Azərbaycan müasir iqtisadi
inkişaf yolu ilə irəliləyir
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Aydın Hüseynov
- Aydın müəllim, 2017-ci ilin
üçünçü rübü də başa
çatdı. Ötən dövrdə ölkə
iqtisadiyyatının inkişafını neçə səciyyələndirmək
mümkündür?
- Cari ilin ötən 9 ayı ərzində
milli iqtisadiyyatın inkişafında pozitiv dinamika və
makroiqtisadi sabitlyin təmin olunmasında müsbət trendlər
yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən islahatlar Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsinə,
iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin
baş verməsinə, sənayeləşmənin geniş
vüsət almasına, iqtisadi sabitliyə öz töhfəsini
verir. 2017-ci ilin üçüncü rübündə
ölkəmizin sosial-iqtisadi inkişafı
davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan
makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft
sektorunun inkişafının sürətləndirilməsi,
regionların tarazlı inkişafı, əlverişli biznes və
investisiya mühitinin formalaşdırılması və digər
sahələrdə əhəmiyyətli irəliləyişlərə
nail olunub.
Prezident İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2017-ci ilin üçüncü
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında dövlətimizin
başçısının vurğuladığı kimi, Azərbaycan
qlobal böhran şəraitində stabil inkişafını
qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara
baxmayaraq şaxələndirilmiş iqtisadiyyatın digər
istehsal sahələrində artım hesabına gəlirlərimizin
həcmi artıb. Həmin dövrdə qeyri-neft
iqtisadiyyatımız 2,5 faiz artıb, qeyri-neft sektorunun sənaye
hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında
2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz
artıb.
- Qeyri-neft sektorunun inkişaf etdirilməsi milli
inkişafa hansı təsirlərini göstərməkdədir?
- Hazırda Azərbaycan iqtisadiyatı neftdən
asılı olmadan inkişaf edir. İqtisadiyyatın əsas
inkişaf indikatoru olan qeyri-neft sektorunda 2,5 faiz artıb. Bu
tendensiya 2 il əvvəl Prezident İlham Əliyevin uzaqgörənliklə
“Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan
inkişaf edəcək” fikrinin tam özünü təsdiq
etdiyini göstərir. Azərbaycan iqtisadiyyatının
çoxşaxəli olması və və neftdən kənar
sahələrin artımı iqtisadi dinamikanın
dayanıqlılığını təmin edib. Azərbaycanın dövlət
başçısının mükəmməl iqtisadi modeli
sayəsində neftin ucuzlaşmasının ölkə
iqtisadiyyatına təsirləri zəif hiss olunur. Ölkədə
rəqabət mühitinin təmin olunması, ixracın təşviqi
və ixracın stimullaşdırılması Azərbaycanın
tədiyyə balansında müsbət dinamikanın
yaranmasına səbəb olub. Azərbaycanın ixrac
potensialı güclənib, ixrac 40 faiz artıb, ixracda
qeyri-neft məhsullarının çəkisi əhəmiyyətli
dərəcədə yüksəlib. Bu siyasətin
mühüm nəticəsi olaraq idxal xeyli azalıb.
İdxalın azalması, ixracın kəskin artması iqtisadi
sabitliyiyi möhkəmləndirib, maliyyə-valyuta bazarında
sabitliyin güclənməsi milli valyutamızın məzənnəsinin
möhkəmlənməsinə səbəb olmaqdadır.
Ölkədə iqtisadi
islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara
hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin
inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi
işə düşüb. İndiyədək 200-dən
artıq investisiya təşviqi sənədi verilib ki, bunun da
nəticəsində Azərbaycana özəl sektor tərəfindən
1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı,
ölkədə ixracın təşviqi mexanizmi işə
düşüb.
- Azərbaycanın maliyyə sabitliyinin təmin
olunması sahəsində hansı təsirli tədbirlər
görülməkdədir?
