Zaqatala fındığının ixrac coğrafiyası genişlənir
Zaqatala rayonunda
kənd təsərrüfatının
ənənəvi və
ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas məşğuliyyət
sahəsi və qazanc mənbələrindən
biri hesab olunur. Rayonda istehsal edilən
fındıq dünya
bazarında keyfiyyəti
ilə fərqləndiyindən
ixrac potensialı da olduqca yüksəkdir.
Azərbaycan Prezidenti İlham
Əliyevin bu il avqustun
4-də Qaxda keçirilən
barama, tütün və fındıq istehsalının inkişafı
məsələlərinə dair respublika müşavirəsində qeyd
etdiyi kimi, fındıq keçən
il kənd təsərrüfatı məhsulları
arasında ən çox gəlir gətirən məhsul olub. 2016-cı ildə
fındıq satışı
ölkəmizə 105 milyon
dollar valyuta gətirib.
Fındıq ixracının bu
il 120 milyon
manata çatacağı
proqnozlaşdırılır
AZƏRTAC xəbər verir ki, xarici
bazarlarda fındığa
olan yüksək tələbat, məhsulun dəyərli olması, nəqliyyata və uzun müddət saxlanılmağa davamlılıq
son dövrlər Zaqatala
əhalisinin bu sahəyə marağını
daha da artırıb. Fındıqçılıq hazırda rayonun
iqtisadiyyatında aparıcı
yerlərdən birini tutur. Prezident İlham Əliyevin kənd təsərrüfatının
ixrac potensialı yüksək sahələrindən
olan fındıqçılığın
inkişaf etdirilməsi
ilə bağlı verdiyi tapşırıqların
icrasını təmin
etmək məqsədi
ilə son illər Zaqatala rayonunda da yeni fındıq
bağlarının salınması
istiqamətində davamlı
iş aparılır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, son iki ildə fındıq bağlarının ümumi
sahəsi 9 min 575 hektardan
artırılaraq 17 min hektara
çatdırılıb. Keçən
il rayonda 8,9 min ton fındıq istehsal olunub. Cari ildə isə fındıq istehsalının
13 min tona çatacağı
gözlənilir. 2016-cı
ildə rayonda fəaliyyət göstərən
emal müəssisələri
tərəfindən xarici
ölkələrə 91 milyon
manat dəyərində
fındıq məhsulu
ixrac olunub. Cari ildə fındıq ixracının 120 milyon manata çatacağı proqnozlaşdırılır. Bu ilin ötən
10 ayı ərzində
Zaqatalanın emal müəssisələri tərəfindən
xarici ölkələrə
artıq 95 milyon manat dəyərində fındıq məhsulları
ixrac edilib.
Zaqatala fındığı Rusiya,
Almaniya, İtaliya, Litva, Estoniya, Danimarka və digər ölkələrə
ixrac olunur
Hazırda rayonda fındıq emalı və ixracı ilə məşğul olan xeyli sayda müəssisə
fəaliyyət göstərir. Belə müəssisələrdən
biri də Zaqatala şəhərindəki
“Azərstar” Məhdud
Məsuliyyətli Cəmiyyətə
məxsus fındıq
emalı zavodudur.
AZƏRTAC-ın müxbiri müəssisədə olub,
emal prosesi ilə maraqlanıb.
Müəssisənin direktoru İlham İsayev bildirib ki, 2006-cı ildə fəaliyyətə başlayan
zavod ildə 3 min ton fındıq ləpəsi
istehsal etmək gücünə malikdir. Hazırda zavodda
təbii fındıq
ləpəsi ilə yanaşı, qovrulmuş ləpə və fındıq unu da istehsal olunur. Fındığın qabığından isə zavodun özündə yanacaq kimi istifadə edilir. Müəssisədə istehsal olunan
fındıq ləpəsi
və digər məhsullar satış üçün Rusiya, Almaniya, İtaliya, Litva, Estoniya, Danimarka və digər Avropa ölkələrinə göndərilir.
Mövsüm vaxtı zavodda
60 nəfərədək işçi
çalışır. Onların orta aylıq əməkhaqqı 250-300 manat
arasındadır.
Müəssisənin texnoloqu Rasim İbrahimov
AZƏRTAC-a bildirib ki,
hazırda əhalidən
tədarük edilən
fındığın bir
kiloqramının qiyməti
keyfiyyətinə görə
3-3,5 manat arasında dəyişir. Mövsümün əvvəlində
isə qiymət 2,5 manat olub.
"WorldFood Moscow" sərgisinə
qatılan "Azərstar"
və "Balxurma"
ən yüksək mükafatı qazanıblar
Xatırladaq ki, bu ilin sentyabrında Moskva şəhərində
keçirilən "WorldFood
Moscow" Beynəlxalq Ərzaq
Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində öz təbii və keyfiyyətli məhsulları
ilə ziyarətçilərin
və sərgi təşkilatçılarının diqqətini cəlb edən şirkətlərdən
biri də "Azərstar" olub. Sərgidə iştirak edən “Azərstar” və “Balxurma” şirkətləri 2017-ci ilin
məhsulu nominasiyası
üzrə qızıl
medala layiq görülüblər. Quru
meyvə istehsalı və emalı sahəsində yalnız Azərbaycan şirkətləri
sərginin təşkilatçısı
"ITE Group" tərəfindən
mükafatlandırılıb. Bununla da, ilk
dəfə olaraq
"WorldFood Moscow"
sərgisinə qatılan
Azərbaycan şirkətləri
ən yüksək mükafatı qazanıblar.
Fındıq istehsalçısı
"Azərstar"ın, həmçinin
qurudulmuş xurma istehsalçısı olan
"Balxurma"nın bu
mükafata layiq görülməsi həm
də yerli məhsull
İki
sahil.- 2017.- 23 noyabr.- S.20.