Nənələrimizin boxçasında yaşanan
gözəllik
Hər bir
xalqın tarixində xalq yaradıcılığı,
onun milli-mənəvi
dəyərlərinin və
dünyagörüşünün,
təşəbbüskarlıq
və novatorluğunun
təzahür formalarından
biridir.
Tarixi-mədəni və bədii irsimizin daşıyıcısı
olan Azərbaycan xalq yaradıcılığı
əsrlər boyu
formalaşaraq və inkişaf edərək günümüzədək
gəlib çatmışdır.
Vasif Talıbov
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Xalq yaradıcılığının
əsas növlərindən
biri olan tikmə bu gün
qadınların minbir
əziyyətlə, həvəslə
ərsəyə gətirdiyi
bir sənətdir. Bu sənət sayəsində
saya üzərində
rəngli saplarla xəyali təsvirlər yaradılıb. Minbir çalarlı
təbiət gözəlliyi
əks etdirilib. Məhz buna görə də bir çox
sənətşünaslar tikməni
“lifli rəssamlıq”
adlandırıb. Təsviri sənətdə
olduğu kimi, tikmələr də müxtəlif növ və üsullara malikdir. Müxtəlif bədii vasitələrlə
portret, mənzərə,
natürmort və sair tablolar, sırf ornamental əsərlər
yaradılıb. Tikmələr nənələrimizin sanki
hikmət xəzinəsidir.
Bu xəzinəni rəngləri duymayan insan oxuya bilməz,
hər elementdə bir sirr gizlənir.
Təsadüfi deyil ki, qədimdə ailələrindən
uzaqda olan kişilər qadınlara bu sənət növü ilə fikirlərini çatdırırmışlar.
Bu sənətin hikməti onun ecazkarlığında, açılmayan
səhifələrindədir.
Doğrusu bu zərif əl
işinə olan heyranlığım məni
Culfa Rayon Mədəniyyət
və Turizm Şöbəsi Gülüstan
kənd mədəniyyət
evinin bədii rəhbəri Aidə İbrahimovanın çalışdığı
mədəniyyət müəssisəsinə
gətirdi. Eşitmişdim ki, bu sənətlə məşğul
olan qadınlar arasında Aidə xanımın öz yeri var. Onunla görüşdük.
- Aidə xanım, hər bir sənətin
öz dili var. Xalq yaradıcılığının
məhsulu olan tikmə sənətində
cəmiyyətin inkişaf
mərhələləri xarakteri
və tarixi necə əks olunub?
- Azərbaycan məişətində
güləbətin, saya,
naxışlı bədii
tikmə, təkəlduz,
“quşgözü” texnikasında
tikmə, metal-muncuqlu tikmə, pilək tikmə, çaxma pilək (buna zərənduz da deyirlər)
doldurma tikmə növləri olub. Bu zərif əl
işlərində xalqımızın
tarixi, mədəniyyəti
dolğun əksini tapıb.
Bu gün də Azərbaycanın bir çox şəhərlərində
kökü qədim dövrlərə gedən
bədii tikmə sənəti qorunub saxlanılır. Əsl sənətkarların əl işləri beynəlxalq sərgilərin
və muzeylərin ekspozisiyasını bəzəyir.
Müsahibim daha sonra bildirdi
ki, Azərbaycanda tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olub. Təkəlduz tikmə ilə kişilər də məşğul olub.
Bədii
görünüşü, məişətyönümlüyü və milli xarakteri
ilə yanaşı təkəlduz iqtisadi cəhətdən çox
sərfəli olur.
Bu da onun istər-istəməz
Vətənindən uzaqlara
yayılması imkanını
yaradıb. Bu sənət növünə
Azərbaycan ailələrinin
bir çoxunda rast gəlmək olur. Zamanında ən dəyərli
sərvət sayılan
bu gözəl nümunələr nəsildən-nəslə
keçərək bu
günümüzədək gəlib çıxmışdır.
Zərif
əl işləri bir zamanlar qadınların
ən gözəl məşğuliyyəti sayılıb.
Tikmə
elə bir sənət növüdür
ki, onunla həm sadə xalq içindən çıxmış insanlar,
həm də zəngin təbəqəyə
malik olan qadınlar məşğul
olurdular.
İstər tikmə, istər xalçaçılıq sənəti
olsun tətbiqi incəsənətin bütün
növləri xalqın
düşüncə tərzindən
qidalanaraq bir bulaq suyu kimi
axıb bu günümüzə gəlib. Bu sənət növündən
çox danışmaq
olar. Bədii tikmə sənətində
zərgər dəqiqliyi
tələb edən rəssamlıq, yüksək
rəng duyumu olmalıdır. İşlənilən
sap və materiallara ciddi fikir verilməlidir.
Bu sənət növünə olan marağın artmasına səbəb dövlətimizin
yaradıcı insanlara
göstərdiyi diqqət
və qayğıdır.
Bunun üçün
öz tariximizi, mədəniyyətimizi tablolarda,
geyimlərdə, ev əşyalarında
yaşatmağa çalışıram.
Bu sənətin texnikasını mükəmməl
bilmək üçün
daim axtarışda oluram. Bu zərif
sənəti bütün
qəlbimlə sevirəm.