- 2017-ci ildə hökumərin
başlıca vəzifəsi makroiqtisadi siyasətin
çevikliyinin təmin edilməsi, yeni şəraitdə
formalaşan risklərə qarşı adekvat tədbirlərin
görülməsi, makroiqtisadi siyasətin
koordinasiyasının daha da gücləndirilməsi,
formalaşan rəqabət üstünlüklərindən
iqtisadi artımın daha da sürətləndirilməsi
üçün nəzərdə tutulan struktur
islahatlarının həyata keçirilməsini davam etdirməkdən
ibarət olub. Ötən dövr ərzində ölkəmizin
inkiaşının ana sütununa çevrilən və
makroiqtisadi tərəqqini səciyyələndirən əsas
faktorlardan biri güclü maliyyə sabitliyi və dayanıqlılığının təmin
edilməsi olub. Ötən dövr ərzində makroiqtisadi
siyasətin başlıca istiqamətləri, o cümlədən
pul-məzənnə siyasəti ilə fiskal siyasətin
effektiv taktiki əlaqələndirilməsi təmin edilib,
valyuta-maliyyə sektorunda dinamika davam edib, aylıq inflyasiya
tempi yanvar ayından sonra düşməyə
başlamış, manatın məzənnəsinin
ucuzlaşması dayanmış və hətta manat müəyyən
qədər möhkəmlənmiş, iqtisadi artım bərpa
olunmuşdur. Əlverişli neft qiymətləri və məzənnə
şəraitində tədiyə balansı tarazlaşmağa
başlayıb, ölkəmizin strateji valyuta
ehtiyatları artıb. Doqquz ayda Azərbaycanın strateji
valyuta ehtiyatları 4,5 milyard dollar həcmində artaraq 42
milyard dollar səviyyəsinə çatıb.
Milli valyutanın məzənnəsinin
sabitliyi və xarici valyutalarla nisbətdə məzənnəsinin
möhkəmlənməsi ilə bağlı monetar siyasət
müsbət təsirini göstərib, pul təklifinin həcminin
optimallaşdırılmasını nəzərdə tutan pul
proqramı razılaşdırılaraq icraya götürülüb.
Hökumət tərəfindən sterilizasiya əməliyyatlarının
aktivləşdirilməsi ilə izafi pul kütləsinin
valyuta bazarına və məzənnəyə mənfi təsirlərinin
neytrallaşdırılması sabitləşdirici rol
oynayıb. Büdcə-borc siyasəti çərçivəsinin
daha da təkmilləşdirilməsi istiqamətində
görülən işlər isə ortamüddətli
dövrdə büdcə dayanıqlığının
gücləndirilməsi üçün əlverişli
makro-fiskal baza yaradıb. Valyuta bazarına ciddi mənfi
təsir göstərən borc öhdəliklərinin
makroiqtisadi çərçivədən (daxili valyuta
bazarından) kənarlaşdırılaraq əlahiddə
rejimdə həll edilməsi, valyuta rejiminin təkmilləşdirilməsi,
gömrük-tarif siyasəti sahəsində idxalın məhdudlaşdırılması,
habelə ixracın stimullaşdırılması istiqamətində
həyata keçirilmiş tədbirlər valyuta bazarına
stabilləşdirici təsir edib. Bu tendensiaya ölkəmizin
güclü iqtisadi təhlükəsizlik
yastığının olmasını göstərir və
qlobal böhran şəraitində ən sabit və
dayanıqlı maliyyə siyasəti
yürütdüyünü təsdiqləyir. Mövcud
situasiya manatın tədiyyə aləti kimi möhkəmlənməsinə,
idxal və ixracatçıəlar üçün əlverişli
biznesin təşkilinə, daxili bazarda qiymətlərin sabitləşməsinə
güclü zəmin yaradır.
- Aydın müəllim, regionların
inkişafı ilə əlaqədar yürüdülən
siyasət hnası dəyişikliklərə səbəb
olmaqdadır?
