“Kod adı: Rey” kitabının təqdimatı
olub
Noyabrın 24-də “Azərkitab” kitab təbliğat mərkəzində
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun
“Kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında
hazırlanan “Kod adı: Rey” kitabının
təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli
Məclisin deputatı,
Mətbuat Şurasının
sədri Əflatun Amaşov kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, kitabda müəllifin 2012-2013-cü illərdə
“lent.az” saytında çıxan
xatirələri yer alıb. Xatirələr müəllifin 1991-92-ci illərdə Qarabağ müharibəsi zamanı gördüyü hadisələrdən
bəhs edir.
Kitabın redaktoru, şair-publisist
Səhər Əhməd
nəşrdə yer alan yazıların
hər sətrinin alov saçdığını
bildirib. Deyib ki, 250 səhifəlik
kitabın illüstrasiyalarının
müəllifi Əfqanıstan
və Qarabağ müharibəsi iştirakçısı,
rəssam Tərlan Eyvazovdur.
Tədbirdə Milli Məclisin
deputatları Aqil
Abbas, Hadi Rəcəbli,
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şair Ramiz Rövşən jurnalist və kəşfiyyatçı kimi
Qarabağ müharibəsində
iki dəfə yaralanan müəllifin bu kitabını gənclər üçün
örnək adlandırıblar.
Çıxış edənlər 1991-93-cü illərdə
Azərbaycanın Milli
Qəhrəmanı, şəhid
polkovnik-leytenant Şirin
Mirzəyevin əsgəri
olmuş Rey Kərimoğlunun
bu kitabını cəbhə gündəliyi
kimi yüksək dəyərləndiriblər. Onun yazdığı
kitabda ölkəmizi ərazi bütövlüyü
uğrunda gedən bir çox döyüşlərin iştirakçısı
olmuş igid döyüşçülərin qəhrəmanlıqları öz
əksini tapıb.
Sonda hərbi
jurnalist Şəmistan
Əlizamanlının ifasında
əsgər mahnıları
təqdim olunub.
İki sahil.- 2017.- 25 noyabr.- S.6.