Azərbaycan IV İslam Oyunlarını
ən yüksək səviyyədə keçirəcək
“Biz öz yolumuzla
gedirik. İdman uğurları ölkəmizin
uğurlarının tərkib
hissəsidir. Ancaq güclü
dövlətlərdə güclü
idman var. Olimpiya Oyunlarının nəticələrinə
baxın. Hansı komandalar
birinci yerlərdədir.
Onların böyük əksəriyyəti
inkişaf etmiş ölkələrin komandalarıdır.
Yəni idmanı ümumi inkişafdan ayırmaq olmaz. Ona görə, Azərbaycan
idmanının inkişafı
ümumi inkişafımızın
təzahürüdür.” XXX London Olimpiya Oyunlarında, standartları Azərbaycanda
müəyyənləşdirilən birinci Avropa Oyunlarında, Rio-de-Janeyroda
keçirilən XXXI Yay Olimpiya
və Paralimpiya Oyunlarında, Ümumdünya
Şahmat Olimpiadasında
Azərbaycan idmançılarının
qazandıqları qələbələri
nəzərdə tutaraq
ölkəmizdə idmanın
inkişafı üçün
görülən işlərin
davam etdiriləcəyini
bu sözləri ilə vurğulayan Prezident İlham Əliyevin söylədiklərinin
məntiqi nəticəsi
budur: Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır.
Ötən il Rio Yay Olimpiya
Oyunlarında tarixi qələbə qazanan idmançılarımızın bacarığı nəticəsində
Azərbaycan Avropa ölkələri arasında
7-ci, dünya miqyasında
medalların sayına
görə 14-cü, MDB və
postsovet məkanında
2-ci və müsəlman
aləmində 1-ci yerdə
qərarlaşdı. Belə
ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 56 medal qazanaraq
komanda hesabında 2-ci
yerə layiq görülən
ölkəmiz, 56 idmançı
ilə təmsil olunduğu Rio Olimpiya Oyunlarında 18
medal qazandı. Bu isə Azərbaycanın
ən möhtəşəm
idman oyunlarına ev sahibliyi etmək
imkanlarını artırır.
Formula-1 yarışının
paytaxtımızda keçirilməsi
də ölkəmizin
qüdrətini göstərir.
Beş yüz milyon tamaşaçı auditoriyası
olan bu yarışın
bütün qitələrdə
telekanallar vasitəsilə
nümayiş etdirilməsi
ölkəmizə marağı
və turizmin inkişafını artırır.
Gələn ay isə
Azərbaycan İslam Həmrəyliyi Oyunlarına
ev sahibliyi edəcək. “Əminəm
ki, biz İslam Oyunlarını
da ən yüksək
səviyyədə keçirəcəyik,
bizim təcrübəmiz
var” söyləyən dövlətimizin
başçısı, Milli
Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bildirdiyi kimi, bu yarışlarda
iştirak edəcək
idmançılar Bakıdan
ən xoş təəssüratlarla ayrılacaqlar.
İƏT üzvü ölkələri
arasında 4 ildən bir “ “İslam sülhdür” devizi altında Həmrəylik Oyunlarının keçirilməsində
məqsəd müsəlman
ölkələrinin əlaqələrini
genişləndirmək, İslamla
bağlı təxribatların
əsasının olmadığını
sübuta yetirmək, islamofobiyaya qarşı mübarizə aparmaqdır. ...Həmrəylik Oyunları
ilk dəfə 2005-ci ildə Məkkədə təşkil
olunub. İkinci Oyunların Tehranda keçirilməsi
nəzərdə tutulsa
da, müəyyən
səbəblər üzündən
ləğv olunub.
İslam ölkələri oyunçularının üçüncü yarışları
İndoneziyada baş tutub. IV İslam Həmrəylik
Oyunları üçün
Azərbaycanın seçilməsi
təsadüfi deyil.
İqtisadi inkişafı
ilə liderliyini qoruyan ölkəmizə olan maraq, idmanın
inkişafı sahəsində
qazandığı uğurlar
və xalqımızın
qonaqpərvərliyi diqqət
çəkən amillərdir.
