Azərbaycan və Dağıstan
xalqlarını tarixi
qardaşlıq, dostluq
əlaqələri birləşdirir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri
şeyxülislam Allahşükür
Paşazadə noyabrın
3-də Rusiya Federasiyası
Federasiya Şurasının
sədrinin müavini,
ikitərəfli komissiyanın
həmsədri İlyas
Umaxanov və Rusiya Federasiyası Dağıstan Respublikası
Xalq Məclisinin sədri Xizri Şixsaidov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, şeyxülislam
Allahşükür Paşazadə
Azərbaycan və Dağıstan xalqları arasındakı tarixi əlaqələrdən danışıb.
Bildirib ki, Azərbaycan və Dağıstan xalqlarını
tarixi dostluq, qardaşlıq əlaqələri
birləşdirir. Dağıstan
xalqları həmişə
Azərbaycana xüsusi
hörmət göstəriblər.
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən
sonra bu münasibətlərdə yeni
bir mərhələnin
əsası qoyuldu. Azərbaycan və Rusiya prezidentləri arasındakı dostluq əlaqələri də münasibətlərimizin inkişafına
öz töhfəsini
verir. Bir neçə gün
öncə Tehranda Azərbaycan, Rusiya və İran dövlət başçılarının
üçtərəfli Zirvə
görüşü əlaqələrin
inkişafının bariz
nümunəsidir. Ölkələrimiz
arasında sürətlə
inkişaf edən əməkdaşlıq xalqlarımızın
əlaqələrinin möhkəmlənməsinə təkan
verir. QMİ sədri Prezident İlham Əliyev tərəfindən
“Dostluq” ordeni ilə təltif olunmaları münasibətilə
İlyas Umaxanovu və Xizri Şixsaidovu
təbrik edib.
Sonra qonaqlara
xatirə hədiyyələri
təqdim edilib.
İlyas Umaxanov
və Xizri Şixsaidov Azərbaycan ilə Rusiya Federasiyasının Dağıstan
Respublikası arasındakı
tarixi əlaqələrdən
bəhs ediblər. Bildirilib ki, bu münasibətlərin müasir dövrdə də inkişaf etdirilməsi önəmlidir.
Qeyd edilib ki, Qafqaz Müsəlmanları
İdarəsi ilə Rus Pravoslav Kilsəsi,
eləcə də bu ölkədəki digər dini konfessiyalar arasında çox sıx əlaqələr mövcuddur
və bu amil respublikalarımız arasındakı münasibətlərə
də öz töhfəsini verməkdədir.
Azərbaycan və Rusiya arasında çoxsaylı ortaq dəyərlər var. Azərbaycanın bir çox elm, mədəniyyət, ictimai,
siyasi xadimləri Rusiyada yaşayıb yaradıblar. Onlardan biri də Azərbaycanın
görkəmli dövlət
və elm xadimi, tibb elmləri
doktoru, professor Əziz Əliyevdir.
Azərbaycan Prezidenti tərəfindən
“Dostluq” ordeni ilə təltif edilmələrindən məmnun
olduqlarını bildirən
qonaqlar bunu dövlətimizin başçısının
onlara diqqət və qayğısının
nəticəsi kimi dəyərləndiriblər. Qeyd
ediblər ki, bundan sonra da
Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin
qorunub saxlanılmasında
və inkişaf etdirilməsində əllərindən
gələni əsirgəməyəcəklər.
Görüşdə iştirak edən Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev atası, mərhum professor Əziz Əliyevin yad edilməsinə görə
qonaqlara minnətdarlığını
bildirib. O, Dağıstanda
ailəsinə, atasının
xatirəsinə göstərilən
xüsusi münasibəti
yüksək dəyərləndirdiyini
deyib. Akademik Dağıstanda professor Əziz Əliyevin heykəlinin qoyulmasını,
yubileylərinin qeyd edilməsini bu münasibətin bariz nümunəsi adlandırıb.
Bildirib ki, atasının Dağıstanda
ali dövlət vəzifəsində çalışdığı
illər onda hər zaman xoş təəssüratlar
yaradır.
İki sahil.- 2017.- 4 noyabr.- S.8.