Müasir dövrdə İslam
dünyasının həmrəyliyinə
daha çox ehtiyac var
Noyabrın 29-da Neftçaladakı Heydər Əliyev
Mərkəzində
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) rayon icra hakimiyyəti ilə birgə “İslam həmrəyliyi:
müasir
çağırışlar və
dini maarifləndirmə” mövzusunda regional konfrans keçirib.
AZƏRTAC
xəbər verir ki, konfransda rayonun rəhbər işçiləri, idarə-müəssisə
rəhbərləri, Dini
İşlər üzrə
Komissiyanın üzvləri,
icra nümayəndələri,
bələdiyyə sədrləri,
məktəb direktorları,
dini icma sədrləri, eləcə
də din xadimləri iştirak edib.Tədbir iştirakçıları əvvəlcə
DQİDK-nın sifarişi
ilə çəkilmiş,
Azərbaycanın suverenliyi
və ərazi bütövlüyü uğrunda
şəhid olanların
xatirəsinə həsr
olunmuş “Şəhadət”
sənədli filminə
baxıblar.Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl
Vəliyev tədbirdə
çıxış edərək,
2017-ci ilin “İslam Həmrəyliyi
İli” elan edilməsini
islami dəyərlərə
verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirib.
İ.Vəliyev, eyni zamanda,
“İslam Həmrəyliyi İli” çərçivəsində rayonda keçirilən tədbirlər barədə
məlumat verib. Görülən işlərin milli-mənəvi
və islami dəyərlərin təbliği
və təşviqində,
dini qurumlarla dövlət təşkilatları,
eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin
formalaşmasında müstəsna
əhəmiyyət kəsb
etdiyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında qeyd
edib ki, Prezident İlham Əliyevin 2017-ci ili
“İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin başçısının
islami dəyərlərə
həssas münasibətindən
irəli gəlir. Müasir dövrdə İslam dünyasının
həmrəyliyinə daha
çox ehtiyacın olduğunu diqqətə çatdıran komitə sədri bildirib ki, bu həmrəyliyi
yaratmaq, bununla bağlı müəyyən
addımlar atmaq üçün belə bir çağırış
çox böyük önəm daşıyır.
Mübariz Qurbanlı “İslam Həmrəyliyi
İli” çərçivəsində müsəlman ölkələri
arasında əlaqələrin
genişləndirilməsi istiqamətində
həm respublika daxilində, həm də bir sıra
ölkələrdə müxtəlif
tədbirlərin keçirilməsinin
dini maarifləndirmə
yolu ilə milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində
aparılan işlərə
töhfə olduğunu
vurğulayıb.
Qafqaz Müsəlmanları
İdarəsinin bölgə
qazısı Hüsni
Həsənov çıxışında
bölgələrdə cəmiyyətin,
xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz
haqqında doğru və sağlam mənbələrə əsaslanan
biliklərlə təmin
olunması istiqamətində
həyata keçirilən
dini maarifləndirmə
tədbirlərinin vacibliyini
qeyd edib.
Konfransın ikinci hissəsində
"Dini radikalizmlə
mübarizə və gənclərin maarifləndirilməsi"
mövzusunda müzakirələr
aparılıb.
Rayon icra hakimiyyətinin
nümayəndəsi Elnur
Bağırov məruzəsində
ölkəmizdə dövlət-din
münasibətlərinin formalaşmasından,
dövlətin din sahəsinə
qayğısından danışıb. E.Bağırov, eyni zamanda, rayondakı
dini durum barədə
də məlumat verib.
DQİDK-nın sədr
müavini Gündüz
İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl,
sistemli və intensiv maarifləndirmənin
mühüm rol oynadığını vurğulayıb. Sədr müavini
qeyd edib ki, bu sahədə
yad dini-ideoloji təsirlərin qarşısının
alınması istiqamətində
ənənəvi İslam dəyərlərinin
təbliği mühüm
rol oynayır. Çünki ənənəvi İslam dinin siyasiləşməsinə,
bölücülüyə haqq qazandırmır.
G.İsmayılov zərərli dini
təbliğatdan qorunmaq
üçün hər
kəsin, xüsusilə
gənclərin ümumi
dini biliklərə malik olmasının önəminə toxunub.
Sonra DQİDK-nın
dini maarifləndirmə
işinin təşkili
şöbəsinin müdir
müavini Ruslan Əsgərov təqdimat ilə çıxış
edib. Təqdimatda dövlətimizin
İslamın dəyərlərinə
və irsinə qayğısı barədə
göstəricilər əksini
tapıb.
Iki sahil.-2017.-
30 noyabr.- S.8.