- “Regionların 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi
siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və
regionların inkişafının
davamlılığının təmin edilməsinə,
infrastrukturun və sosial xidmətlərin daha da
yaxşılaşdırılmasına,
ümumilikdə bölgələrin hərtərəfli
inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə
səbəb olub. İqtisadi inkişafının
dayanaqlığının təmin olunması, tarazlı və
hərtərəfli inkişafını təmin edən
strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir. Ötən 9 ayda 226 min yeni iş
yerinin yaradılıb. Ölkədə əsas infrastruktur, o
cümlədən yeni yolların çəkilişi,
içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat,
meliorasiya ilə bağlı layihələrin uğurla icra
olunub. yeni məktəblər, tibb ocaqları tikilib və
əsaslı təmir edilib, məcburi köçkünlərin
sosial məsələlərinin həlli, onların mənzillə
təmin edilmələri məsələsi də diqqət mərkəzində
olub.
- 2017-ci ildə Azərbaycanın beynəlxalq
reytinqinin artırılması sahəsində hansı işlər
görülüb?
- İlk növbədə onu qeyd
etmək lazımdır ki, iqtisadiyatın strukturunda müasir
trendlərə əsaslanan innovativ islahatların
aparılması son 2 ildə daha geniş xarakter alıb və
2017-ci ildə bu istiqamətdə işlər keyfiyyət
baxımından bir qədər də irəliyə gedib.
Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini
daha da yaxşılaşdırmaq üçün son bir ildə
zəruri işlər görülüb. Sahibkarlığın
inkişafına əsaslanan rəqabətqabiliyyətli milli
iqtisadiyyatın formalaşdırılması, biznes və
investisiya mühitinin daha da
yaxşılaşdırılması istiqamətində tədbirləri
davam etdirmək əsas strateji hədəflərdən biri
kimi müəyyən olunub və həmin hədəflərə
çatmaq üçün ən yüksək beynəlxalq
standartlara uyğun elektron dövlət xidmətləri
göstərilməsi tədbirlər həyata keçirilib.
Bu tədbirlərin nəticəsi kimi son bir ildə
qanunvericilik və inzibatçılıq təkmilləşdirilib,
biznes və rəqabət mühiti daha da
yaxşılaşdırılıb. Yürüdülən
iqtisadi siyasət bir sıra mühüm nəticələrin əldə
olunmasına imkan verib. 2017-ci ildə sahibkarlıq fəaliyyətinin
optimal gəlirliliyi təmin edilib, rəqabət prinsiplərinə
əsaslanan biznes mühiti yaradılıb, ölkənin
investisiya cəlbediciliyinin artırılıb. Bu faktorlar
beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin
yaxşılaşmasına səbəb olub. Dünya
İqtisadi Forumu dünya ölkələrinin rəqabətqabiliyyətliliyi
səviyyəsini xarakterizə edən növbəti «Qlobal Rəqabətqabiliyyətlilik
İndeksi 2017-2018» hesabatında Azərbaycanın 140 ölkə
arasında 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşması
məhs həmin islahatların mühüm nəticəsi
hesab olunur. Ölkəmiz 37-ci pillədən 35-ə qalxıb
və MDB məkanında liderliyini qoruyur.
Onu da qeyd edim ki, rəqabət reytinqinin artmasının islahatların səmərəliliyini göstərməklə yanaşı, ölkəmiz üçün geniş imkanlar yaradır. Azərbaycan iqtisadiyyatına investisiya yatırmaq niyyətində olan istənilən investor üçün rəqabətlilik hesabatı əhəmiyyətli rol oynayır. Hansısa ölkəyə sərmayə qoymaq istəyən xarici şirkət və investor ilk növbədə, həmin ölkənin beynəlxalq reytinq əmsalına diqqət yetirir. Bu mənada ölkəmizin yüksək reytinqinin olması investisiya cəlbediciliyinin fonunda xarici sərmayə qoyuluşlarının artmasına öz mühüm təsirini göstərəcək. Eyni zamanda, milli sahibkarlarımızın və şirkətlərimizin dünya bazarlarına çıxışını asanlaşdıracaq
Iki sahil.- 2017.- 13 oktyabr.- S.11.