Bakı Şopinq Festivalı dünyanın diqqət mərkəzində

  Oktyabrın 15-dən başlayaraq  paytaxtımızda ikinci Bakı Şopinq Festivalı keçirilir.  Dünyanın bir çox ölkələrinin ticarət təmsilçiləri, məhsul istehsalçıları sahibkarlar bu maraqlı əyləncəli tədbirdə fəal iştirak edir öz mallarını nümayiş etdirirlər. Təbii ki, ölkəmiz Festivalda öz məhsulları ilə çıxış edir. Festival noyabrın 25-nə qədər davam edəcək.

 

Qeyd edək ki,  Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində   ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.  Həmin Sərəncamla  Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, ticarət festivalının təşkili məqsədilə Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan  Mədəniyyət Turizm Nazirliyinə bir milyon manat ayrılıb.

 

Xatırlayaq ki,  birinci  ticarət festivalı  bu ilin aprel-may ayları ərzində keçirilib. Birinci festival uğurla yekunlaşıb. İlk festival haqqında beynəlxalq media diplomatik  dairələrin təmsilçiləri öz fikirlərini bölüşmüşdülər.İlk festival haqqında ümumilikdə 54 ölkədə televiziya kanalları, radio, onlayn media, sosial şəbəkələr internet televiziyası vasitəsilə məlumatlar yayılıb. Xüsusi olaraq sosial şəbəkələrdə festival barədə informasiyaları milyonlarla insan izləyib. Bunlardan daha çoxu Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Oman Qətərdə qeydə alınıb. Vurğulamaq lazımdır ki,  birinci Şopinq Festivalından fərqli olaraq ikinci ticarət bayramının sədası daha çox yayılmağa başlayıb.

 

Azərbaycanda keçirilən Şopinq Festivalı haqda xəbərlər oxucuya   dinləyiciyə  operativliklə  çatdırılır. Bəzi olkələrin   mediasında isə Bakı Şopinq Festivalına ayrıca  yer ayrıldığı barədə məlumat verilir.  Demək olar ki, hər gün xarici ölkələrin mediasında Bakıda keçirilən ticarət bayramı haqqında məlumatlar yayımlanır.  Fərəhli haldır ki, xarici ölkələrin ən azı 70-ə yaxın kütləvi informasiya vasitəsində adıçəkilən məsələyə xüsusi  yer ayırılıb. Ərəb, rus, türk, İsrail, Hindistan, Pakistan, Böyük Britaniya digər ölkələrin mediasında Azərbaycanda keçirilən Şopinq Festivalı ilə bağlı məqalələr dərc olunur. Festivalın fəaliyyətinin təqdir olunması haqqında materiallar yayımlanır. Bütün bunlar ən yaxşı geniş həcmli reklamdır ölkəmizə maraq oyadır,  yeni səyahətçilərin Azərbaycana səfər etməsinə stimul yaradır.

 

Şopinq Festivalının keçirilməsi ilə məşğul olan Mədəniyyət Turizm Nazirliyi nazirliyin nəzdində olan Azərbaycan Konqreslər Bürosu kifayət qədər yaxşı fəaliyyət göstərir.  Şopinq Festivalının təbliğatının yüksək səviyyədə aparılması onların öz işlərini peşəkar səviyyədə icra etməsi ilə bağlıdır. Bütün bunların nəticəsində  turizm həvəskarlarının sayı  nəzərəçarpacaq dərəcədə artacaq. Bu isə ölkəmizə vəsait axını, külli miqdarda gəlir, əhalimizin rifahının daha da yaxşılaşdırılması deməkdir.

 

Vəli İlyasov

İki sahil.- 2017.- 23 noyabr.- S.22.