaycanı
parçalanma təhlükəsindən
qurtarmışdır” - deyə
Razim Məmmədov
bildirdi. Azərbaycan-Türkiyə münasibətlərindən danışan Xətai
RİH başçısı ulu öndər Heydər Əliyevin hər zaman Türkiyə ilə münasibətlərə xüsusi
önəm verdiyini diqqətə çatdırdı.
Razim Məmmədov bildirdi ki, bu
gün Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi siyasi xətlə Heydər Əliyev yolunu layiqincə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı, həmçinin
Türkiyə ilə daha da dərinləşən
münasibətlər göstərir
ki, ulu öndər
Heydər Əliyevin ideyaları uğurla reallaşır.
Milli Məclisin
deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri
Hüseynbala Mirələmov
qeyd etdi ki, əbədiyaşar şəxsiyyətlər olan
Atatürk və Heydər Əliyev türk dünyasının
tarixi liderləridir: “Həm Mustafa Kamal Atatürk, həm də Heydər Əliyev dövlətlərimizin özü
qədər əbədi
olacaqlar. Və inanın ki, türk dünyası əbədi olacaq. Türk dünyasının
dostluğu, qardaşlığı
da əbədi yaşayacaq. Gələcək
nəsillərimiz bu qardaşlığı hər
zaman davam etdirəcəklər”.
Azərbaycanın Türkiyədəki səfiri
Faiq Bağırov da öz çıxışında
ortaq dəyərləri
bölüşən Türkiyə
və Azərbaycan qardaşlığının, dostluğunun
möhkəm və qırılmaz olduğunu diqqətə çatdırdı.
Sonra Heydər
Əliyevin adını
daşıyan parkda ucaldılmış abidəsinin
önünə gül
dəstələri qoyuldu
və parkın ərazisində ağaclar
əkildi.
Tarsusda “Kampus
Okulları” orta ümumtəhsil məktəbində
konfrans mərkəzinə
ulu öndər Heydər Əliyevin adının verilməsi münasibətilə də
tədbir keçirilib.
Bununla əlaqədar məktəbə
gələn Azərbaycan
nümayəndə heyəti
məktəblilər tərəfindən
gül-çiçəklə qarşılandılar. Əvvəlcə
Azərbaycan və Türkiyə bayraqları
ilə bəzədilmiş
meydanda Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verildi. Sonra Heydər Əliyevin, Atatürkün və vətən yolunda canlarını qurban vermiş bütün Azərbaycan və Türkiyə şəhidlərinin
xatirəsi bir dəqiqəlik sayğı
duruşu ilə yad edildi. Azərbaycanın
və Türkiyənin
dövlət himnləri
səsləndirildi.
Məktəbin direktoru Endər Portakal qonaqları salamlayaraq bildirdi ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının lideridir.
Eləcə də digər çıxış
edənlər - Şevkət
Can, Razim Məmmədov, Hüseynbala
Mirələmov ulu öndərin fəaliyyətindən,
dünya siyasətində
yerindən, öz xalqına, millətinə
xidmətindən danışdılar.
Sonra konfrans mərkəzinə ulu öndər Heydər Əliyevin adının verilməsi münasibətilə
qırmızı lent
kəsildi. Qərara alındı ki, Xətai-Tarsus qardaşlığının
davamı olaraq bu tədris ocağının Xətai
məktəblərinin biri
ilə qardaşlıq
münasibətləri yaradılsın.
Rəşad CƏFƏRLİ
İki
sahil.- 2017.- 12 may.- S.8