Zəngin bədii sənət
növü olan tikmə olduqca maraqlı və zövq tələb edən işdir. Vaxtilə araqcında (Culfa rayonunda buna dınqa deyilir) güləbətin tikmədən
istifadə olunub.
Naxçıvanda güləbətin tikmə sənət növü geniş yayılıb. Naxçıvan həm də güləbətin tikmənin
vətəni sayılır.
Naxçıvanlı xanımların dünyagörüşü,
estetik zövqünün
yüksək olması
bu sənətin daha mükəmməl işlənməsinə şərait
yaradıb. Xanımların istifadə etdiyi küləcələrdə də
güləbətin tikmələrdən
istifadə olunur.
Digər sənət növü olan təkəlduz isə ən qədim sənət növüdür. Əsas vətəni Şəki
şəhəri sayılır.
Naxçıvanda bu işlə
məşğul olanlar
olsa da, təəssüf
ki, bu haqda
Naxçıvanın adı
etnoqrafiya və başqa kitablarda çəkilməyib.
Tikmənin növləri çoxdur. Quşgözü və sair tikmələrdə
naxış elementləri
düzgün seçilməlidir.
Mən öz əsərlərimdə
Naxçıvan Muxtar
Respublikasında olan dünya əhəmiyyətli
abidələri Möminə
Xatın, Gülüstan
türbəsi və sair kimi abidələrimizin
üzərindəki naxış
elementlərinin ecazkarlığını
öz sənətimdə
yaşadıram.
Hər bir əsərdə eskizlər
hazırlanır, rənglər
düzgün seçilir,
naxış elementlərindən
istifadə olunur. Rənglərin düzgün harmoniyası
yaxın-uzaq keçmişimizi
necə yaşamağımızdan
xəbər verir.
Mənim
bir əsərim var, orada Gəmiqayaüstü
rəsmlərdən istifadə
etmişəm. Səbəb odur
ki, mən Azərbaycanın tarixini, mədəniyyətini abidələrini
əsərlərimdə yaşadım,
gələcək nəsillərə
ərmağan edim.
Muxtar respublikada keçirilən
xalq yaradıcılığı
günlərində də
iştirak edirəm.
Əməyim dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib.
Belə ki, 5 mart 2005-ci
il tarixdə
Naxçıvan Muxtar
Respublikası Ali Məclisi
Sədrinin Sərəncamı
ilə “Rəşadətli
əməyə görə”
nişanı ilə təltif olunmuşam.
- Yaradıcılığınızda ən çox buta naxış elementinə üstünlük
verirsiniz. Burada məqsəd nədən
ibarətdir?
-Buta naxış elementi alov mənasında
işlənir. Odlar yurdumuzun
simvoludur. “Odlar yurdu” adlı
bir əsərim var. Rəng seçimlərinə
həm də qoşa quş təsvirinə yer ayırmışam. Xalça və
tikmələrimizdə bu
naxışdan yetərincə
istifadə olunub.
Xalçaçı rəssam Lətif
Kərimovun yaradıcılığında
butaya geniş yer verilib. Qeyd etmək lazımdır ki, bu naxışdan
hər yerdə istifadə etmək olmaz. Küsülü buta, sevgili buta var, onların
da hər birinin özünəməxsus xüsusiyyətləri
var.
Mən həm də Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzində “Bacarıqlı
əllər” dərnəyinin
rəhbəriyəm. Uşaqlara bu
sənətin sirlərini
həvəslə öyrədirəm.
Çalışıram ki, uşaqlar
asudə vaxtlarını
lazımsız işlərə
deyil, yaxşı işlərə sərf etsinlər. Həm də uşaqlara
başa salıram ki, bu sənətə
XIX əsrdə məşhur
şair və maarif xadimləri də maraq göstəriblər.
Şairə Xurşudbanu Natəvan,
təbiətşünas alim
Həsən bəy Zərdabi, rəssam, şair və musiqişünas Mirmöhsün
Nəvvabı və başqalarını misal göstərmək olar.
Xurşudbanu Natəvanın əl
işləri şərqin
məşhur rəssamları-
Mani və Behzadın əsərlərinə bərabər
tutulub.
Muxtar respublikamızda
yaşayan bütün
qadınlara da məsləhət
görərdim ki, bu zərif sənəti
yaşatsınlar. Bu sənəti
yaşatmaqla onların
həm vaxtları səmərəli keçər,
həm də adət-ənənələrimiz, dəyərlərimiz qorunub
saxlanılar. Dünyanın ən zərif sənət növlərindən
olan tikmə ulu nənələrdən
bizə gözəl bir ənənə olaraq ötürülən
qiymətli irsdir.
Bu sənəti qorumaq, yaşatmaq və gələcək nəsillərə təhvil
vermək üçün
hər birimiz səylə çalışmalıyıq.
Tarixi yüz illərlə ölçülən tikmə
sənətimizin ənənələrini
bu işlə məşğul olan peşə sahibləri vasitəsilə qoruyub saxlamaq mümkündür.
Məhz buna görə də muxtar respublikamızda qadınların
məşğulluğunun təmin
olunması üçün
xalq yaradıcılığı
sərgiləri təşkil
olunur. Ümid edirik ki, dəyərlərimiz daim yaşanacaq, milliliyimiz gələcək nəsillərə
ərmağan olacaq.
Adilə Səfərova
İki
sahil.- 2017.- 13 may.- S.22.