Qəbələ Dövlət Peşə
Təhsil Mərkəzinin
yeni binası istifadəyə verilib
Oktyabrın
16-da Qəbələ Dövlət
Peşə Təhsil Mərkəzinin yeni binasının açılış
mərasimi olub.
Mərasimdə təhsil naziri
Mikayıl Cabbarov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi
Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri
Fəttah Heydərov, təhsil işçiləri
və ictimaiyyət nümayəndələri iştirak
ediblər.
AZƏRTAC xəbər verir ki, təhsil
naziri Mikayıl Cabbarov çıxış
edərək son illərdə təhsil sahəsində, eləcə
də peşə təhsili üzrə aparılan uğurlu islahatlardan danışıb.
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında
peşə təhsili
və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin
peşə təhsilində
həyata keçiriləcək
layihələr baxımından
mühüm sənəd
olduğunu bildirən
nazir, ölkəmizdə
əmək bazarının
dəyişən tələblərinə
uyğun kadr hazırlığı üçün
belə mərkəzlərin
istifadəyə verilməsinin
vacibliyini qeyd edib. Təhsil naziri ölkədə
ilk dəfə olaraq Qəbələdə
istifadəyə verilən
belə müasir təhsil mərkəzində
yaradılan şəraitin
təhsil alanların bilik və bacarıqlarının
inkişaf etdirilməsi
üçün əlverişli
imkanlar açdığını
vurğulayıb. Mikayıl Cabbarov
bildirib ki, Qəbələ Dövlət
Peşə Təhsil Mərkəzi Qəbələ
Peşə Məktəbi
və Qəbələ
Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında
yaradılıb və
peşə liseyi statusu ilə fəaliyyət göstərəcək.
Əsas məqsəd iri sənaye
mərkəzlərində və
regionlarda optimallaşdırma
prosesinin həyata keçirilməsi, təhsil
müəssisələri şəbəkəsinin
rasionallaşdırılması, müasir təminatlı peşə-tədris mərkəzlərinin
və komplekslərinin
yaradılmasıdır.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının
sədri Fəttah Heydərov çıxış
edərək, ölkəmizdə
peşə təhsilinin
inkişafına göstərilən
dövlət qayğısından,
əldə edilən uğurlardan danışıb,
yeni binanın istifadəyə verilməsi
münasibətilə təhsil
işçilərini, şagirdləri
və ictimaiyyət nümayəndələrini təbrik
edib.
Mərkəzin yeni binası
ilə tanış olan qonaqlara məlumat verilib ki, üçmərtəbəli
təhsil ocağında
iqtisadiyyatın prioritet
istiqamətləri üzrə
peşə təhsilində
ixtisaslı kadr hazırlığı ilə
bağlı hər cür şərait yaradılıb. Ümumilikdə
2,85 hektar sahədə
yeni tikilmiş tədris korpusu ilə yanaşı, lazımi avadanlıqlarla
təchiz edilmiş 4 bölməli emalatxana da yaradılıb. İstehsalat təlim dərslərini yüksək
səviyyədə həyata
keçirmək üçün
bütün ixtisaslara
uyğun yaradılmış
emalatxanalar lazımi avadanlıqla təchiz olunub. Mərkəzdə kiçik təlim-təsərrüfat
sahəsi istifadəyə
verilib, binanın ətrafında yaşıllaşdırma
işləri aparılıb,
700-ə yaxın ağac
və bəzək kolları əkilib.
Yeni tədris
korpusunda gözləmə
və konfrans zalları, 30 sinif otağı, linqafon, kompüter otaqları, laboratoriyalar, 13 inzibati otaq, mətbəx, yeməkxana, təlim üçün restoran və otel otağı,
oxu zalı olan kitabxana, soyunub-geyinmə otağı,
idman zalı mövcuddur. Təhsil ocağının geniş
konfrans zalında həm rayon, həm də respublika əhəmiyyətli
tədbirlər keçirmək
mümkündür. 80 nəfərlik
yataqxana və yeni tipli mini
stadion şagirdlərin
istifadəsinə verilib.
Mərkəzin idman zalı müxtəlif tədris vasitələri ilə tam təmin
edilib. Mərkəzin balansında əlavə olaraq 75 hektar tədris-təcrübə sahəsi
var və 10-dan çox müasir kənd təsərrüfatı
texnikası ilə təchiz olunub.
Qeyd edək
ki, mərkəzdə,
ümumilikdə, 980 nəfərin
təhsil alması nəzərdə tutulub. Təhsil müəssisəsində
regionun xüsusiyyətləri
nəzərə alınmaqla,
aqrar və turizm sektoruna aid ixtisasların hazırlanmasına böyük
əhəmiyyət verilir.
Hazırda mərkəzdə
19 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda
457 şagird peşə
öyrənir. Ümumilikdə,
23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir.
İki
sahil.- 2017.- 17 oktyabr.- S.10.