Heydər Əliyev. Şəxsiyyət Zamantəqdim edildi

Londonda Böyük Britaniya parlamentində tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillindəHeydər Əliyev. Şəxsiyyət Zamanadlı üçcildlik roman-tədqiqatın beynəlxalq təqdimatı keçirilib.

 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AzVision.az-a verilən məlumata görə, təqdimat Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman TEAS-ın birgə əməkdaşlığı şəraitində təşkil edilib. Roman-tədqiqat “TEAS PressNəşriyyatında işıq üzü görüb.

 

Üçcildlikdə Heydər Əliyevin həyat fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Tədbirdə Lord Kilkluni, Lord Addinqton, parlament üzvləri Mark Pausi Martin Vikkers, Britaniyanın ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

 

TEAS-ın London ofisinin rəhbəri Cek Peqoraro tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü parlament üzvü Bob Bləkmana verib. B. Bləkman bildirib ki, Azərbaycanın yüksəlişi dinamik inkişafının böyük hissəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, Sovet İttifaqının adi respublikası olan bir ölkəni tamamilə müstəqil bir dövlətə çevirməyə nail olub, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.

 

Bob Bləkman vurğulayıb ki, Heydər Əliyevin yürütdüyü siyasət sayəsində Böyük Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələrək bu dostluq əlaqələri gündən-günə dərinləşməkdə davam edir: “Heydər Əliyev Britaniyanın yaxın dostu olub. Azərbaycandakı xarici investorlar arasında Böyük Britaniya şirkətləri liderlik edir. BP şirkəti tərəfindən idarə olunan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (AIOC) bağladığıƏsrin müqaviləsikontraktı məhz Heydər Əliyevin titanik əməyinin məhsuludur”.

 

Qeyd olunub ki, Elmira Axundovanın bu əsərləri real həyat hadisələrinin, ciddi tarixi-siyasi proseslərin peşəkarcasına müşahidəsinin arxiv sənədləri üzərində ciddi yaradıcılıq işinin məhsuludur. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Heydər Əliyevin həyat yolundan zəngin siyasi fəaliyyətindən, dahi şəxsiyyətin xidmətlərindən söz açıb. Qeyd edib ki, Heydər Əliyevin miras qoyduğu müstəqil, sabit çiçəklənən Azərbaycan Böyük Britaniya da daxil olmaqla, başqa ölkələr üçün etibarlı tərəfdaşdır.

 

Əsrin müqaviləsinin imzalanmasının şahidi olmuş, BP şirkətinin keçmiş məsləhətçisi Tamara Draqadze görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan inkişaf etdirən Heydər Əliyevin bütün çətinliklər qarşısında dəfələrlə dəmir iradə nümayiş etdirdiyi deyib.

 

Üçcildliyin müəllifi Elmira Axundova qeyd edib ki, Heydər Əliyevin fədakarlıqları Azərbaycanının milli maraqlarına həsr olunub: “Heydər Əliyev çox ağır bir həyat yaşayıb. O, inandığı idealların çökdüyünü görüb sədaqətlə xidmət etdiyi bir ölkənin parçalanmasının şahidi olmuşdu. O, yeni bir dövrə qədəm qoydu həyatını sıfırdan başlayaraq, ikinci dəfə siyasi Olimp zirvəsinə yüksəldi. Ancaq bu fərqli bir ölkədə fərqli bir dövrdə baş verdi”. Tədbirin sonunda Londonda yaşayan tarzən Rafiq Rüstəmovun ifasında Azərbaycan milli musiqisinin nümunələri, muğamlar səsləndirilib.

 

Qeyd edək ki, ingilis dilində nəşr olunanHeydər Əliyev. Şəxsiyyət zamanüçcildliyinin birinci kitabı (“Heydər Əliyev. Canlı tarix”) XX əsrin ən görkəmli siyasətçilərindən biri olan Heydər Əliyevin həyat fəaliyyətinin erkən dönəmləri haqqında eksklüziv geniş auditoriyaya az məlum olan faktlarla zəngindir. Kitab Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində, həmçinin prezidentin şəxsi arxivində zamanı aşkar edilən unikal sənədlərə əsaslanır, əsərin qəhrəmanının uşaqlıq gənclik illərindən, onun dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətindən, eləcə 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdən bəhs edir.

 

İkinci kitabda (“Kremldə beş il”) Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin Kremldə işlədiyi 5 il haqqında bəhs olunur. Üçüncü kitabda (“Qayıdış”) Elmira Axundova Heydər Əliyevin vətənə, üç ildən sonra isə siyasi Olimpə qayıdışından bəhs edib.

İki sahil.- 2017.- 2 noyabr.- S.13.