YAP yaradılmasının
25 illik yubileyi Binəqədi rayonunda qeyd olunub
Yeni Azərbaycan
Partiyasının (YAP) yaranmasının
25 illiyi münasibətilə
Binəqədi rayonunda
“Dünənin karvanı
sabaha doğru” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının və
YAP Binəqədi rayon
təşkilatının təşəbbüsü
ilə keçirilib.
Əvvəlcə iştirakçılar YAP Binəqədi
rayon təşkilatının
inzibati binasının
qarşısında ulu
öndər Heydər
Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq,
dahi şəxsiyyətin
əziz xatirəsinə
ehtiramlarını bildiriblər.
Tədbirdə YAP-ın tarixinə, ümummilli lider Heydər Əliyevin və partiyanın sədri, Prezident İlham Əliyevin fəaliyyətinə həsr
olunmuş videoçarx
nümayiş etdirilib.
YAP Binəqədi
rayon təşkilatının
sədri Ramiz Göyüşov çıxış
edərək müstəqilliyin
əvvəllərində ölkəmizdə
bütün sahələrdə
tənəzzülün yaşandığı
dövrdə yaranan partiyanın Azərbaycanın
inkişafında, dövlətin
güclənməsində, xalqımızın firavanlığına qovuşmasında
misilsiz xidmətlər
göstərdiyini vurğulayıb.
Bildirib ki, bütün bunlar partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin uğurlu strategiyasının
məntiqi nəticəsi
idi. Bu gün
bu siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi nəticəsində
sürətlə inkişaf
edən Azərbaycan mühüm nailiyyətlər
qazanır.
YAP Qadınlar Şurasının sədri,
partiyanın İdarə
Heyətinin üzvü,
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva çıxışında YAP-ın keçdiyi ağır və şərəfli tarixi yola nəzər salıb. Bildirib ki, partiya təsis edildiyi illərdə ölkəmiz
ciddi problemlərlə
üz-üzə idi və xalqımız çox çətin günlər yaşayırdı.
Lakin partiyanın yaranması və dahi şəxsiyyət Heydər Əliyevin xalqın inam və etimadı sayəsində Prezident seçilməsindən sonra
Azərbaycan qüdrətlənməyə
və inkişaf etməyə başladı.
N.Əliyeva bu gün ölkəmizdə
sosial problemlərin həllini tapdığını
vurğulayıb, xalqımızın
daha yaxşı yaşaması üçün
dövlətimizin başçısı
İlham Əliyev tərəfindən həyata
keçirilən islahatlardan
danışıb.
Milli Məclisin
sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova YAP-ın Azərbaycanın siyasi həyatındakı
əhəmiyyətli yerindən
və rolundan bəhs edib. Bahar Muradova partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycanı düşdüyü çətin
vəziyyətdən xilas
etdiyini, xalqımızı
nicat yoluna çıxardığını vurğulayıb. Bildirib ki, müxalifət
partiyası kimi yaranan YAP-ın qısa müddətdə
iqtidara gəlməsi Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevə böyük inam və etimadından qaynaqlanırdı. Xalqımız
düşdüyü ağır
vəziyyətdən onu
xilas edə biləcək yeganə şəxsiyyətin Heydər Əliyev olduğunu bilirdi. Məhz bu səbəbdən
də xalq dahi şəxsiyyətə
üz tutdu. Beləliklə, xalqımızın ziyalı oğul və qızlarının
təşəbbüsü və xahişi ilə Yeni Azərbaycan
Partiyası yaradıldı
və Heydər Əliyev bu partiyaya sədrlik etməyə başladı,
daha sonra isə xalq səsverməsinin
nəticəsində Prezident
seçildi.
Milli Məclisin
sədr müavini ölkəmizin qazandığı
nailiyyətlərdən danışaraq,
bunun təməlində
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olduğunu söyləyib. Bahar Muradova xalqımızı,
o cümlədən Azərbaycan
qadınlarını Heydər
Əliyev ideyaları ətrafında sıx birləşməyə çağırıb.
YAP Binəqədi
və Qaradağ rayon təşkilatlarının
Qadınlar şuralarının
sədri Aytac Əliyeva və Hicran Xəlilova çıxışlarında ölkəmizdə
həyata keçirilən
uğurlu qadın siyasətindən və qadınların cəmiyyətdə,
ictimai-siyasi həyatda
fəallıqlarından söhbət
açıblar. Çıxışlarda
ölkəmizin Birinci
vitse-prezidenti Mehriban Əliyevanın timsalında
Azərbaycan qadınlarının
bütün sferalarda uğurlar qazandıqları
və bu uğurların ölkəmizin
daha da inkişafına
zəmin yaratdığı
vurğulanıb.
Binəqədi Rayon İcra
Hakimiyyəti başçısının
müavini Aygün Əliyeva YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz
rolundan danışıb,
partiyanın təkcə
ölkəmizdə deyil,
Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd edib. O, partiyanın sıralarının
gündən-günə artmasının,
sosial bazasının daha da möhkəmlənməsinin
Heydər Əliyev ideyalarına etimadın və dövlətimzin başçısı, Yeni
Azərbaycan Partiyasının
sədri İlham Əliyevin siyasətinə
dəstəyin bariz nümunəsi olduğunu söyləyib. A.Əliyeva partiyanın cəmiyyətin, xüsusilə
gənclərin hərtərəfli
inkişafına əlverişli
şərait yaratdığını
yüksək qiymətləndirib.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə Əməkdar
Artist İlkin Əhmədov və Binəqədi rayonundan olan istedadlı gənclərin ifasında
ulu öndər Heydər Əliyevə həsr olunan mahnı və şeirlər səsləndirilib.
İki
sahil.- 2017.- 21 noyabr.- S.16.