1,5 milyard müsəlmanın yaşadığı
57 İslam ölkəsini təmsil
edəcək 6 mindən
çox idmançı
12-22 may tarixlərində Azərbaycanda
olacaq, yarış proqramında nəzərdə
tutulan idmanın 20 növü üzrə yarışlarda
qələbə uğrunda
mübarizə aparacaq.
Bu günlərdə ölkəmizə
səfəri zamanı
Prezident İlham Əliyevlə görüşündə
IV İslam Həmrəyliyi oyunlarının Azərbaycana
uğur gətirəcəyinə
əminliyini bildirən
Səudiyyə Ərəbistanı
Krallığının şahzadəsi,
İslam Həmrəyliyi İdman
Federasiyasının prezidenti
və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad
bin Əbdüləziz Əl
Səudi hazırlıq
işlərinin təşkilindən
məmnun qaldığını
bildirmişdir.
Artıq
paytaxtımızdakı Daş
Salnamə Muzeyində “Bakı-2017” IV
İslam Həmrəyliyi Oyunlarının
Xəzərdən başlayan
su səyahətinə
start verildi. Mərasimdə
çıxış edən
Prezident İlham Əliyev vurğuladı ki, Oyunların Azərbaycanda keçirilməsi
İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının
təzahürüdür: “Eyni
zamanda bu, bizim üçün
böyük məsuliyyətdir
və demək olar ki, bütün hazırlıq işləri
başa çatıb.
Biz Oyunları qəbul etmək üçün tam hazırıq.”
Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunduğu
bir zamana təsadüf edən Oyunlarda müsəlman ölkələri birlik , həmrəylik nümayiş etdirəcəklər.
İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su isə həyat deməkdir.
“Su əslində bir
rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm
ki,
bu seçim
yüksək qiymətə layiq olmalıdır.
Qoy bizim yolumuz su kimi
aydın, niyyətimiz
su kimi təmiz
olsun” söyləyən
Prezident İlham Əliyev və Şahzadə Abdullah bin Mosaad
bin Əbdüləziz Əl Səud yarışların
yüksək səviyyədə hazırlanmasında
göstərdiyi səylərə
görə
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin
sədri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildirdilər.
Ötən illərin təcrübəsi
də göstərir ki, uğurların qazanılmasında yarışların
yüksək səviyyədə
təşkilində Təşkilat
Komitəsinin xidmətləri
danılmazdır. Mədəniyyət,
incəsənət, idman
bayramı kimi bütün Azərbaycan xalqının, qitə ölkələrinin tarixində
əlamətdar hadisə
kimi iz salan tədbirlərin
yüksək səviyyədə
təşkilində və
mütəşəkkilliklə başa çatmasında səy və bacarığını
əsirgəməyən Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılıq
bacarığı, səyi,
işə məsuliyyətlə
yanaşma təcrübəsi
bəhrəsini verir.
Təşkilat Komitəsinə rəhbərlik
etmiş Mehriban Əliyevanın əvvəlki
illərdəki
fəaliyyətini xüsusilə
yüksək qiymətləndirən
Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, burada həm təcrübə, həm peşəkarlıq və
ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var. Həm
“Eurovision” mahnı müsabiqəsinin Təşkilat
Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə
Mehriban xanım Əliyeva rəhbərlik edib. Nəticələr göz qabağındadır.
İslam Həmrəylik
Oyunlarının da çox önəmli beynəlxalq yarışma
olacağını bildirən,
“Azərbaycan İslam
aləminin bir parçasıdır” söyləyən
Prezident İlham Əliyev vurğulayır ki, məqsəd Həmrəylik Oyunlarının
da ən yüksək səviyyədə
keçirilməsinə nail
olmaqdır. Həmin günlərdə idmançılar,
qonaqlar ölkəmizlə
tanış olub, Azərbaycanın qədim
tarixini öyrənəcək,
Azərbaycanda özlərini
rahat hiss edəcəklər. Oyunlar
çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi
də gözlənilir.
Bu Oyunları fərqləndirən digər
cəhətlərdən biri
qeyri-ənənəvi idman
növü olan milli zorxana oyunu
üzrə mübarizənin
aparılması olacaq. Həmrəylik
Oyunlarının idman
növlərinə atletika,
gimnastika, güləş,
boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük,
basketbol, həndbol, voleybol, futbol, karate və sair daxildir
İki
sahil.- 2017.-12 may.- S.5