“YARAT”da Bencamin Britten və Sofiya Qubaydulinanın əsərləri
səslənib
“YARAT” Müasir İncəsənət
Mərkəzində Bencamin
Brittenin “Frenk Bric mövzusunda variasiyalar” və Sofiya Qubaydulinanın “Fachwerk” əsərləri
təqdim edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə olub.
“YARAT”dan AZƏRTAC-a bildirilib
ki, Bencamin Britten “Frenk Bric mövzusunda
variasiyalar” adlı ən məşhur bəstələrindən birini
müəllimi, bəstəkar
Bricə həsr edib. İlk dəfə
1937-ci ildə Zalsburq festivalında tamaşaçılara
təqdim edilən bu əsər, sonradan daha geniş
coğrafiyada ifa olunmağa başlanılıb.
Hələ Kral Musiqi Kollecinin tələbəsi olduğu
dövrdə özünü
uğur qazanmış
bəstəkar kimi tanıtsa da, məhz “Frenk Bric mövzusunda
variasiyalar” əsəri
Brittenin adına okeanın o tayı daxil, hər yerdə böyük şan-şöhrət gətirib.
“Fachwerk” əsəri
barədə Sofiya Qubaydulinanən sözlərini
də xatırlamaq yerinə düşər. Bəstəkar
deyib: “Bu əsərin
adını faxverk (Fachwerk) memarlıq üslubuna olan böyük rəğbətimlə
əlaqələndirmək olar. Bu, son dərəcə
qeyri-adi, unikal bir üslubdur və burada tikilinin konstruktiv elementləri, bina fasadının arxasında
“gizlənmir”, əksinə,
ön plana çəkilir”.
Musiqili gecədə
Ukrayna əsilli almaniyalı akkordeon ifaçısı Roman Yusipeyin
ifasında təqdim olunan hər iki əsər böyük maraqla qarşılanıb.
Konsertdə ifaçını Xalq
Artisti Yalçın Adıgözəlovun bədii
rəhbərliyi ilə
Q.Qarayev adına
Azərbaycan Dövlət
Kamera Orkestri müşayiət edib.
İki sahil.- 2017.- 8 noyabr.- S.3.