Qeyri-neft sektoru üzrə
ixracın həcmi 25 faiz
artıb
Qlobal siyasi qeyri-sabitlik,
maliyyə-iqtisadi böhran
fonunda Prezident İlham Əliyevin çevik və qətiyyətli, uzaqgörən
iqtisadi siyasəti sayəsində Azərbaycan
iqtisadiyyatının inkişafı
iqtiqamətində qazanılmış
uğurlar daha da möhkəmləndirilib,
respublikamız dinamik inkişaf tempini qoruyub saxlayıb, ölkəmizdə bütün
sahələrdə
inamla irəliyə gedilərək gələcək
tərəqqi üçün
möhkəm təməl
yaradılıb. Bu gün
Azərbaycan dünyada
böhrandan ziyan çəkməyən və
sabit inkişafda olan çox az sayda ölkələrdən
biridir. Ölkəmizin
başçısının qəbul etdiyi qərarlar, imzaladığı
Fərman və sərəncamlar qeyri-neft sektorunun inkişafı üçün çox geniş imkanlar yaradıb. Azərbaycanın
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında
dünyanın 10 ən
sabit makroiqtisadi mühitə malik ölkələri arasında
olması bunun əyani sübutudur. Son illərdə nüfuzlu beynəlxalq maliyyə qurumlarının hesabatlarında
Azərbaycanda investisiyalar
üçün münasib
biznes mühitinin yaradılması, əcnəbi
sərmayəçilər üçün hökumət
tərəfindən əlverişli
sərmayə imkanlarının
təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapıb.
Qeyri-neft sektorunun aparıcı
sahələrindən biri
olan aqrar sektorun daha da
inkişaf etdirilməsi
məqsədilə investisiya
layihələrinin reallaşdırılmasına,
güzəştli kreditlərin,
subsidiyaların verilməsinə,
qanunvericilik bazasının
təkmilləşdirilməsinə dövlət dəstəyi
gücləndirilib, regionların
sürətli inkişafına dair Dövlət proqramları
icra edilib. Bu proqramlar respublikamızın
müxtəlif bölgələrində
sənaye məhəllələrinin
salınmasına, aqrar
parkların yaradılmasına,
infrastruktur şəbəkələrinin
genişləndirilməsinə, aqrar sahədə məhsul istehsalının
həcminin artırılmasına,
qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsinə
və diversifikasiyasına,
eləcə də ölkənin xarici ticarət dövriyyəsinin
artmasına böyük
töhfələr vermişdir.
Son illərdə aqrar sektorda rəqabətqabiliyyətli məhsulların
istehsalını artırmaq
yolu ilə respublikamıza dayanıqlı
valyuta axınını
təmin etmək, qeyri-neft sektorunun inkişafı hesabına bir çox məhsul növləri üzrə idxaldan asılılığı aradan
qaldırmaq yolunda mühüm nailiyyətlər
əldə edilib.
İqtisadiyyat Nazirliyinin rəsmilərinin
mətbuata verdikləri
açıqlamalara görə,
bu ilin yanvar-avqust
aylarında Azərbaycan
ötən ilin 8 ayı ilə müqayisədə qeyri-neft
ixracını 30 faiz artırıb. Onun sözlərinə görə,
kənd təsərrüfatı
məhsullarının ixracatı
37 faiz, sənaye məhsulları ixracatı
isə 25,4 faiz artıb. Eyni zamanda ixracat artımı ilə yanaşı, ixrac edilən məhsulların
spektri də böyüyür. Belə
ki, bir il
ərzində bu göstərici 16,6 faiz artaraq, 2700-dən çox
fərqli məhsula çatıb. Bu müddət ərzində
həmçinin ölkəmizdə
ixracla məşğul
olan şirkətlərin
sayı da artıb. Avqustun sonunda şirkət və fərdi sahibkarların sayı 11 mini keçib.
Bu
dövrdə ölkə
iqtisadiyyatına 5 milyard
ABŞ dolları həcmində
investisiya yatırılıb,
valyuta ehtiyatları artıb. Cari ilin yanvar-avqust
aylarında Azərbaycanın
hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki
tərəfdaşları ilə
ticarət əməliyyatları
həyata keçiriblər.
2017-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi
12 milyard 523.79 milyon dollar, ixracın dəyəri 7 milyard 223 milyon dollar, idxalın dəyəri isə 5 milyard 300 milyon dollar təşkil edib. Bu ilin
yanvar-avqust ayları ərzində xarici ticarət dövriyyəsində
1 milyard 922 milyon dollar həcmində müsbət saldo yaranıb ki, bu da ötən
ilin eyni dövrü ilə müqayisədə 7,7 dəfə
çoxdur.
Ceyhun
Piriyev
İki
sahil.- 2017.- 25 oktyabr.- S.9.