Əcnəbilər BSU auditoriyalarında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq
Humanitar Forumda təhsilimizin uğurları
və qarşıda duran vəzifələr barədə fikirlərini
yekunlaşdıraraq bildirmişdi:
“Ölkəmizdə təhsilin
keyfiyyətinin artırılması
üçün ardıcıl
islahatlar aparılır.
Hesab edirəm ki, biz yaxın
gələcəkdə bu
islahatların gözəl
nəticələrini görəcəyik.
Azərbaycan dövləti
təhsilin inkişaf etmiş dünyanın təhsilinə inteqrasiyası
üçün əlindən
gələni edir. Gənclər dövlət vəsaiti
hesabına dünyanın
aparıcı ali məktəblərinə oxumağa
göndərilir, dünyanın
nüfuzlu ali məktəblərindən tanınmış
alim və professorlar Azərbaycanın
ali məktəblərinə
mühazirələr oxumağa
gəlirlər. Biz
bu inteqrasiya prosesini gələcəkdə
də davam etdirməliyik”.
Dövlət başçısının göstərişlərini rəhbər
tutan Bakı Slavyan Universiteti dünyanın onlarla nüfuzlu ali məktəbləri ilə
sıx əlaqələr
qurmuş, həmin ali məktəblərlə
təhsilin demək olar ki, bütün
sahələrində əməkdaşlıq
etməkdədir. Bu gün Şərqi Avropanın əksər ölkələrində və
keçmiş MDB məkanında
Azərbaycan dilinin, mədəniyyətinin, elminin,
təhsilinin, iqtisadi yüksəlişinin təbliği
sahəsində BSU əvəzsiz
xidmətlər göstərməkdədir.
Dilimizin xarici ölkələrin ali məktəblərində BSU tərəfindən
yaradılmış dil
kurslarında və tədris-mədəniyyət mərkəzlərində
əcnəbi tələbələrə
öyrədilməsi də
ənənəvi hal almışdır. Həmin mərkəzlərdə
eyni zamanda Azərbaycanın nümunə
olaraq dünyaya təqdim etdiyi iqtisadi və siyasi modellər, respublikamızın sürətli
inkişafının və
regionda aparıcı dövlət olmasının
səbəbləri, perspektivləri
araşdırılır, gənc
alimlərin tədqiqat obyektinə çevrilir.
Beynəlxalq əlaqələrini ildən-ilə
genişləndirən universitet
sözün həqiqi
mənasında bu gün ölkəmizin dünyaya inteqrasiyasında
önəmli bir körpü rolunu oynayır. Universitetdə müxtəlif ölkələrin
mədəniyyətini, dilini,
tarixini,
etnoqrafiyasını, ədəbiyyatını və s. öyrənən
on bir mərkəz
fəaliyyət göstərir
ki, həmin mərkəzlərdə müvafiq
olaraq dövlət başçıları, səfirlər,
tanınmış ictimai
və siyasi xadimlər azərbaycanlı
tələbə gənclərlə
görüş keçirmiş,
onlara öz tövsiyələrini vermiş,
xatirə kitablarına
ürək sözlərini
yazmışlar. Bu mənada
BSU bir diplomatik korpus rolunu oynayır
desək, səhv etmərik.
Universitetin gələcək planlarında
məzunların xarici
şirkətlərdə işlə
təmin edilməsi layihəsi də vardır. Bununla bağlı bir
sıra ölkələrin
səfirlikləri ilə
danışıqlar aparılır,
müqavilələr imzalanmasına
hazırlıq görülür.
BSU-nun uğurlarından biri də hər il tələbə-müəllim
mübadiləsini həyata
keçirməsi, azərbaycanlı
gənclərin xaricdə
təhsilinə, xarici
ölkə tələbələrinin
BSU-da təhsillərini davam
etdirmələrinə şərait
yaradılmasıdır.
Bununla yanaşı,
universitet müxtəlif
beynəlxalq layihələr
hesabına nüfuzlu əcnəbi alim və professorları BSU-ya dəvət edir, onların tələbələrimiz qarşısında
mühazirələrini təşkil
edir. Hazırda üç əcnəbi
müəllimin universitet
tələbələri qarşısında
mühazirələr oxumağa
dəvət olunması
da bu tədbirlər sırasındadır. Məşhur
Nikolay Kopernik adına Universitetin doktoranturaya qəbul şöbəsinin müdiri
professor Donuta Pleçka,
Adam Marşalek adına
Mətbuat Evinin prezidenti, professor Yoanna Marşalek və Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin Prezidenti,
Vürsburq Universitetinin
professoru Ziqlinde Hartman
hazırda Bakı Slavyan Universitetində dil, ədəbiyyat, mədəniyyət, tarix,
etnoqrafiya və s. fənlər üzrə mühazirələr oxuyurlar.
