Cocuq Mərcanlıda su
təchizatı infrastrukturu
yaradılıb
2016-cı ilin
aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində
erməni işğalından
azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalini içməli su ilə təmin etmək üçün su təchizatı infrastrukturu yaradılıb.
“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, bu məqsədlə subartezian
quyusu qazılıb, su xətti çəkilərək
bütün yaşayış
evləri içməli
su ilə təmin edilib. Sakinlərə operativ və keyfiyyətli xidmət göstərilməsi
məqsədilə kənddə
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal”
MMC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi yaradılıb. Gələcəkdə kəndin
su təchizatı bu xidmət sahəsi tərəfindən
həyata keçiriləcək.
Noyabrın 17-də “Azərsu” ASC və Cəbrayıl RİH rəhbərliyinin
iştirakı ilə
xidmət sahəsi binasına baxış keçirilib. Burada yaradılmış şəraitlə
tanış olan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov kənd sakinlərinə keyfiyyətli
xidmətin göstərilməsi
məqsədilə müvafiq
tapşırıqlar verib.
Vahidoğlu
Orxan
İki
sahil.- 2017.- 21 noyabr.- S.11.