Ölkəmizə gələn
turistlərin sayı artır
Qeyri-neft
sektorunda turizmin məxsusi yeri olduğunu qeyd edən dövlət başçısı
cənab İlham Əliyev bu sahənin bundan sonra da prioritet olacağını xüsusi
qeyd edir. Məlumdur ki, son illər Azərbaycanda turizm sektoruna dövlətimiz tərəfindən
böyük
qayğı göstərilir
və ölkəmizdə
artıq turizmin infrastrukturu formalaşdırılmışdır.
Təsadüfi deyil ki, 2011-ci il ölkəmizdə
“Turizm ili” elan olunmuşdur. Turizmin inkişafı ilə bağlı qəbul
edilən dövlət
proqramları
da bu günə kimi bu sahənin inkişafına
güclü stimul
verir.
Hazırda bölgələrdə ən
müasir səviyyədə
hotellər tikilir. Şimal-qərb zonasında - Şamaxı,
Qəbələ, Şəki,
Quba və başqa məkanlarda müasir tələblərə
cavab verən otellər inşa edilib. Ölkədə
turizmin inkişafına
göstərilən diqqətdən
danışarkən dövlətimizin
başçısı bildirmişdir:
“Turizmin inkişafı
ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə, bölgələrdə bir
neçə beşulduzlu
otel istifadəyə verilmişdir. Yeni turizm
mərkəzləri açılır.
Azərbaycanın turizm potensialı
artıq ölkəmizin
inkişafına, xalqımızın
rifah halının yaxşılaşmasına xidmət
göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə
daha çox ölkə daxilində istirahətə üstünlük
verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim
vətəndaşlar da, xaricdən
gələn turistlər
də qeyd edirlər”.
Qeyri-neft
sektorunun bir hissəsi olan turizmdə hər il olduğu
kimi, bu ildə yüksək artım müşahidə
olunur. Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadənin mətbuata verdiyi açıqlaması
onu deməyə əsas verdi ki, təkcə ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 20 faiz artım var. O bildirib ki,2016-cı illə müqayisədə bu il artım tempi daha yüksək olub: “Əgər
2016-cı ildə turistlərin
sayında 16 faizə qədər artım olmuşdusa, bu il bu artım
20 faiz olub”.
K.Quluzadə vurğulayıb ki,
Azərbaycan Prezidenti İlham Əliyev turizm sahəsinin inkişafına böyük
dəstək göstərir
və ölkədə
infrastruktur xeyli inkişaf edib: “Qarşıya qoyulan plana əsasən, 2020-ci ildə Azərbaycana gələn turistlərin sayı 4.5 milyon nəfər olmalıdır,
lakin turistlərin sayında inkişaf tempinə əsasən deyə bilərik ki, bu rəqəmə
daha tez nail olunacaq. Azərbaycana gələn turistlərin
coğrafiyasında da genişlənmə
var və bütün istiqamətlərdən
ölkəyə gələn
turistlərin sayında
artım müşahidə
edilir”.
Bu yaxınlarda Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin
müzakirəsi zamanı
çıxış edən
iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki,
gələn il xidmət sektorunda 2,7 faiz artım
gözlənilir. Turizm sahəsində
yaradılan infrastruktur
ölkəyə turistlərin
gəlməsini artıracaq.
Həmçinin, 2018-ci ildə
Azərbaycanın turizm
sektorunun 6,6%, daha sonrakı 3 ildə isə 6%-dən çox artacağı proqnozlaşdırlır.
Bütün bunlar, əlbəttə
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının
digər sahələri
kimi, turizm sektoruna da ayırdığı
diqqətin nəticəsidir
Mənsumə Babayeva
İki
sahil.- 2017.- 22 noyabr.- S.15.