Bəri başdan onu qeyd edək ki, tələbələr
bu mühazirələrə
xüsusi həvəslə
gəlir, maraqlandıqları
mövzu ətrafında
müəllimlərlə diskusissiyaya
girməyə çalışırlar.
Müəllimlər artıq
Polşa və Almaniyanın coğrafiyası,
iqtisadiyyatı, siyasəti,
mədəniyyəti , dili, ədəbiyyatı
və s.barədə bir neçə mühazirə oxuyublar. Ziqlinde xanım bizimlə söhbətdə BSU-nun Almaniya
universitetləri ilə
məhsuldar və davamlı əməkdaşlığı
sayəsində bu universitetin diplomlarının
ölkəsində tanındığını,
tələbə və
magistrantların transferi
zamanı problem yaranmadığını
bildirir.
Yoanna Marşalek Polşanın
“Adam Marşalek” adına məşhur
Nəşriyyat Holdinqinin
prezidenti Adam Marşalekin
qızıdır. Qeyd edək
ki, A. Marşalekin rəhbərliyi altında
hazırda Polşada nəşriyyat evi, qəzet və iki elmi jurnal
nəşr olunur.
Polşa
ilə Azərbaycan arasında ikitərəfli
əlaqələrin daha
da inkişaf etdirilməsi
məqsədi ilə adıçəkilən holdinqlə
BSU arasındakı müqavilə
imzalanmışdır. Müqaviləyə əsasən
Marşalek və Mikolay Kopernik adına Universitetin
keçmiş rektoru
professor Andjey Rasminskinin
təşəbbüsü ilə hər il BSU-nun beş tələbəsi Polşada
pulsuz magistr təhsili ala bilər. Təhsil dövründə tələbələr pulsuz
yataqxana ilə də təmin edilirlər. Onu da bildirək
ki, ötən tədris ilində Bakı Slavyan Universitetində olan A.Marşalek ölkəsinə
qayıtdıqdan sonra
Azərbaycan barəsində
geniş və əhatəli məqalələrlə
çıxış edib.
Professor Yoanna
Marşalek Polşa Siyasi Sistem üzrə
Departamentinin müdiri,
Polyak siyasi elmlər üzrə illik kitabın baş redaktoru, Şərq tədqiqatlarının
direktorudur. O, bizimlə söhbətdə
Bakının gözəl
və inkişaf etmiş bir şəhər olduğunu
xüsusi vurğuladı.
Atasının Azərbaycanla
bağlılığının təsadüfi olmadığını
bildirən xanım-professor
qayıtdıqdan sonra
öz təəssüratlarını
Polşa cəmiyyəti
ilə bölüşdürəcəyini bildirir:
“Hazırda çalışdığım
Bakı Slavyan Universiteti Avropanın ən yaxşı ali təhsil ocaqları ilə müqayisə oluna bilər. Universitetin yüksək səviyyəli
maddi-texniki bazası var, auditoriyalar lazımi avadanlıqlarla təchiz edilib, elektron resurslardan istifadə etmək mümkündür. Dərhal
hiss olunur ki, sizin dövlət
təhsili qayğı
ilə əhatə edib. Tələbələriniz
də çalışqandırlar,
Polşadakı həyat,
yaşayış tərzi,
Polşanın tarixi onları çox maraqlandırır”. Xanım-professor
onlara yaradılan şəraitə görə
BSU-nun rəhbərliyinə,
ilk növbədə isə rektor Nurlana Əliyevaya minnətdarlığını bildirir: “Qayğımıza
qalırlar, normal iş və yaşayış şəraiti
yaradılıb. Rektor
özü bizimlə maraqlanır, hər gün problemimiz olub-olmadığını soruşur”.
Yoanna Marşalek
azərbaycanlı tələbələrlə
polyak dilində danışır. Onların
hazırlığı əcnəbi
professoru razı salır. Həmin universitetdən gələn
digər müəllim
Donuta Pleçka da Bakıya, Azərbaycana sözün həqiqi mənasında vurulduğunu deyir. Bakını dünyanın
ən müasir şəhərlərindən hesab
edən xanım-professor
xalqımızın tolerantlıq
və multikultural dəyərlərlə tanındığını,
dünyaya bir model
kimi çıxdığını
bildirir. O, Avropanın
özündə dini,
irqi, etnik və mədəni problemlərin yaşandığı
halda, Azərbaycanda belə bir halla
qarşılaşmadığını bildirir. O, mühazirə oxuduğu tələbələrdən
bir çoxunun etnik-mədəni kimliyi ilə maraqlandığını
qeyd edir: “Onların arasında çoxlu azlıqların
nümayəndəsi var,
amma görürəm
ki, etnik-mədəni fərqlər tələbələr
arasında, onların
münasibətlərində heç bir problem yaratmır. Bu, həqiqətən dünya üçün çox yaxşı örnək sayılar biləcək bir haldır”.
İki
sahil.- 2017.- 12 oktyabr.- S.12.