Sabir Rüstəmxanlının "Akademikin son əsəri" kitabının
təqdimatı keçirilib
Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq şairi Sabir Rüstəmxanlının "Akademikin son əsəri"
kitabının təqdimat mərasimi keçirilib.
APA-nın
xəbərinə görə,
xalq şairi Fikrət Qoca çıxışında deyib
ki, S. Rüstəmxanlı
həm yaxşı şair, həm də yaxşı yazıçıdır.
AYB-nin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid bildirib ki, S. Rüstəmxanlı bədii
yaradıcılıqda "Ömür kitabı" ilə yüksəlişə
nail olub: "Sabir bəyin xalq hərəkatında iştirakı,
mitinqlərdə çıxışı
yaddaşlarda unudulmaz iz buraxıb. Əsərdə bəzi obrazlar
elə öz adları ilə verilib. Düşünürəm ki, "Akademikin
son əsəri" kitabını
hamı, xüsusən
də gənc nəsil oxumalıdır.
Çünki əsərdə yeni informasiyalar var".
"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr
müavini Sona Vəliyeva qeyd edib ki, əsər
maraqlı materiallarla zəngindir: "Bu kitab məktəblərə paylanmalıdır.
Burada söz verirəm ki, əsərin "Kaspi" liseyində müzakirə və təqdimatını təşkil
edəcəyik. Mən ümumiyyətlə?
Sabir bəyin qələmindən
çıxan bütün
əsərləri oxumağa
çalışıram. Kitabda Turan ideyası ilə bağlı da məqamlar var. Bu əsərlə
Sabir bəy sanki bugünkü nəsli daha ayıq-sayıq olmağa səsləyib. Azərbaycanın başına gətirilən
bəlalar əsərdə
dolğun formada işlənilib".
Rejissor Rövşən Almuradlının
fikrincə, əsərdə
müəllifin vətəndaş
mövqeyi, keçmiş
və gələcəklə
bağlı vətəndaş
narahatlığı var. Millət
vəkili Fəzail İbrahimli deyib ki, "Akademikin son əsəri" təkcə
bədii yox, həm də tarixi əsərdir və əsərin qəhrəmanı tarixçi-alim
Ziya Bünyadovdur.
Təqdimat mərasimi müzakirələrlə
davam etdirilib.
Qeyd edək ki,
"Akademikin son əsəri"
Azərbaycan xalqının
üzləşdiyi yeni
fiziki və mənəvi repressiyaya - genetik savaşa həsr edilib.
İki sahil.- 2017.- 12 oktyabr.- S.13.