Multikulturalizm Mərkəzi Beynəlxalq
Tolerantlıq Günü
münasibətilə tədbir
keçirib
Foto Kamal
AbdullaBakı Beynəlxalq
Multikulturalizm Mərkəzi
noyabrın 16-da Kempinski
hotelində Beynəlxalq
Tolerantlıq Günü
münasibətilə tədbir
keçirib. Mərkəzin icraçı direktoru,
professor Azad Məmmədov ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən 2014-cü il
mayın 15-də yaradılan
və hazırda dünyada tanınan mərkəzlərdən birinə
çevrilməkdə olan
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
fəaliyyəti və
həyata keçirdiyi
layihələr barədə danışıb.
Azad Məmmədov bildirib ki, 16 noyabr tarixi 1995-ci ildən YUNESKO səviyyəsində
dünyanın bir çox ölkələrində
Beynəlxalq Toleranlıq
Günü kimi qeyd olunur. Bu
gün dünyada tolerantlıq və multikulturalizm vadisi kimi tanınan vətənimiz Azərbaycanda
Tolerantlıq gününün
böyük təntənə
ilə qeyd edilməsi hər bir Azərbaycan vətəndaşının haqqıdır.
Azərbaycan dövlətinin
həyata keçirdiyi
tolerantlıq siyasəti
ölkəmizdə yaşayan
milli və dini icmaların arasında dostluğun və qardaşlığın
daha da möhkəmlənməsinə
zəmin yaradır. Bütün bunlar, heç şübhəsiz,
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu
düzgün strateji xəttin Prezidentimiz cənab İlham Əliyev tərəfindən
ləyaqətlə davam
etdirilməsinin göstəricisidir.
Sonra Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşviri,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilər Şurasının
sədri, akademik cənab Kamal Abdullayev qeyd edib ki, ölkəmizdəki
tolerantlıq mühitinin
hazırki səviyyəyə
gəlib çatması Prezident
cənab İlham Əliyevin bu istiqamətdə apardığı
dövlət siyasətinin
dinindən, dilindən
və milli mənsubiyyətindən asılı
olmayaraq hər bir vətəndaşımıza
bərabər münasibətinin
nəticəsidir.. Azərbaycanda
dini və milli mənsubiyyətindən
asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu
və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır.
Multikulturalizm Azərbaycanda
həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin
və tolerantlığın
nə dünyada, nə də ölkəmizdə alternativi
yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir. Azərbaycan xalqı və
Azərbaycan dövləti
isə öz vətəndaşını qorumaq,
davamlı sabitliyini təmin etmək üçün məhz multikulturalizm siyasətinə
böyük önəm
verir. Ölkəmizdə
fəaliyyət göstərən
ənənəvi dini
icmaların rəhbərlərinin
bir neçə gün öncə məhz Tolerantlıq
günü münasibətilə
Dövlət başçısı
tərəfindən Fəxri
Diplomla mükafatlandırılması
da bu qayğı
və diqqətin göstəricisidir. Akademik Kamal
Abdullayev Prezident İlham Əliyevin imzaladığı müvafiq
Sərəncamı oxuyaraq
olkəmizdə fəaliyyət
göstərən dini
qurum və icma rəhbərləri Allahşükür Hümmət
oğlu Paşazadə,
Aleksandr Gennadyeviç
İşein, Vladimir Fekete, Milix İlxananoviç
Yevdayev, Gennadi Konstantinoviç Zelmanoviç
və Robert Baqratoviç Mobiliyə mükafatlar təqdim edib.
Tədbir 16 Noyabr
– Beynəlxalq Tolerantlıq
gününə həsr
olunmuş “Dini mövzuda musiqi” adlı konsert proqramı ilə yekunlaşıb.
İki
sahil.- 2017.- 17 noyabr.- S.18.