Sahibkarlığa dövlət dəstəyi
artır
Bu ilin ötən dövründə 23 minədək
vergi ödəyicisi fəaliyyətini bərpa
edib
Dünya iqtisadiyyatında
qlobal böhranın təsirləri özünü
geniş formada göstərdiyi hazırkı
şəraitdə Azərbaycanda
sahibkarlığın inkişafı
üçün əlverişli
mühit formalaşdırılıb.
Belə ki, qısa müddət
ərzində həyata
keçirilən sosial-iqtisadi
siyasət nəticəsində
iqtisadiyyatın demək
olar bütün sahələrinin inkişafı
uğurla davam edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, biznes mühtinin yaxşılaşdırılması
üçün daha geniş imkanlar yaranıb. Bu isə qlobal
böhranın təsirlərindən
qorunmaq və iqtisadiyyatın dinamik inkişafını təmin
etmək baxımından
vacib amillərdən hesab edilir. İqtisadiyyat
Nazirliyinin Azərbaycan
Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası (ASK) və
digər müvafiq qurumlarla birgə həyata keçirdiyi tədbirlər də elə bu məqsədlərə
xidmət edir. Yəni strateji inkişaf hədəflərinə
uyğun olaraq bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda iqtisadi müstəqilliyin inkişafı
və möhkəmləndirilməsi
prosesində sahibkarlığın
və biznes mühitinin genişləndirlməsinə
xüsusi önəm verilir. Strateji Yol Xəritəsində
qarşıya qoyulan hədəflərə çatmaq
məqsədilə sahibkarlığa
dövlət dəstəyi
artır, milli iqtisadiyyatın strukturunun yenilənməsi, biznes mühitinin daha da yaxşılaşdırılması
istiqamətində ciddi
addımlar atılır.
Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
tədbirlərindən biri
də ölkədə
fəaliyyət göstərən
iş adamlarının
biznes layihələrinin
dəstəklənməsidir. Bu ilin I rübündə
İqtisadiyyat Nazirliyi
yanında Sahibkarlığa
Kömək Milli Fondunun (SKMF) xətti ilə iş adamlarına 21 milyon 310,7 min manat məbləğində
güzəştli kredit
verilib. Bu, ötən
ilin eyni dövrü ilə müqayisədə təxminən
1,9 dəfə az olsa da, həmin
kredit vəsaitlərinin
regionlar üzrə bölgüsü maliyyələşdirilən
layihələrin və
yaradılacaq yeni iş yerlərinin daha geniş əraziləri əhatə
edəcəyini deməyə
əsas verir. Belə ki, 2017-ci ilin yanvar-mart aylarında fond 416 iş yerinin yaradılmasına hesablanmış
103 layihəyə maliyyə
dəstəyi verib. Maliyyələşdirilən layihələr
isə ölkənin demək olar ki, bütün iqtisadi zonalarını əhatə edir.
Ölkə iqtisadiyyatında
müşahidə olunan
sabit inkişaf meyilləri, sahibkarlıq mühitinin yaxşılaşdırılması
biznes mühitində də canlanma yaradıb. Məhz bunun nəticəsidir ki, bu ilin
yanvar-mart ayları ərzində 22 min 865 vergi ödəyicisi fəaliyyətini bərpa
edib. Vergilər Nazirliyinin hesablamalarına
görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə
48,4 faiz çoxdur. Eyni dövrdə 8071 və ya ötən
ilin müvafiq dövrünə nisbətən
3 dəfə çox
təsərrüfat subyekti
fəaliyyətini bərpa
edib. Fəaliyyətini
dayandırmış təsərrüfat
subyektlərinin sayı
isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 faiz
azalıb.
Yeri gəlmişkən,
2017-ci ilin aprelin 1-i vəziyyətinə hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul
olmaq üçün
qeydiyyatdan keçmiş
fərdi sahibkarların
sayı 757 minə yaxınlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
hesabat dövründə
hər 6 fərdi sahibkardan 5-i “Ticarət, nəqliyyat vasitələrinin
təmiri”, “Kənd təsərrüfatı, meşə
təsərrüfatı və
balıqçılıq”, “Digər sahələrdə
xidmətlərin göstərilməsi”,
“Nəqliyyat və anbar təsərrüfatı”
sahələri üzrə
qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul
olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (28,7 faiz faiz), Aran
(21 faiz), Gəncə-Qazax
(14,7 faiz) və Lənkəran (10,3 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Azərbaycanda sahibkarlıqla məşğul
olan şəxslərin
gender nisbəti də az əhəmiyyət
daşımır. Xüsusilə
iqtisadi fəaliyyət
növü kimi çətin və məsuliyyətli olan sahibkarlıqla məşğul
olanlar arasında qadınların sayının
artması bu sahəyə marağın
yüksək olmasına
işarədir. Rəsmi
hesabatlardan da görünür ki, Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların
78,3 faizini kişilər,
21,7 faizini isə qadınlar təşkil edib. Halbuki ötən
ilin birinci rübündə fərdi
sahibkarlıqla məşğul
olan qadınlar ümumi sahibkarların cəmi 19,3 faizi səviyyəsində idi. Qadınlar “Kənd təsərrüfatı,
meşə təsərrüfatı
və balıqçılıq”
fəaliyyət növündə
mövcud sahibkarların
ümumi sayının
27,5 faizini, “Digər sahələrdə xidmətlərin
göstərilməsi” fəaliyyət
sahəsində 26,2 faizini,
“Ticarət, nəqliyyat
vasitələrinin təmiri”
fəaliyyət sahəsində
isə 20,7 faizini təşkil edir. Sahibkar qadınların
29,9 faizi Bakıda,
18,3 faizi Gəncə-Qazax,
17,9 faizi Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins
tərkibinin regionlar üzrə say bölgüsündən aydın
olur ki, Bakıda (22,7 faiz), Gəncə-Qazax (27,1 faiz)
və Aran (18,5 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır. 2017-ci il aprelin 1-i vəziyyətinə
statistik vahidlərin
dövlət reyestrinə
daxil edilib, torpaq payı almış ailələrin
sayı 850 mini keçib ki, bu da ölkədə
torpaq payı alanların 98 faizini təşkil edir.
Nəhayət, bütün bu iqtisadi göstəricilər
regionlar üzrə kredit qoyuluşlarında da özünü buruzə verir. Belə ki, Azərbaycanda
2017-ci il aprelin 1-nə
ölkə iqtisadiyyatına
kredit qoyuluşunun
85,3 faizi Bakı şəhərinin payına
düşüb və
kreditlər üzrə
orta faiz dərəcəsi illik 9,1
faiz təşkil edib.
Elxan Salahov.
İki
sahil.- 2017.- 18 may.- S.14.