Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsinin (SMPDK) birgə təşkil etdikləriKeyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidirmövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb qaliblər mükafatlandırılıblar.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Azərbaycanın bu günlərdə böyük bayram sevinci yaşadığını, ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi ərəfəsində olduğunu xatırladıb. Bu əlamətdar hadisə münasibətilə qonaqları media təmsilçilərini təbrik edən icraçı direktor mötəbər idman tədbirinin yerli beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından medianın da üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb. Bildirilib ki, fond fəaliyyət göstərdiyi səkkiz ildə fikir, söz məlumat azadlıqlarının genişləndirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, yaradıcı əməyinin stimullaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edən çoxsaylı layihələr həyata keçirib. Həmçinin mərkəzi yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi fondun fəaliyyətində başlıca istiqamətlərdən biridir. Bu məqsədlə mütəmadi olaraq dövlət qurumları ilə birgə konfrans müsabiqələr təşkil edilir.

Son illər ölkəmizdə qeyri-neft sektorunun sahibkarlığın inkişafı məqsədilə ardıcıl islahatların həyata keçirildiyini diqqətə çatdıran V.Səfərli biznes mühitinin daha da yaxşılaşdırılması, rəqabətədavamlı məhsulların istehsalının ixracının genişləndirilməsində SMPDK-nın da mühüm xidmətlərinin olduğunu deyib. Bildirilib ki, komitə ilə birgə keçirilən müsabiqənin məqsədi qeyri-neft ixrac potensialının yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin rolunun dolğun obyektiv şəkildə ictimaiyyətə çatdırılmasında jurnalist əməyini stimullaşdırmaq, habelə jurnalistlərin bu sahədə peşəkarlıqlarını artırmaq olub.

V.Səfərli 2017-ci il yanvarın 26-dan aprelin 14-dək davam edən müsabiqəyə 31 kütləvi informasiya vasitəsindən 48 yazının təqdim edildiyini, yazıların dörd ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. O deyib: “Müsabiqədə altı nəfər əsas, on nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Birinci yer üçün bir nəfər olmaqla 1000, ikinci yer üçün iki nəfər olmaqla 800, üçüncü yer üçün üç nəfər olmaqla 600 manat mükafat nəzərdə tutulub. Habelə on nəfər jurnalistin hər biri 200 manat məbləğində olmaqla həvəsləndirici mükafatlara layiq görülüb”.

SMPDK-nın sədri Ramiz Həsənov rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib, Azərbaycanda keyfiyyət infrastrukturunun formalaşması inkişafı istiqamətində ardıcıl islahatların aparıldığını bildirib. Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanını xatırladan komitə sədri qeyd edib ki, sənədə əsasən keyfiyyət infrastrukturunun əsas istiqamətləri olan standartlaşdırma, metrologiya akkreditasiya, o cümlədən patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilib, beynəlxalq tələblərə uyğun olaraq yeni publik hüquqi şəxslər təsis edilib. Avropalı ekspertlərlə birgə hazırlanmışTexniki tənzimləmə haqqındaqanun layihəsi üzərində işin yekunlaşdığını aidiyyəti üzrə təqdim olunduğunu deyən R.Həsənov qanunun qəbulundan sonra ölkədə istehsal edilən məhsulların təhlükəsizlik tələblərinin texniki reqlamentlərlə, keyfiyyət parametrlərinin isə standartlarla tənzimlənəcəyini deyib.

 

Metrologiya sahəsində milli etalon laboratoriyalarının bundan sonra da qurulacağını bildirən komitə sədri etalonların ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində əhəmiyyətli olduğunu vurğulayıb. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nəticələrinin beynəlxalq ticarətdə tanınması, verilmiş sertifikat laboratoriya protokollarının xarici ölkələrdə qəbul edilməsi məqsədilə işlər aparılmaqdadır. Qeyri-neft ixrac potensialının gücləndirilməsi ticarətdə texniki maneələrin aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu vəzifələrin icrası baxımından akkreditasiya proseslərinin xaricdə tanınmasına nail olmaq böyük əhəmiyyət daşıyır. Bu məqsədlə ölkəmizin Avropa Akkreditasiya Qurumuna üzvlüyü ilə bağlı artıq müraciət edilib bununla bağlı yaxın günlərdə görüş keçiriləcək.

R.Həsənov rəhbərlik etdiyi qurumun fəaliyyət sahələrinin ictimaiyyət tərəfindən tanıdılmasında keyfiyyət infrastrukturunun inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunu da xüsusi vurğulayıb. Bildirilib ki, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmış ölkəmizdə medianın sərbəst dövlət hakimiyyətindən asılı olmayan fəaliyyətinin təmini istiqamətində xeyli işlər görülüb bu siyasət davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə dövlət tərəfindən media vasitələrinin iqtisadi cəhətdən özünü təmin etməsinə hesablanmış çox vacib addımlar atılıb.

Dövlət qurumları ilə medianın sıx əməkdaşlığını vacib hesab edən komitə sədri KİVDF-nin bu sahədə böyük təcrübəsinin olduğunu bildirib. Qeyd edilib ki, fondun SMPDK ilə birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsi Azərbaycanda qeyri-neft ixracının təşviqinə, keyfiyyət infrastrukturunun inkişafına bu sahənin ictimaiyyət arasında təbliğinə müsbət nəticələr verəcək. Belə ki, müsabiqə müddətində onlarla məqalələr dərc edilib, komitənin fəaliyyət istiqamətlərinin mövcud vəziyyəti araşdırılıb, mütəxəssislərdən müsahibələr alınıb təkliflər verilib.

R.Həsənov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə fondun rəhbərliyinə, eləcə müsabiqəyə qatılan jurnalistlərə minnətdarlığını bildirib, belə müştərək layihələrin gələcəkdə davam etdiriləcəyini vurğulayıb.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Bakı-Xəbərqəzetinin baş redaktoru Aydın Quliyev, “Xalq Cəbhəsiqəzetinin baş redaktoru Elçin Mirzəbəyli qlobal maliyyə böhranı şəraitində Azərbaycanda qeyri-neft sektorunun inkişafı rəqabətədavamlı ixrac məhsullarının istehsalı baxımından keyfiyyət infrastrukturu sahələrinin müstəsna rolunu vurğulayıblar. Natiqlər keçirilən müsabiqənin medianın ümumilikdə ictimaiyyətin SMPDK-nın fəaliyyəti ilə daha yaxından tanış olmaları, eləcə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

İki sahil.- 2017.- 12 may.- S.13